Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


İNSANIN YARANMIŞLARA QARŞI OLAN DƏRDİ



Yüklə 7,65 Mb.
səhifə41/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   37   38   39   40   41   42   43   44   ...   182

İNSANIN YARANMIŞLARA QARŞI OLAN DƏRDİ


Digər bir qrup isə dəyərlərin ən mühümü kimi qələmə verilən insan dərdi barəsində başqa bir məsələyə toxunublar. Onlar insanın Allah deyil, xalq dərdi çəkilməsini mühüm dəyər hesab edirlər. Bu qrupun fikrincə, insanın insanlıq me᾽yarı onun digərlərinin dərdini çəkməsidir. Belə ki, başqalarının ona aidiyyatı olmayan narahatçılıqları onda dərd yaratsın və o, onların dərdlərini çəksin. Sə᾽dinin sözü ilə desək:

Mənim çöhrəm yoxsulluqdan deyil, yoxsulların dərdini çəkməkdən saralıb.

Başqalarının dərd-qəmini çəkən şəxs yadların aclığı fikrindən yata bilmir, ona özünün aclığı başqalarının aclığından daha asan gəlir. O, başqalarının ayağına tikan batmasını öz gözünə batan tikan hesab edir. Bu qrupa daxil olan insanlar bunu insanın dərdi hesab edir və onun insana dəyər və şəxsiyyət verməsini vurğulayıb, bütün insani dəyərlərin mənşəyinin bu məsələ olduğunu bildirirlər. Bu gün filan məsələnin insani məsələ olduğunu deyənlər, bundan başqa heç bir şeydə insanlıq nişanələri görmürlər. Onlar insanın məs᾽uliyyət hissinə qayıdan və onun, digər insanlar müqabilindəki dərdi ilə bağlı şeyləri insani məsələ hesab edir, digər şeyləri isə bu qismə aid olan məsələlərdən saymırlar. Bu da bütün dəyərlərin yalnız bir dəyərdə məhv olmasının digər bir nümunəsidir.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin