Həmi qoft in muəmma ba qərini
Ki ey sufi şərab on gəh şəvəd saf
Ki dər şişe bemənəd ərbəini.
Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə məlaikə və ruh aləmini müşahidə edərdilər.» Bu hədis bizim «Camius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin [yersiz] çərənçilikləriniz və artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz.» Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bə᾽zən Məryəm kimi peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.
Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.»
Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsi istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək tə᾽sirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.
Dostları ilə paylaş: |