Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


Və həsbukə daən təbitə bibitnətin



Yüklə 7,65 Mb.
səhifə44/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   40   41   42   43   44   45   46   47   ...   182

Və həsbukə daən təbitə bibitnətin


Və hovləkə əkbadun təhinnu iləl qiddi
Mə᾽nası:
Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,

Amma ətrafında ac qarınlar olsun.
Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq me᾽yarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-minin, xəlifə abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb xitabına qane olub özümü minlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!

Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.


İDEAL DƏRD


Mən indi sizdən belə bir sual soruşmaq istəyirəm ki, sizcə adamın duyğusuz və bədən üzvlərinin hissiz olması ilə olan rahatlığı yaxşıdır, yoxsa hissiyyatlı olub bu dərdi dərk etməsi? Bu dərd həm də ləzzətli bir dərddir, çünki başqalarının dərdini çəkərək onların qeydinə qalmaq həmişə ləzzətlidir. Görəsən bu nə sirrdir? Düzünü Allah bilir. Başqalarının dərdini çəkmək ləzzətli olduğu kimi, Haqqın hicran dərdi də ləzzətlidir.

İbni Sina «İşarələr» kitabında bu məsələyə toxunaraq yazır ki, bə᾽zən bir şey ağrılı olmasına baxmayaraq ləzzətli olur. O, buna misal olaraq bədənin qaşınmasını gətirir. Deyir ki, bədən qaşınır və onda bir növ acışma və göynəmə olur, qaşıyanda həmin yer ağrıyır. Amma ağrısına baxmayaraq adamın ondan xoşu gəlir. Bu ağrı, acı ağrı deyil.

Bu insanın ruh və canını yandıran, göz yaşı çıxaran, amma eyni zamanda sevilən və ideal bir dərddir. İnsan həmişə bir sıra qəmlərdən qaçır. Amma bizə deyəndə ki, imam Hüseyn (ə) üçün çox yaxşı bir matəm məclisi keçirilir, biz ora getmək istəyirik? İnsanın ürəyi yanmasa və o, dərd çəkməsə göz yaşı tökmür. Amma eyni zamanda həmin əza məclisinə getmək istəyir, həmin dərdi hiss edərək göz yaşı tökmək istəyir. Göz yaşı tökəndə səfalı bir hiss keçirir ki, həmin dərd bunun müqabilində heç nə olur. İnsanlığın dərdi budur.

Yalnız öz bədənlərinin dərd və ağrılarını hiss edən və ruhu öz cisminin ağrılarını duyan bədənlərin xoş hallarına! Çünki həmin ruh həmişə bu bədəndə olan narahatçılıqları aradan aparmaq fikrindədir. Amma ruhu təkcə özünün olmayan bədənin işi çox çətindir, çünki onun ruhu bütün bədənlərindir. Bir ruh təkbaşına hamının ağrı-acılarını hiss edir. Bu bədən Hicaz və Yəməndə bir nəfər arpa çörəyi yeyən tapıla bilər deyə, bütün imkanlara malik olmasına baxmayaraq, iki tikə arpa çörəyi ilə kifayətlənmək məcburiyyəti qarşısındadır. Bu bədən Əli (ə) kimi bir şəxsin ruhu ilə uyğunlaşmaq üçün yamanmış ayaqqabı geyinməlidir. Ərəb şairlərindən biri belə deyir:




Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin