Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


ÜÇÜNCÜ FƏSİL İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR



Yüklə 7,65 Mb.
səhifə31/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   27   28   29   30   31   32   33   34   ...   182

ÜÇÜNCÜ FƏSİL

İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR


Bildiyimiz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə, yə᾽ni materialistlər və ruhçuların nəzərləri bir-birinin müqabilində dayanıb. Ruhçuların fikrincə insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Bildiyimiz kimi dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur; bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.

İNSAN NƏVİYYATI


İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər bir məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mə᾽nəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər və şəxsiyyət verir. İnsanın insanlığı bu işlərlədir. Belə ki, əgər bunlar, insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yə᾽ni bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq demək deyildir. Sə᾽di bu mətləbi öz şe᾽rində belə açıqlayıb:


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin