Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Müasir təsnifata əsasən, xəstəliyin hansı mərhələsi miokard infarkt üçün səciyyəvi hesab olunmur?



Yüklə 3,31 Mb.
səhifə15/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

584) Müasir təsnifata əsasən, xəstəliyin hansı mərhələsi miokard infarkt üçün səciyyəvi hesab olunmur?
A) kəskin

B) yarımkəskin

C) prodromal

D) miokard infarktından sonrakı

E) ən kəskin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
585) Hansı fəsadlar miokard ınfarktın daha çox rast gəlinən fəsadlarına aid deyil?
A) epistenokardik perikardit və tromboemboliya

B) mədəcik və mədəciküstü ritm və keçiricilik pozğunluqları

C) sol mədəciyin kəskin anevrizması, miokardın xarici və daxili cırılması

D) ekssudatıv perikardit və tromboflebit

E) sol mədəcik çatışmazlığı və kardiogen şok
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
586) Miokardın işemiyası hansı metabolizm və funksiya pozğunluqlarına səbəb olmur?
A) kardiomiositlərin yığılma funksiyasının artmasına

B) ürək əzələsinin nəzərə çarpan qeyri homogen elektrofizioloji xüsusiyyətlərinin meydana çıxmasına

C) hüceyrələrinin oyanmasının zəifləməsinə

D) diastolik boşalma prosesinin pozulmasına

E) sistolik funksiyanın zəifləməsinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 503
587) Miokard infarktı zamanı sol mədəciyin sistolik funksiyasının qlobal aşağı düşməsi nə ilə nəticələnmir?
A) psevdonormal E/A münasibətinin formalaşması ilə (sol qulaqcıqda təzyiqin qalxması və onun divarının elastikliyinin zəifləməsi hesabına)

B) sol mədəciyin son diastolik təzyiqin və son diastolik həcmin artması ilə

C) sol mədəcik çatışmazlığı klinik əlamətlərinin və kiçik qan dövranında durğunluğun əmələ gəlməsi ilə

D) atım fraksiyasının, vurğu həcminin, dəqiqəlik həcmin, arterial təzyiqin azalması ilə

E) periferik qan dövranında sistemli və eyni zamanda mikrosirkulyator səviyyədə pozğunluq əlamətlərinin əmələ gəlməsi ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 505
588) Kəskin miokard infarktlı xəstələrdə sol mədəciyin remodelləşməsində hansı struktur dəyişiklik formalaşmır?
A) ürək əzələsinin zədələnməmiş sahəsinin kompensator hipertrofiyası

B) sol mədəciyin ümumi ölcüsünün kiçilməsi

C) ürək əzələsinin nekrozlaşmış sahəsinin nazikləşməsi

D) sol mədəciyin dilatasiyasının formalaşması

E) ürək əzələsinin nekrozlaşmış sahəsinin gərilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
589) Kəskin miokar infarktlı xəstələrdə hansı faktor remodelləşmə prosesinə təsir etmir? (AT - arterial təzyiq, ÜPDM - ümumi periferik damar müqaviməti, SM – sol mədəcik).
A) vazodilyatator substansiyası hesab olunan azot oksidinin hiperproduksiyası

B) infarktın ölçüsü (nekroz sahəsi nə qədər böyüksə, SM - ın struktur dəyişiklikləri o qədər də dərindir)

C) infarkt ətrafı zonanın ölçüsü (nekrozla həmsərhəd işemiyalı və ya hibernasiyalı miokard)

D) nekroz zonasının mexaniki xüsusiyyəti (sonradan - çapıq zonası)

E) son yüklənmənin ölçüsü, eyni zamanda AT, ÜPDM - ın həddi, SM boşluğunun ölçüsü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
590) Hansı faktor kəskin miokard infarktlı xəstələrin remodelləşmə prosesinin dərinləşməsinə təsir etmir?
A) prostasiklin İ 2 - in hiperproduksiyası (vazodilyatator substansiya)

B) ön yüklənmənin ölçüsü (ürəyə qayıdan venoz qan axınının həcmi)

C) renin - angiotenzin - aldosteron sistemin hiperaktivləşməsi

D) endotelinin hiperproduksiyası (vazokonstriktor substansiya)

E) simpatik - adrenal sistemin hiperaktivləşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
591) Hansı laborator göstəricinin təyini kəskin miokard infarktını təsdiqləmir?
A) eozinofiliya

B) qanda mioqlobulinin miqdarının artması

C) hiperfermentemiya

D) toxuma nekrozunun qeyri spesifik göstəriciləri və miokardın iltihab reaksiyaları

E) qanda troponinlərin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
592) Əgər xəstədə köhnə EKQ yoxdursa, ancax hal - hazırda His dəstəsinin sol ayaqcığının blokadasının əlamətləri mövcuddursa (və ya əgər blokada çoxdan varsa), onda hansı spesifik əlamətin olması miokard infarktın ən yüksək ehtimalına dəlalət edir və beş bal təşkil edir?
A) Ancax V3 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması

B) ST seqmentinin ≥ 1мм - dən(çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması

C) V1, V2 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması

D) ST seqmentinin ≥ 5мм - dən (çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması

E) ST seqmentinin QRS kompleksinə konkordant olaraq, ≥ 1мм - dən (çox və ya bərabər) olması
Ədəbiyyat: Б. Гриффин, Э Тополь. Кардиология. «Москва», 2011, стр. 35, 39
593) Aşağıda göstərilənlərdən hansı vaxt Q dişli miokard infarktın ən kəskin dövrünə uyğun gəlir?
A) hemodinamıkanı lazımı səviyyədə saxlamaq məqsədi ilə kompensator mexanizmlərin işə salınması (zədələnməmiş miokardın hiperfunksiya və hipertrofiyası, sol mədəciyin mötədil dilatasiyası)

B) çapıq nahiyyəsində kollagenin formalaşması və onun bərkiməsi (çapığın möhkəmlənməsi)

C) nekrotik kütləni əvəz edən birləşdirici toxumada çapığın formalaşması

D) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi

E) miokardın kəskin işemiyasının ilk klinik və/və ya instrumental (EKQ) əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasının başlanmasına qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
594) Q dişli miokard infarktın ən kəskin dövrü nə qədər davam edir?
A) 12 - 24 saat

B) 1 - 2 sutka müddətində

C) 6 - 12 saata qədər

D) 20 dəqiqədən 2 saata qədər

E) 2 - 3 saata qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
595) Aşağıda göstərilənlərdən hansı zaman Q dişli miokard infarktın kəskin dövrünə uyğun gəlir?
A) miokardın kəskin işemiyasının ilk klinik və EKQ əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasına qədər

B) çapıq nahiyyəsində kollagen və elastin kütləsinin artması və bərkiməsi

C) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi

D) birləşdirici çapıq toxumasının formalaşması, sol və sağ mədəciyin remodelləşməsi

E) intakt miokardın hipertrofiyası və sol mədəciyin mötədil dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
596) Q dişli miokard infarktın fəsadlaşmamış gedişində kəskin dövr adətən nə qədər davam edir?
A) 14 gündən 30 günə gədər

B) 2 - 3 saata qədər

C) 24 saatdan 72 saata qədər

D) 7 - 10 günə qədər

E) 4 - 6 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
597) Hansı prosesin formalaşması Q dişli miokard infarktın yarımkəskin dövrünə uyğun gəlir? (SM - sol mədəcik).
A) Hemodinamikanı lazımı həddə saxlamaq ücün intakt miokardın hipertrofiyası və sol mədəciyin dilatasiyası

B) Nekrotik kütləni əvəz edən çapıq birləşdirici toxumanın və sol mədəciyin remodelləşmə prosesinin

C) EKQ - də işemik əlamətlərin əmələ gəlməsindən nekrozun başlanmasına qədər

D) Çapıq nahiyyəsində kollagen kütləsinin çoxalması və bərkiməsi

E) Nekroz ocağın və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi dövrü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
598) Yarımkəskin Q dişli miokard infarktın davam müddəti nədən asılı deyil?
A) nekrozlaşma prosesinə qoşulmayan və miokardı əhatə edən toxumanın vəziyyətindən

B) kollateral damarların inkişaf dərəcəsindən

C) yanaşı xəstəliyin və infarktın fəsadlaşmalarının mövcud olmasından

D) nekroz ocağının həcmindən

E) nekroz ocağında elastinin miqdarından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
599) Q dişli miokard infarktın yarımkəskin dövrü nə qədər davam edir?
A) 2 - 3 gün

B) 4 - 6 həftə

C) 2 - 6 ay

D) 2 - 3 həftə

E) 7 - 10 gün
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
600) Hansı dəyişiklik Q dişli miokard infarktından sonrakı ən yaxın dövrə uyğun gəlir?
A) çapıq nahiyyəsində kollagen kütləsinin artması və onun bərkiməsinin sona çatması (konsolidasiya)

B) miokardın işemiyasının ilk klinik və ya EKQ əlamətlərinin əmələ gəlməsi

C) nekrotik prosesə qoşulmamış sahələrdə kollateralların inkişafı

D) nekroz ocağının və rezorbsion-nekrotik sindromun əmələ gəlməsi

E) nekrotik kütləni əvəz edən birləşdirici toxumanın inkişafı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
601) Q dişli miokardın infarktından sonraki uzaq dövr nə vaxt başlayır?
A) 1 - 1,5 ay sonra

B) 7 - 8 ay sonra

C) 2 - 6 ay sonra

D) 9 - 12 ay sonra

E) 20 - 30 gün sonra
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
602) Miokardın infarktından sonrakı dövrün klinik şəkli hansı faktorun təsirindən asılı deyil?
A) ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşmasından

B) infarktan sonrakı çapığın həcmindən

C) nekrozu əhatə edən intakt miokardın funksional vəziyyətindən

D) koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürətindən

E) toxuma renin - angiotenzin sisteminin davamlı stimulyasiyasından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
603) Hansı əsas faktorlar miokardın infarktından sonra 2 - 6 ay müddətində hemodinamik pozğunluqlarının dərəcəsini təyin edir?

1. koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürəti

2. intakt miokardın funksional vəziyyəti

3. miokardın infarktından sonrakı erkən stenokardiya

4. infarktan sonrakı çapığın həcmi

5. ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşması
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
604) Ön yan lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişinin olması şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) I, aVL, V1, V2

B) III, aVF, V5, V6

C) II, III, V3, V4

D) V7, V8, V9

E) I, aVL, V5, V6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
605) Hansı kompensator mexanizm yaxın infarktdan sonrakı dövrdə formalaşmır və hemodinamikanın lazımı səviyyədə saxlanılmasına yönəlmir?
A) Zədələnməmiş miokardın hiperfunksiyası

B) Zədələnməmiş miokardın hipertrofiyası

C) Kollaqen kütləsinin azalması

D) Sol mədəciyin mötədil dilatasiyası

E) Frank - Starlinq mexanizminin qoşulması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
606) Kəskin miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra troponinlər I və Т - ın konsentrasiya həddi normanın yuxarı sərhəddini ötür?
A) 6 - 8

B) 1 - 1,5

C) 10 - 12

D) 12 - 24

E) 2 - 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
607) Qanda troponinlər I və Т - ın konsentrasiyası miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 1 - 2 həftə

B) 5 - 6 sutka

C) 3 - 4 sutka

D) 3 həftə

E) 2 sutka
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
608) Kəskin Q dişli miokard infarktlı xəstələrdə troponinlər I və Т - ın konsentrasiyasının qanda aktiv yüksəlmə zirvəsi hansı saatlarda qeyd olunur?
A) 24 - 48

B) 2 - 3


C) 7 - 14

D) 1 - 2


E) 4 - 7
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515, 516
609) Kəskin Q dişli miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra mioqlobulinlərin konsentrasiyası normanın yuxarı sərhəddini ötür?
A) 6 - 12

B) 14 - 16

C) 2 - 4

D) 4 - 6


E) 1 - 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
610) Qanda mioqlobulinlərin konsentrasiyası Q dişli miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 12 - 24 saat

B) 24 - 48 saat

C) 1 həftə

D) 2 həftə

E) 6 - 12 saat
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
611) Kəskin Q dişli miokard infarktlı xəstələrdə mioqlobulinlərin konsentrasiyasının qanda maksimum zirvə həddi hansı saatlarda baş verir?
A) 24 - 48

B) 4 - 8


C) 2 - 4

D) 12 - 24

E) 1 - 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
612) Kəskin Q dişli miokard infarktlı xəstələrdə qanda mioqlobulinin konsentrasiyası neçə müddətdən sonra normaya qayıdır?
A) 6 saat

B) 2 sutka

C) 24 saat

D) 12 saat

E) 3 sutka
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
613) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktivliyinin artması neçə saatdan sonra başlayır?
A) 6 - 12

B) 1 - 2


C) 12 - 18

D) 2 - 3


E) 4 - 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
614) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktiv yüksəlmə zirvəsi neçə saatdan sonra başlayır?
A) 2 - 3

B) 1 - 2


C) 4 - 6

D) 12 - 18

E) 6 - 12
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
615) Qanda kreatinfosfokinazanın МВ - fraksiyasının konsentrasiyası Q dişli miokard infarktın başlanmasından nə qədər müddət sonra normaya qayıdır?
A) 3 - 4 sutka

B) 8 - 14 sutka

C) 4 - 5 həftə

D) 2 - 3 sutka

E) 6 - 7 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
616) Ön arakəsmə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q (QS), RS–T elevasiyası və mənfi koronar T şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) V3 - V4

B) III, aVF, V3 - V6

C) V1 - V3

D) II, III, aVF, V1 - V4

E) I, aVL, V5, V6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
617) Ön zirvə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişi şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) V3, V4

B) III, aVF, V7, V8, V9

C) I, aVL, V1, V2

D) I, aVL, V5, V6

E) V1, V2, V3
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
618) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakı hallardan hansına səbəb olur?
A) yaranan II-III dərəcəli atrioventrikulyar blokadanı aradan götürür

B) supraventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

C) idiopatik subaortal stenozlu xəstələrdə sinus taxikardiyasını yox edir

D) mədəcik taxikardiya tutmasını aradan qaldırır

E) kəskin miokard infarktlı xəstələrdə yaranan sinoatrial blokadanı aradan qaldırır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.273; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств», 2005 г.
619) Ön bazal (ön yüksək) lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi dəyişikliyi aşkar edilir?
A) V1-V3 (elektrodlar həmişəki həddən 1-2 və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)

B) V4-V6 (elektrodlar həmişəki həddən 1-2 və/və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)

C) I, II, aVL, V1-V2 (elektrodlar döş sümüyünün sağ kənarında yerləşdirilir)

D) V3-V4 (elektrodlar həmişəki həddən 2 barmaq yuxarı yerləşdirilir)

E) II, III, aVF, V5-V6 (elektrodlar həmişəki həddən 1 və ya 2 qabırğaarası yuxarı yerləşdirilir)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
620) Ön yayılmış lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-nın hansı aparmalarında Q(QS), RS-T-nın elevasiyası, mənfi koronar T dişi və resiprok əlamətlər (RS-T-nın depressiyası, hündür müsbət T dişi) aşkar edilir?
A) I, aVL, V1-V6 (III, aVF, II -də resiprok dəyişikliklər)

B) V3, V4 (I, III, aVL-də resiprok dəyişikliklər)

C) V1, V2, V3 (II, III, aVF-də resiprok dəyişikliklər)

D) II, III, aVF (V1, V2-də resiprok dəyişikliklər)

E) III, aVF, V5, V6 (V1-V3-də resiprok dəyişikliklər)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
621) Arxa diafraqmal (aşağı) lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ- nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) V7- V9 (resiprok V1-V3, lakin daim olmur)

B) III, aVF, II

C) II, III, aVF, V3, V4

D) I, aVL, V5, V6

E) III, aVF, V5, V6 (resiprok V1-V3)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
622) Arxa bazal lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ- nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi dəyişikliyi aşkar edilir?
A) Bəzi hallarda V7- V9 –da (V1 - V3-də resiprok dəyişiklik)

B) V5, V6, III, aVF (I, II, aVL -də resiprok dəyişikliklər)

C) I, aVL, V5, V6 (III, aVF, II-də resiprok dəyişiklik)

D) III, aVF, II (V1 - V3-də resiprok dəyişiklik)

E) III, aVF, II, V5, V6, V7 - V9 (V1 -V3-də resiprok dəyişiklik)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
623) Arxa yan lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-da hansı aparmalarda Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) V4-V6, V7- V9

B) II, III, aVF, V5, V6, V7 - V9

C) II, III, aVF

D) V5, V6, III, aVF

E) I, aVL, V5, V6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
624) Yayılmış arxa lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-da hansı aparmalarda Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) I, aVL, V5, V6 (resiprok II, III, aVF -da)

B) III, aVF, II, V5, V6, V7- V9 (resiprok - V1 -V3-də)

C) V5, V6, III, aVF (resiprok I, II, aVL -da)

D) III, aVF, II, V7 - V9 (resiprok - V1 - V3-də)

E) V7 -V9 (resiprok - V1 -V3-də)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
625) Q dişsiz miokard infarktın hansı dəyişikliyi tipik EKQ əlamətləri hesab olunmur?
A) Patolojı Q dişi və ya QS kompleksi

B) Mənfi simmetrik və itiləşmiş koronar Т dişi

C) 2-5 həftə müddətində saxlanılan, uzunsürən və intensiv ağrı tutmalarından sonra EKQ-da dəyişikliklərin əmələ gəlməsi

D) RS-T seqmentinin izoxətdən aşağı yerini dəyişməsi

E) RS-Т seqmentinin elevasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
626) Miokardın infarktında istifadə olunan ikiölçülü, birölçülü və doppler - exokardioqrafiya müayinəsi sol mədəciyin hansı dəyişikliyini aşkar etməyə imkan vermir?
A) anevrizmanın əlamətlərini

B) yığılmaların lokal pozğunluğunu

C) remodelləşmə əlamətlərini (mədəcik boşluğunun dilatasiyasını, sol mədəciyin həndəsi dəyişikliyini)

D) sistolik və diastolik funksiyaların miqdarca qiymətləndirilməsini

E) intakt miokardın oksigenlə təminat dərəcəsini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 527
627) Miokardın infarktı xəstəliyində ikiölçülü, birölçülü və doppler - exokardioqrafiya müayinəsi hansı dəyişikliyi aşkar edə bilmir?
A) ritm pozğunluqlarının növlərini və baş vermə səbəblərini

B) perikard boşluğunda mayenin və ürəkdaxili trombların olmasını

C) ağciyər arteriyasında təzyiq həddini və hipertenziya əlamətlərini

D) qapaq aparatının vəziyyətini və mədəciklərarası cəpərin qüsurunu

E) magistral və periferik arteriya və venalarda morfoloji və funksional dəyişiklikləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 527
628) Q dişli miokard infarktlı xəstələrdə hansı tədbir hospitalaqədər və hospital mərhələlərdə müalicənin əsas strateji məqsədlərinə aid deyil?
A) fəsadların qarşısının alınması və tezliklə aradan qaldırılması

B) miokardın erkən reperfuziyası və ya koronar revaskulyarizasiya, sonrakı trombun əmələ gəlməsinin aradan qaldırılması

C) yanaşı xəstəliklərin müalicəsi

D) ürəyin hemodinamik və metabolik yükünün boşaldılması hesabına nekroz ocağının və infarkt ətrafı işemik zonanın məhdudlaşdırılması

E) xəstələrin fiziki və psixoloji reabilitasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
629) Q dişli miokard infarklı xəstələrin bazis terapiyasına hansı tədbir daxil olunmayıb?
A) ağrının yox edilməsi (analgeziya), antiişemik dərman maddələrinin istifadəsi

B) metabolik dərman maddələrinin istifadəsi

C) trombolitik terapiya (individual göstəriş və əks göstərişləri nəzərə almaqla)

D) angiotenzin çevirici fermentlərin inhibitorlarının və angiotenzin II reseptorlarının antaqonistlərinin istifadəsi

E) antitrombotik və antiaqreqant terapiya, oksigenoterapiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin