MöVLANANIN TƏMSİLİ
Mövlana «Məsnəvi»də əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn səs yuxuda ona belə deyir: Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim və o, budur ki, sənin Allah-Allah deməyin bizim ləbbeyk deməyimizdir.
Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.
Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: «İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına (və dua və münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!»
Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yə᾽ni dua, həmişə icabət edilərək cavab verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.
Dostları ilə paylaş: |