Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


Gerami daştəm ey nəfs əz anət



Yüklə 7,65 Mb.
səhifə22/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   18   19   20   21   22   23   24   25   ...   182
    Bu səhifədəki naviqasiya:
  • 4. EŞQ
Gerami daştəm ey nəfs əz anət

Ki asan be qozərəd bərdel cəhanət.
Yə᾽ni: «Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»

İbni Sina şe᾽ri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Tə᾽zim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şə᾽ni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti çəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı və sür᾽ətlə oradan uzaqlaşdı.

İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mə᾽nasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.

Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bə᾽zən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bə᾽zən də oyandığını görür. Bə᾽ziləri bəşəriyyət sözünün mə᾽nasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.


4. EŞQ


Bə᾽zən də irfan, sufilik və irfani qəzəllərdəki eşq yeganə insani dəyər hesab edilir.

Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin