Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


ƏLİ (Ə) öLÜMÜNÜN SON SAATLARINDA



Yüklə 7,65 Mb.
səhifə56/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   52   53   54   55   56   57   58   59   ...   182

ƏLİ (Ə) öLÜMÜNÜN SON SAATLARINDA


Əli (ə)-ın həyatının ən heyrətamiz mərhələsi təqribən qırx beş saat olub. Ümumiyyətlə o həzrətin həyatı bir neçə mərhələdən ibarətdir:

Təvəllüdündən Peyğəməbrin nübüvvət məqamına çatmasına kimi olan mərhələ;

Peyğəmbərin nübüvvətə çatmasından hicrətə kimi olan dövr;

Hicrətdən həzrət Məhəmmədin (s) vəfatına kimi olan dövr; Əli (ə)-ın həyatının üçüncü mərhələsi olan bu dövr özünəməxsus xüsusiyyətə malik olub.

Peyğəmbərin (s) vəfatından xilafətə qədər olan 25 illik iztirablı həyat;

Əli (ə)-ın həyatının digər bir mərhələsi də vardır ki, təqribən iki gün davam etmişdir. Bu, o həzrətin zərbətlənməsindən vəfatına kimi olan müddəti əhatə edir. Onun kamil insan olması burada, yə᾽ni ölümlə üzləşdiyi anda aşkar olur. Əli (ə) ölümlə üzləşərkən göstərdiyi ilk əksül-əməl nədən ibarət olub?

Qılınc, o həzrətin mübarək başına dəyəndə ondan iki cümlə eşidilib. Həmin cümlələrin biri «bu şəxsi tutun», ikincisi isə «Kə᾽bənin Rəbbinə and olsun ki, muradıma nail oldum» yə᾽ni şəhadətə çatdım, şəhadət mənim üçün böyük səadət və uğurdur sözləri olub.

Əli (ə)-ı gətirib yatağında uzatdılar. Onun yarasını müalicə etmək üçün Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibni Əmri gətirdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı və qılıncın zəhərlə suvarıldığını və onun qana keçdiyini başa düşdü. Buna görə də bu dərdin əlacsız olduğunu bildirdi.

Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki, Əli (ə)-ın vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Buna görə də belə dedi: Ey Əmirəl-mö᾽minin, vəsiyyətin varsa buyur!

Ummu Kulsum əzəli və əbədi lə᾽nət sahibi olan İbni Mülcəmi görəndə ona belə deyir: «Mənim atam sənə etmişdi? Mən atamın sağalacağına, üzüqaralığın isə sənə qalacağına ümid bəsləyirəm Ummu Kulsum bu sözləri deyəndə İbni Mülcəm danışmağa başlayaraq belə dedi: Arxayın ola bilərsən; mən həmin qılıncı min dirhəmə almışam; min dirhəm da vermişəm ki, onu zəhərlə suvarsınlar; mən o qılınca o qədər zəhər yedirtmişəm ki, əgər Kufə əhalsininin başına birdən dəysəydi, hamısını bir yerdə öldürərdi. Atanın sağ qalmayacağından tam arxayın ola bilərsən.

Əli (ə)-ın heyranediciliyi və insani xariquladəliyi özünü burada göstərir. Vəsiyyətlərindən biri də «əsirinizlə xoş davranın» sözləri olur. Sonra isə belə deyir: «Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın arasına düşüb, «Əmirəl-minin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var» deyib onu-bunu günahlandırmayınSizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.

İmam Həsən (ə)-a belə buyurdu: «Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə ölüb, ölməsə ölməyib

Sonra yenə öz qatilinin vəziyyəti ilə maraqlanıb, ona yemək və su verilməsini soruşur; ona baxılıb-baxılmaması ilə maraqlanır. O həzrətə süd gətirirlər. O süddən bir az içib kasanı ətrafındakılara verərək belə deyir: «Qalanını həmin adama verin ki, ac qalmasın

Düşməni ilə bu cür rəftarları, Mövlananın ona «şücaətdə Allahın şirisən, mürüvvətdə kim olmağını isə özün bilirsən» deməsinə səbəb olur.

Bunlar Əli (ə)-ın mərdliyi və insanlığıdır. O, ölüm yatağına düşüb və halı getdikcə pisləşir; zəhər müqəddəs bədəninə daha çox tə᾽sir edir. Səhabələri narahat olur, ağlayır və nalə çəkirlər. Amma Əli (ə)-ın dodaqlarının təbəssümlə dolu olduğunu görürlər. Əli (ə) həmin vəziyyətdə belə buyurur:


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin