Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


ƏLİ (Ə)-IN HƏYATININ SON GÜNLƏRİ



Yüklə 7,65 Mb.
səhifə30/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   26   27   28   29   30   31   32   33   ...   182

ƏLİ (Ə)-IN HƏYATININ SON GÜNLƏRİ


Əli (ə)-ın ömrünün son Ramazan ayı başqa və səfalı bir Ramazan olub. Bu ay Əli (ə)-ın ailəsi üçün çox sıxıntlı və iztirablı keçib. Çünki Əlinin bu aydakı rəftarı bütün digər ramazanlarla fərq edib. Mən indi Əli (ə)-ın qəhrəmanlıq xislətlərinin digər birinə toxunmaq istəyirəm ki, «Nəhcül-bəlağə»də də yazılıb. Əli (ə) buyurur: Allah-taala«İnsanlar yalnız: iman gətirdikdemələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar» – ayəsini nazil etdikdə, peyğəmbərdən sonra ümmətin böyük fitnələrə düçar olacaqları və böyük imtahanlara çəkiləcəyini başa düşdüm. Amma bununla belə peyğəmbərdən soruşdum: Ey Allahın peyğəmbəri, ayədəki fitnədən (imtahandan) məqsəd nədir? Peyğəmbər belə buyurdu: «Ey Əli, mənim ümmətim məndən sonra imtahan olunaraq sınanacaqdır Əli (ə), peyğəmbər vəfat etdikdən sonra fitnə, imtahan və sınaqların baş verəcəyini eşitdikdə keçmişdə baş vermiş bir hadisəni xatırlayaraq belə dedi: «Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən sizdən bu ne᾽mətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən? Mən peyğəmbərə belə dedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr yeri deyil, şükr yeridir!»

Peyğəmbərin verdiyi xəbərlər və Əli (ə)-ın bildiyi əlamətlər və bə᾽zi vaxtlar işlətdiyi ifadələr nəticəsində onun ailə və yaxın səhabələri arasında narahatçılıq və iztirab yaranmışdı. O, çox təəccüblü sözlər danışırdı. Əli (ə) həmin Ramazanda övladlarının evində iftar edirdi. Hər axşam onların birinin evində qonaq olurdu. Bir gecə imam Həsən (ə), bir gecə imam Hüseyn (ə) və bir gecə də qızı Zeynəb (s)-ın qonağı olurdu, amma həmişəkindən az yemək yeyirdi. Uşaqların, atalarına canları yanır və həqiqətən riqqətə gəlirdilər. Bə᾽zən deyirdilər: Atacan, niyə bu qədər az yemək yeyirsən? Həzrət Əli (ə) onların cavabında belə buyururdu: Allahla ac qarınla görüşmək istəyirəm. övladları onun nəyinsə intizarını çəkdiyini başa düşürdülər. Bə᾽zən göyə baxıb belə deyərdi: Mənə xəbər verən sevimli peyğəmbərim düz deyib, onun sözü yalan deyil, yaxındır, yaxındır. Ramazanın on üçüncü günü həmişəkindən daha çox narahatlıq yaradan bir məsələni açıqladı. Deyəsən həmin gün cümə günü olub və Əli (ə) həmin məsələni açıqlayıb. Bə᾽zən imam Hüseyn (ə)-dan soruşardı: Oğlum, bu ayın qurtarmasına neçə gün qalıb? O cavab vermişdi: Atacan, 17 gün. Əli (ə) o zaman belə buyurmuşdu: Bəli, bu saqqalın bu başın qanına bulaşmasına az qalıb, saqqalımın boyanması yaxındır. On doqquzuncu gün də çatdı. övladları gecə yarısına kimi Əli (ə)-ın yanında idilər. Gecə imam Həsən (ə) evinə getdi. Əli də evində namaz üçün ayırdığı yerdə idi. Səhər açılmamış imam Həsən (ə) ya narahatçılıq və ya hər gecə belə olduğu üçün atasının namaz qıldığı yerə qayıtdı. Əli (ə) Zəhra (s)-dan olan övladları imam Həsən və imam Hüseyn (ə)-a xüsusi ehtiram göstərirdi və onlara hörmət göstərməyi Peyğəmbər (s) və Zəhraya hörmət hesab edirdi. Həzrət Əli (ə) imam Hüseynə belə dedi: Oğlum, bir dəfə yuxuda peyğəmbər qarşımda canlandı. Peyğəmbəri görəndə ona dedim: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Doğrudan da camaatın Əli (ə)-la düz gəlməməsi və onların Əlinin göstərdiyi yolla getməyə hazır olmamaları çox təəccüblüdür. Əli onların əlindən nələr çəkdi? Ayişə və bey᾽əti pozanlar bir tərəfdən, Müaviyə və onun hiylə və kələkləri digər tərəfdən!! Müaviyə dünyanın dahi hiyləgərlərindən biri olub. O, Əli (ə)-ın qəlbinin, hansı işlərin görülməsindən qanla dolduğunu bilirdi və buna görə də məhz həmin işləri görürdü. Sonda da Xəvaric və quru müqəddəslər tam inam və əqidə ilə Əlini kafir və fasiq adlandırdılar. Siz onların Əliyə qarşı nələr etdiklərini bilirsiniz. Doğrudan da insan Əli (ə)-ın başına gələn müsibətləri görəndə heyrətlənərək dəhşətə gəlir. Dağ belə müsibətlərə dözə bilməz. Əli (ə) ürəyini kimə açmalı idi? Buna görə də peyğəmbəri yuxuda görəndə ona belə deyir: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Bunlar mənə qarşı nələr etmədilər?!

Mən bunlarla necə rəftar edim?

Həzrət Əli (ə) söhbətinin davamında imam Həsən (ə)-a belə deyir: Oğlum, cəddin mənə göstəriş verərək belə dedi: Əli, onlara nifrin et! Mən də yuxu aləmində onlara belə nifrin etdim: Allahım, tezliklə mənə ölüm ver, onlara isə layiq olduqları şəxsi hakim et!

Bu cümlə ilə o həzrətin necə sıxıntı və iztirab keçirməsi mə᾽lum olur. Əli (ə) evdən çölə çıxanda ördəklər səs-küy qaldırır, toyuqlar qaqqıldaşırlar. Amma çox çəkmir ki, orda insanların da növhə səsləri ucalır. övladları Əlinin qarşısını kəsib, belə deyirlər: Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən! Əli, əvvəl belə dedi: Bacım oğlu Cö᾽dət ibni Hübeyrəyə deyin gedib məsciddə camaat namazı qılsın. Amma dərhal sözünü geri götürərək deyir ki, yox, özüm gedirəm. Dedilər: Onda icazə ver yanında bir adam getsin. Amma Əli (ə) cavab verir ki, xeyir, kiminsə müşayət etməsini istəmirəm.

Həmin axşam Əli (ə) üçün çox səfalı gecə idi. Təkcə Allah bilir ki, o həzrət həmin gecə nə həyacanlar keçirib! Əlbəttə özü deyir ki, mən məsələnin sirrini kəşf etməyə çox sə᾽y göstərdim. Onun «Nəhcül-bəlağə»dəki sözlərindən belə mə᾽lum olur ki, Əli (ə) onu, böyük hadisələrin gözlədiyini ümumi və müxtəsər şəkildə bilirmiş. «Nəhcül-bəlağə»də deyir: Bu işin sirr və batinini bilməyə çox çalışdım, amma Allah onu aşkar etməyi əsirgədi.

Sübh azanını özü deyirdi. Səhərin açılmasına yaxın minarəyə çıxaraq «Allahu əkbər» nidasını ucaltdı. Azanı dedi və dan yeri ilə vidalaşaraq belə dedi: Ey sübh! Ey dan yeri! Ey günün erkən vaxtı! Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun? Əlinin gözü bundan sonra həmişəlik olaraq yuxuya gedəcək. Minarədən aşağı düşəndə şe᾽r oxuyaraq özünü mö᾽min mücahid vəsf edir.

Əhli-beytinin, yerlərindən hərəkət etmək icazəsi yox idi. Əli bu qışqırıq və səs-küyün arxasında növhəçiliyin olacağını demişdi. Həmişə olduğu kimi Zeynəb, Ummu Gülsüm və Əhli-beytin digər üzvləri oyaq idilər, amma bu axşam nə baş verəcəyindən çox narahat və nigaran! Birdən bir səs hamının diqqətini özünə cəlb etdi, hər yeri bürüdü: Allaha and olsun ki, hidayət və haqq yolun sütunu dağıdıldı, mö᾽min və təqvalıların ağası yox oldu, ən möhkəm ip qırıldı, Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş peyğəmbərin vəsisi qətlə yetirildi, Mürtəza Əli şəhid edildi, onu xəbislərin ən xəbisi qətlə yetirdi.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin