«...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!» (Ə᾽raf-179).
Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bə᾽zən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bə᾽ziləri, bunların mə᾽cazi mə᾽na daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir.
Bir nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim cavabımda dedi: «Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!»
Ravi deyir ki, imamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə «indi bax» deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Mə᾽na və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma, indi bizim bə᾽zilərimizin, dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllər də olublar.
Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, gələcək bəhslərimizdə, barəsində danışacağımız insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib.
Mübarək Nəbə᾽ surəsində belə oxuyuruq:
Dostları ilə paylaş: |