Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə42/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   38   39   40   41   42   43   44   45   ...   182

İSLAMIN NƏZƏRİ


Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam me᾽yarları baxımından insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.

Qur᾽anın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur: «[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz çevirib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»



(Kəhf-6).

Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi? «Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!



[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin