[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik.» Yəqin ki, bu ayənin nazil olma səbəbini hamınız eşitmisiniz. Bir dəfə imam Həsən və Hüseyn (ə) xəstələnirlər və Əli (ə) ilə həzrət Zəhra (s) onların sağalmaları üçün oruc nəzr edirlər. Onlar sağaldıqdan sonra Əli (ə) və Fatimeyi-zəhra (s) oruc tutur. Əli (ə) oruc tutduğu halda işləyərək arpa alıb gətirir və Fatimeyi-zəhra (s) ondan çörək bişirir. İftar vaxtı bir yoxsul gəlir və onlar əllərində olan yeməyi ona verirlər. Sonrakı iki gecədə də iftar üçün hazırladıqları yeməyi yetim və əsirə verməli olurlar. Bu hadisədən sonra həmin ayə nazil olur.
Bəli, söhbət fədakarlıqdan gedir və bu iş yüksək və ali insani məqam və dərəcələrdəndir ki, Qur᾽an onu sitayiş edib. İslam tarixində də bu barədə çoxlu hekayətlər nəql edilib.
Dostları ilə paylaş: |