Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


DöRDÜNCÜ FƏSİL İNSANDA ALLAHAXTARMA DƏRDİ



Yüklə 7,65 Mb.
səhifə46/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   42   43   44   45   46   47   48   49   ...   182

DöRDÜNCÜ FƏSİL

İNSANDA ALLAHAXTARMA DƏRDİ


«[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.»

(Bəqərə-45).

İnsan həmişə özü üçün mə᾽nəviyyət qapısı olub. «İnsanın, həmişə mə᾽nəviyyət qapısı olması və vücudunun qapısından mə᾽na aləmini görərək kəşf etməsi» sözlərinin mə᾽nası budur ki, onun ruhunda maddi hesablarla düz gəlməyən şeylər vardır. Təkcə keçmiş ruh alimləri deyil, müasir psixoloqlar da, insanda bu dünyanın maddi hesabları ilə izah edilə bilməyən və başqa hesaba malik olan şeylərin olmasını e᾽tiraf ediblər.

Əziz islam Peyğəmbərinin belə bir sözü var: «Hər kim özünü tanısa Rəbbini tanıyar

Qur᾽ani-kərim, dünyanın bütün əşya və varlıqları içərisində insana ayrı nəzərlə baxıb. Ona xüsusi əhəmiyyət verib.



«Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...»

(Fussilət-53).

Qur᾽an, «insanların daxilində (ruhlarında)» sözlərini deməklə bu məsələni xüsusi şəkildə bəyan edib. Bu ayə dini ədəbiyyatda «xarici aləm» və «daxili aləm» terminlərinin yaranmasına səbəb olub.

İnsanın daxili aləmində mövcud olan və maddi hesablarla izah edilə bilməyən şeylərin nədən ibarət olması barəsində soruşsanız, bunun çox geniş bir məsələ olması və burada həmin mövzuya toxunmaq fikrində olmadığımı bildirirəm.


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin