«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacqdır.» (Şəms-9-10).
Qur᾽anın ilk proqramı, nəfsi təmizləyərək pak etməkdir, ruhu xəstəliklərdən azğınlıq, narahatlıq və məsx olmalardan – (məsxin mə᾽nası şəklini dəyişdirib çirkin və pis bir hala salmaq və ya düşmək deməkdir) – və habelə qaranlıq və zülmətlərdən uzaqlaşdıraraq təmizləməkdir.
MƏSX OLMUŞ İNSAN
Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bə᾽ziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mə᾽nəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Qur᾽an bu qism insanlar barəsində belə buyurub:
Dostları ilə paylaş: |