Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə13/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

497) Hospitalizasiya olunmuş β - adrenoblokatorlar və AÇFİ/ ARB ilə müalicə alan xroniki ürək çatışmazlıqlı xəstələr kəskin dekompensasiya halına düşərsə, aşağıdakılardan hansı tövsiyə məsləhət görülmür? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru, ARB - angiotenzin - II reseptorları blokatorların inhibitoru).
A) AÇFİ/ARB ilə müalicə davam etdirilməlidir

B) İlkin müalicə qeyri - adekvat nəticə verdikdə β - adrenoblokatorların dozası müvəqqəti azaldılır

C) β - adrenoblokatorın qəbulu təcili dayandırılmalı, əvəzində ürək qlikozidləri və sidikqovucular təyin edilir

D) AÇFİ və ARB fonunda xəstənin vəziyyəti sabitləşdikdən sonra xəstəxanadan evə yazılanadək β - adrenoblokatorlarla müalicənin başlanılması nəzərdən keçirilir

E) β - adrenoblokatorların dozasını yavaş - yavaş azaltdıqdan sonra dayandırmalı
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62.
498) Xroniki ürək çatışmazlıqlı xəstələrdə aşağıdakılardan hansı halın yaranması kəskin dekompensasiyanı xarakterizə etmir?
A) kəskin bradikardiya, atrioventrikulyar blokadanın

B) kardiogen şokun

C) sol ön hemiblokun

D) kəskin ağciyər ödeminin

E) ağır bronxospazmın
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62.
499) Aşağıdakılardan hansı xroniki sistolik ürək çatışmazlığının (XÜÇ) proqnozunun qiymətləndirilməsi markerlərinə aid deyil?
A) XÜÇ - nın isemik etiologiyalı olması və aşağı sistolik təzyiq

B) Xəstənin bədən kütləsi, sutka ərzində istifadə edilən xörək duzunun miqdarı

C) Vidaci venalarda təzyiqin qalxması, zirvədə III tonun mövcudluğu

D) Etnik mənsubiyyət, XÜÇ - nın funksional sinfi

E) Böyrəklərin disfunksiyası, depressiv hal
Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр. 1419
500) Aşağıdakılardan hansı ilk dəfə baş verən stenokardiyanın nəticəsi ola bilər?

A) klinik sağalma

B) miokard infarktının inkişafı

C) sabit stenokardiyaya keçid

D) qəfləti ölüm

E) qəfləti ölüm, klinik sağalma, miokard infarktının inkişafı, sabit stenokardiyaya keçid


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
501) Miokardın keçici transmural işemiyası üçün hansı səciyyəvidir?

A) T dişciyinin simmetrik mənfi olması

B) ST seqmentinin depressiyası

C) T dişciyinin simmetrik mənfi olması, ST seqmentinin qalxması, patoloji Q dişciyi

D) ST seqmentinin qalxması

E) Patoloji Q dişciyi


Ədəbiyyat: Орлов.В.Н. Руководство по электрокардиографии. -5-е.стер.изд. - М.: «Медицинское информационное агентство», 2006

502) Vazospastik stenokardiyası olan xəstələrdə daha çox effektiv olan preparat hansıdır?

A) sinus düyünün blokatoru

B) kalsium antaqonistləri

C) nitratlar

D) beta-blokatorlar

E) diuretiklər


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

503) Yanaşı gedən arterial hipertenziya ilə birlikdə ÜİX olan xəstələrdə daha çox hansı preparata üstünlük vermək lazımdır?

A) kalium kanalların aktivatorları

B) beta-blokatorlar

C) kalsium antaqonistləri

D) nitratlar

E) sinus düyünün blokatoru


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

504) Hansı preparat kalsium antaqonistlərinə aiddir?

A) dipiridamol

B) nebivolol

C) metoprolol

D) enalapril

E) diltiazem


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

505) Sistematik qəbul nəticəsində hansı preparata qarşı tolerantlıq (həssaslığın azalması) inkişaf edə bilər?

A) nitratlara

B) kalsium antaqonistlərinə

C) AÇF inhibitorlarına

D) Angiotenzin II reseptorlarının blokatorlarına

E) beta-blokatorlara


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

506) Nitratlara qarşı tolerantlıq inkişaf edərsə, lazımı effekti almaq üçün müalicəni hansı müddətə kəsmək lazımdır?

A) 2-3 həftəyə

B) bir neçə günlüyə

C) terapevtik "pəncərə" yaratmaq

D) 3 aya

E) 6 aya
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.



507) Hansı qrup dərman preparatlarının qəbulu başağrısını törədə bilər?

A) AÇF inhibitorları

B) beta-blokatorlar

C) nitratlar və dihidropiridin qrupu kalsium antaqonistləri

D) nitratlar

E) dihidropiridin qrupu kalsium antaqonistləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

508) Hansı qrup dərman preparatlarının qəbulu topuqların ödemi kimi əlavə təsir törədə bilər?

A) AÇF inhibitorları

B) beta-blokatorlar

C) nitratlar

D) angiotenzin II reseptorlarının blokatorları

E) dihidropiridin qrupu kalsium antaqonistləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

509) Hansı qrup dərman preparatları lipoproteid mübadiləsinə mənfi təsir göstərir?

A) nitratlar

B) beta-blokatorlar

C) dihidropiridin qrupu kalsium antaqonistləri

D) angiotenzin II reseptorlarının blokatorları

E) AÇF inhibitorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

510) AV keçiriciliyi ləngidən antianginal dərman preparatlarının qrupu hansıdır?

A) dihidropiridin qrupu kalsium antaqonistləri

B) AÇF inhibitorları

C) nitratlar

D) beta-blokatorlar

E) angiotenzin II reseptorlarının blokatorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

511) İdiopatik subaortal stenozu olan sabit stenokardiyalı xəstələrdə antianginal dərmanlardan hansı əks göstərişdir?

A) Diuretiklər

B) Fenilakilamin qrupuna mənsub kalsium antaqonistləri

C) Antikoaqulyantlar

D) β-blokatorlar

E) Nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

512) IV FS sabit stenokardiyanın əlamətləri hansılardır?

A) hər hansı fiziki yükdən sonra ürək nahiyəsində ağrıların başlanması

B) çox böyük fiziki yükdən sonra ağrıların başlanması

C) 1 mərtəbədən çox məsafə qət etdikdə ağrıların başlanması

D) spontan stenokardiya tutmasının baş verməsi

E) nitroqliserinin təsirinin olmaması


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

513) Proqressivləşən (qeyri-sabit) stenokardiyası olan xəstələrdə aşağıdakı əlamətlərdən hansı qeyd edilir?

A) nitroqliserinin təsirinin azalması

B) sakit halda stenokardiya tutmasının əmələ gəlməsi

C) stenokardiya tutmalarının müddətinin uzanması

D) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi, sakit halda stenokardiya tutmasının əmələ gəlməsi, stenokardiya tutmalarının müddətinin uzanması, nitroqliserinin təsirinin azalması

E) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

514) ÜİX ilə yanaşı bradikardiyası olan xəstələrə hansı preparatdan istifadə məqsədəuyğundur?

A) benzotiazepin qrupundan olan kalsium antaqonistləri

B) dihidropiridin qrupundan olan kalsium antaqonistləri

C) qlikozidlər

D) beta-blokatorlar

E) fenilalkilamin qrupundan olan kalsium antaqonistləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

515) Miokard infarktı keçirmiş ÜİX olan xəstələrdə ürək çatmamazlığının inkişafına aşağıdakılardan hansı səbəb ola bilər?

A) keçirilmiş infarkt sahəsinin böyük olması

B) atım fraksiyasının azalması

C) sol mədəciyin anevrizmasının formalaşması, papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı, keçirilmiş infarkt sahəsinin böyük olması, atım fraksiyasının azalması

D) papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı

E) sol mədəciyin anevrizmasının formalaşması


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

516) Hansı hallarda ambulator EKQ monitorlamanın aparılması vacibdir?

A) vazospastik stenokardiyaya şübhə

B) miokard infarktına şübhə

C) aritmiyaya şübhə

D) aritmiya, vazospastik stenokardiya və normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə

E) normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

517) Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyyəsinə əsasən statin müalicəsi sabit stenokardiyalı xəstələrdə aterosklerotik ürək-damar xəstəlikləri riskini nə qədər azaldır?

A) 40%


B) 30%

C) 5%


D) 20%

E) 10%
Ədəbiyyat: Метелица В.И. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств » 2005 - 1528 с



518) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?

A) Fiziki gərginliklə əlaqədardır

B) ST seqmentinin qalxması yalnız ağrı zamanı müşahidə olunur

C) Kalsium antaqonistlərinin dihidropiridin qrupuna aid dərmanlar ağrını götürür

D) Nitratların təsirindən çox hallarda ağrı keçmir

E) Adətən sakitlik vaxtı, əsasən yuxuda baş verir


Ədəbiyyat: Шлант Р. К., Александер Р.В. Клиническая кардиология. Пер. с англ. - М.; СПб.: «Издательство БИНОМ» - «Невский диалект», 1998. - 576 с., ил.

519) Normada sol mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 7-8 mm

B) 6-7 mm

C) 5-6 mm

D) 8-9 mm

E) 4-5 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
520) Aşağıdakılardan hansı ürəyin funksiyasına aid deyildir?
A) yığılma

B) keçiricilik

C) inteqrativ-koоrdinasion

D) avtomatizm

E) oyanma
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
521) Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1.ümumi damar müqavimətinin ölcüsü

2.ağciyər damar müqavimətinin ölcüsü

3.aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

4. miokardın yığılmasını zəiflədən patoloji hallar

5. miokardın fəaliyyətdə olan kütləsi
A) 1, 3, 5

B) 2, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
522) Müsbət xronotrop effect ürəyə necə təsir edir?
A) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır

B) ürək əzələsinin oyanması artır

C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

D) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

E) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
523) Hansı faktorlar endoteldən aslı vazadilatasion faktor olub damar tonusuna və trombositlərin aqreqasiyasına təsir edirlər?

1. Boşaldıcı endothelial faktorlar (azot oksidi, NO)

2. Prostasiklin PGI2

3. Endotelial hiperpolyarizəedici faktorlar (EHPF)

4. Endotelin -1 (ЕТ1)

5. Toxuma angiotenzini II (АII)
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 2, 3, 5

E) 1, 2, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 47-50
524) Əsas endoteldən aslı vazokonstriktor damar tonusunu, trombositlərin aqreqasiyasını və qanın laxtalanmasını artıran maddələrə nə aiddir?

1. Endotelin-1 (ЕТ1)

2. Toxuma angiotenzini II (АII)

3. Tromboksan А2, prostoqlandin PGH2

4. Boşaldıcı endotelial faktorlar (azot oksidi, NO)

5. Prostasiklin PGI2
A) 1, 2, 3

B) 1, 3, 5

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 2, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,49
525) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya və tütün çəkmək ayrılıqda hər biri ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 4

B) 2


C) 5

D) 6


E) 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
526) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya, tütün çəkmək birliyi ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 4

B) 2


C) 5

D) 3


E) 6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
527) Aterosklerotik kardiosklerozlu xəstələrdə əsas risk faktorlarının təsirinin azalması və ya tam aradan qaldırılmasına yönəldilmiş aktiv tədbirlər, qanuna uyğun olaraq əsasən hansı xəstəliklərin tezliyinin azalmasıyla müşayiət olunmur?
A) vazospastik stenokardiyanın

B) beyin insultunun

C) kəskin koronar sindromunun

D) qəfləti ürək ölümünün

E) miokard infarktının
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.353
528) Ürəyin işemik xəstəliyinin xüsusi forması olan mikrovaskulyar stenokardiyanın (“Х-sindromu”) meydana gəlməsinin əsasında duran disfunksiya nə ilə xarakterizə olunmur?
A) Sol koronar arteriyanın əsas şaxəsində aterosklerotik dəyişikliklərin olmaması ilə

B) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan funksional pozğunluğun olması ilə

C) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan morfoloji pozğunluğun olması ilə

D) Iri (epikardial) koronar arteriyalarda tipik aterosklerotik dəyişikliklərin olması ilə

E) Proksimal yerləşmiş koronar arteriyalarda nəzərə çarpan funksional və morfoloji pozğunluğun mövcud olmaması ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
529) Ürəyin xroniki işemik xəstəliyinin uzun müddətli “ləng” kalsium kanalları blokatorları - benzotiazepin törəmələri ilə müalicəsi hansı hallarda məsləhət deyil?
A) Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu (SDZS), I dərəcəli atrioventrikulyar (AV) blokada gərginlik stenokardiyası ilə müştərək olduqda və zəif ürək catışmazlığının əlamətlərində

B) Əsasən simpatik-adrenal sistemin hiperaktivasiyası fonunda sinus taxikardiyasına meyillik olan gərginlik stenokardiyası və arterial hipertenziyada

C) Hiperlipidemiya və ya şəkərli diabet, həmçinin aşağı ətraf damarlarının obliterə olunmuş aterosklerozu ilə müştərək olan gərginlik stenokardiyasında

D) Qoca və ahıl yaşlı gərginlik stenokardiyası olan şəxslərdə (kliniki vəziyyətlərdən asılı olaraq) və Prinsmetal vazospastik stenokardiyasında

E) Gərginlik stenokardiyası və arterial hipotenziya ilə xroniki ürək catışmazlığının IIB-III mərhələsinin müştərək olmasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 445
530) Ürəyin işemik xəstəliyində ürək əzələsinin hansı funksiyasının pozğunluğu ən erkən hesab olunmur və onun yaranma səbəbinə aid deyil?
A) Diastolik disfunksiya hesabına Са2+-ın sarkoplazmatik retikuluma və hüceyrəarası mühitə geri qayıtmasının pozulması

B) Diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin artması, aterosklerotik və postinfarkt kardiosklerozun mövcudluğu

C) Sistolo - diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin zəifləməsi və sol mədəcik miokardının kompesator hipertrofiyası və dilatasiyası

D) Diastolik disfunksiya hesabına sol mədəcik miokardının kompesator hipertrofiyası

E) Diastolik disfunksiya hesabına aktiv diastolik boşalma prosesinin əhəmiyyətli zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384.
531) Ürəyin işemik xəstəliyində sol mədəciyin sistolik disfunksiyası hansı halda inkişaf etmir?
A) Miokardın işemiyası hesabına ürək əzələsinin rigidliyinin artmasında

B) Са2+-in yığılma qabiliyyətli zülallara daşınmasının pozulmasında

C) Makroergik birləşmələrin nəzərə çarpan defisitində

D) Makroergik birləşmə ehtiyatının tükənməsi və ion nasosunun zədələnməsində

E) Aktın - miozinin qarşılıqlı təsirinin pozulmasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
532) Hal hazırda praktikada istifadə olunan ürəyin işemik xəstəliyinin təsnifatına hansı klinik forma daxil deyil?
A) Mikrovaskulyar stenokardiya (“Х sindromu”)

B) Stenokardiya

C) Qəfləti ürək ölümü (ürəyin ilkin dayanması)

D) Aterosklerotik kardioskleroz

E) Miokardın ağrısız işemiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
533) Ürəyin işemik xəstəliyi olan xəstələrdə aşağıdakılardan hansı β - adrenoblokatorların təsirinə aid deyil?
A) koronar təhcizatın cüzi artması

B) qismən xronotrop effekt

C) katexolaminlərin hüceyrə reseptorlarının təsirinə mane olması

D) diastolanın davam müddətinin artması

E) müsbət inotrop
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 440 - 441
534) β - adrenoblokatorların qəbulunun birdən kəsilməsi (ləğv edilmə sindromu) nə ilə müşayiət olunmur?
A) taxikardiya ilə

B) oyanma ilə

C) tremorla

D) baş ağrısı ilə

E) yuxululuqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 443
535) Kalsium kanallarının blokatorları - difenilalkilamin törəmələri (verapamil) hansı xüsusiyyətə malik deyil?
A) sinoaurikulyar düyünün funksiyasını zəiflədilməsinə

B) durğunlug ürək çatışmazlığının dərinləşməsinə

C) atrioventrikulyar düyünün keçiriciliyinin zəiflədilməsinə

D) mənfi inotrop təsirə

E) müsbət batmotrop təsirə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444, 445
536) Stabil stenokardiyalı xəstələrin müalicəsində anaprilinin (propranolol) sutkalıq dozası (mq) nə qədərdir?
A) 220-320

B) 320-420

C) 60-160

D) 160-220

E) 20-60
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.443; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г., стр.69,70.
537) Mikrovaskulyar stenokardiya (“Х sinromu”) nədir?
A) kəskin miokard infarktın yaranmasına şübhələnməyə əsas verən klinik əlamətlər və simptomlardır

B) sol mədəciyin işemiyadan sonrakı disfunksiya vəziyyətinin dəyişməz qalmasıdır (koronar qan dövranın bərpa olunmasına baxmayaraq)

C) stenokardiya ilə müşayiət olunmayan miokardın perfuziya və elektrik aktivliyinin geri dönən pozğunluğudur

D) iri koronar damarlarda (epikardial) aterosklerotik dəyişiklik olmadan, kiçik arteriyaların funksional və morfoloji pozğunluqlarıdır

E) sakit halda miokardın hipoperfuziyası nəticəsində koronar damarlarda qan axınının həcm sürətinin azalmasıdır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460. V. Ə.Əzizov səh.192
538) Hibernasiyalı miokarda nə aid deyil?
A) koronar qan axınının davamlı zəifləməsi şəraitində miokardın xroniki yığılma disfunksiyası

B) aktivliyi aşağı olan miokardla (miokard elə bil yuxudadır) ona oksigen çatdırılması arasındaki balansın saxlanılması

C) çoxlu damar zədələnməsi olduğu halda, miokardın qeridönməz zədələnməsinin olmaması

D) ağır işemiya dövründən sonra (nekrozsuz) miokardın uzun müddətli sistolik disfunksiyasının saxlanılması (hətta normal koronar axın bərpa olunduqda belə)

E) adekvat qan təhcizatını bərpa olunan kimi yığılma funksiyasının da bərpa olunması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460.V.Ə.Əzizov səh.192
539) “Karlaşmış” miokarda nə aid deyil?
A) karlaşmanın dərinliyi öncə keçirilmiş işemiyanın dərəcəsi ilə proporsionaldır

B) funksional, biokimyəvi və ultrastruktur işemik dəyişikliklərin qeri dönməsi və yığılma funksiyasının yavaş - yavaş bərpa olunması

C) funksiyanın bərpa mexanizmi kardiomiositlərin kalsiumla yüklənməsi və sərbəst radikalların toplanması ilə əlaqədar ola bilər

D) koronar qan axınının davamlı zəifləməsi şəraitində miokardın xroniki yığılma disfunksiyası (işemiyasız)

E) hətta normal koronar axın bərpa olunduqda belə, ağır işemiya dövründən sonra (nekrozsuz) miokardın uzun müddətli sistolik disfunksiyasının saxlanılması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460. V. Ə. Əzizov səh.192.


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin