Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə21/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

865) Stenokardiya simptomlarını və işemiya əlamətlərini (gizli işemiya daxil olmaqla) miokardın oksigenə tələbatını azaldan və ya işemik sahəyə qan təchizatını artıran antiişemik dərmanlara hansı preparatlar aid deyil?
A) Kalium kanalı aktivatorları (Azərbaycanda və bəzi digər ölkələrdə müyəssər deyil)

B) Periferik təsirli adrenergik antaqonistlər

C) Beta - blokatorlar

D) Üzvi nitratlar

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
866) Sabit stenokardiyalı xəstələrin müalicəsində ümumi məsləhətlərə aşağıdakılardan hansı aid deyil?
A) Antiişemik dərmanların ehtiyaclara görə təyin edilməsi və fərdi şəkildə nəzarət olunması

B) Kəskin simptomlu bütün xəstələrə uzun təsirli nitratların təyin edilməsi

C) Klinik tədqiqatlarda göstərildiyi kimi, bir - birinin effektini artıran antiişemik preparatların istifadəsi

D) Kəskin simptomların aradan qaldırılması üçün qısa təsirli nitratların təyin edilməsi

E) Bir dərmana digərini əlavə etmədən həmin preparatın dozasını optimallaşdırılması
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
867) “X sindromlu” xəstələrin təqribən yarısında nitratlar effektiv olur və əgər bunlar effektiv deyilsə, onda hansı preparatlar əlavə olunmalıdır?
A) Kalsium antaqonistləri və ya β-adrenoblokatorlar (bəzi hallarda trimetazidin)

B) Sinus düyünü inhibitorları və ya antitrombositar preparatlar

C) Kaliun kanallarının blokatorları və ya angiotezin çevirici fermentin inhibitorları (bəzi hallarda if inhibitorları)

D) Natrium kanallaranın blokatorları və ya β-adrenoblokatorlar

E) Nitratlara bənzər preparatlar (molsidomin) və ya kalium kanalları aktivatorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
868) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Birbaşa renin inhibitorları

B) Α-adrenergik antaqonistlər

C) Α-adrenerqik blokatorlar

D) Sinus düyününün inhibitorları

E) Kalium kanalları aktivatorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
869) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə alternativ təyin edilə bilər?
A) aspirinə qarşı allergiya olduqda

B) səyirici aritmiyanın taxisistolik formasında

C) kəskin koronar sindromundan sonra

D) stent implantasiyası olan xəstələrdə

E) anamnezində WPW (Volf - Parkinson - Vayt) sindromu olanlarda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
870) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə əlavə olaraq təyin edilir?
A) mədəcik taxikardiyalarında

B) stent implantasiyası olan xəstələrdə

C) səyrici aritmiyanın paroksizmində

D) supraventikulyar taxikardiyalarda

E) anamnezində Klеrk - Levi - Kristesko (СLС) sindromu olanlarda
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
871) Sakit halda EKQ - sı qeyri normal olan ürəyin işemik xəstəliklərinin hansı pozğunluğunda stress sınaqları diaqnostik baxımdan əhəmiyyətli və informativ olur?
A) WPW (Volf - Parkinson - Vayt) sindromu olduğu halda

B) Miokardın perfuziya pozğunluğunda

C) Kardiostimulyator ritmində

D) Mədəcikdaxili keçiriciliyin pozulmasında

E) Uzun müddət digitalis preparatlarının qəbulu zamanı
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
872) Exokardioqrafiya və perfuzion ssintiqrafiya stress təsvir metodlarının adi fiziki yük EKQ sınağından üstün olmayan cəhəti nədir?
A) Fiziki yük sınağının aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətliliyi

B) İşemiya sahələrinin lokalizasiya etibarilə təyininin mümkünlüyü

C) Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması

D) Ritm pozğunluğu növlərinin təyinində informativ olması

E) Agciyər arteriyasının tromboemboliyasında yüksək diaqnostik əhəmiyyətliliyi
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 16
873) Ürəyin işemik xəstəliyinin kəskinləşməsi olan xəstələrdə klinik riskin ilkin qiymətləndirilməsi və müalicə taktikasının seçilməsi üçün zəruri olan kəskin koronar sindromu diaqnozu sonradan hansı diaqnozla əvəz oluna bilər?
A) kəskin ocaglı distrofiya ilə

B) qeyri - sabit stenokardiya ilə

C) infarktdan sonrakı kardiosklerozla

D) kiçik ocaglı infarktla

E) aterosklerotik kardiosklerozla
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
874) Avropa statistikasına görə kəskin koronar sindromlu ST seqmentinin qalxması olmayan xəstələrin illik rast gəlmə tezliyi ST seqmentinin qalxması olan xəstələrə nisbəti necədir?
A) ST-nın qalxması olmayanlar daha azdır

B) ST-nın qalxması olmayan və ST-nın qalxması ilə gedən miokardın infarktı ilə nəticələnənlər bərabərdir

C) ST-nın qalxması olan və miokardın infarktı ilə nəticələnənlər daha çoxdur

D) ST-nın qalxması olmayan xəstələr daha çoxdur

E) Xəstəliyin ilk altı ayında ST-nın qalxması olmayanlar daha çox, sonrakı altı ayda isə azdır
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
875) ST-seqmentinin qalxması olmayan kəskin koronar sindromu ilə il ərzində xəstəxanaya olan qəbul hər 1000 nəfər əhaliyə neçə nəfər düşür?
A) 10

B) 12


C) 3

D) 8


E) 6
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
876) Xəstəxanaya sağ çatan xəstələr arasında ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin 4 il ərzində olan ölüm faizi, ST - seqmentinin qalxması ilə gedən miokard infarktlı xəstələrə nisbətən neçə dəfə çoxdur?
A) 3

B) 2


C) 8

D) bərabərdir

E) 6
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 8
877) Kəskin koronar sindromu diaqnozu hansı müayyinə metodu əsasında aparılır?
A) Kompyuter tomoqrafiya

B) Fono KQ

C) Exo KQ

D) Maqnit rezonans

E) EKQ
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
878) Hansı klinik əlamətlər ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə aid deyil?
A) Ən azı III funksional sinifə keçməsi ilə nəticələnən proqressivləşmiş stenokardiya ağrıları

B) Miokardın infarktından sonrakı stenokardiya ağrıları

C) III funksional sinifə uyğun olan ilk dəfə baş verən stenokardiya ağrıları

D) Yalnız fiziki gərqinlikdə 1 - 3 dəqiqə müddətində əmələ gələn stenokardiya ağrıları

E) Sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq)
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
879) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq) müşahidə edilir?
A) 20

B) 60


C) 40

D) 80


E) 90
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
880) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində proqressivləşən stenokardiya təsadüf edilir?
A) 10

B) 40


C) 20

D) 60


E) 80
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
881) Aşağıdakı hallardan hansı ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin tipik klinik təzahürlərinə aid deyil?
A) sol qola və boyuna yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar

B) döş sümüyünün sol tərəfində nöqtəvari davamlı ağrılar

C) çənəyə yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar

D) döş sümüyü arxasında yandırıcı fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar

E) döş sümüyü arxasında sıxılma
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
882) Simptomları olmayan xəstələrlə qarşılaşdıqda ürəyin işemik xəstəliyi və həmçinin ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu diaqnozunun qoyulma ehtimalını artıran klinik meyarlara aşağıdakılardan hansı aid deyil?
A) yuxu arteriyasının aterosklerozu

B) ahıl yaş

C) aşağı ətraf venalarının tromboflebiti

D) kişi cinsi

E) periferik arteriyaların aterosklerozu
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
883) GRACE və TIMI TQ - ın risk hesablamaları əsasında aparılan kəskin koronar sindromlu xəstələrdə klinik riskin qiymətləndirilməsi dedikdə nə başa düşülür? ( GRACE - Kəskin Koronar Halların Qlobal Registri , TIMI TQ - Miokard Infarktında Trombolizis üzrə Tədqiqat Qrupu)
A) Miokard infarktın baş verməsi, təkrarlanması və ölüm riski

B) Qanın laxtalanmasının yüksək olması fonunda ST - nın qalxması

C) ST - nın qalxmasının olması və tez - tez ölüm qorxususunun baş verməsi

D) Davamlı stenokardiya ağrıları və anamnezində ürəyin dayanması kimi klinik göstəricinin olması

E) ST - nın qalxması olmadığı halda miokard infarktla nətiçələnmə tezliyi
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
884) ST - seqmentinin qalxması ilə gedən və miokard infarktı ilə nəticələnən kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişikliklər aid deyil?
A) Normal və ya qeyri - müəyyən EKQ

B) Döş qəfəsində ağrılar

C) EKQ - da ST - seqmentinin davamlı qalxması

D) EKQ - da ST/T dəyişiklikləri

E) Biokimyəvi müayinədə troponin və kreatinfosfokinaza MB - ın yüksəlməsi
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. AzRSN. Вакı, 2012. Səh 12. V. Ə. Əzizov, “Daxili xəstəliklər”, İ - cild Kardiologiya, Bakı, 2007, Səh. 196
885) ST seqmentinin qalxması olmayan miokard infarktlı (və ya qeyri - sabit stenokardiya) xəstələrdə kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişiklik aid deyil?
A) EKQ - da ST/T dəyişiklikləri

B) Biokimyəvi müayinədə troponinin normal olması və ya düşməsi

C) Qeyri - müəyyən EKQ

D) Döş qəfəsində ağrılar

E) EKQ - də ST - nın davamlı qalxması
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
886) Qeyri-sabit stenokardiyalı xəstələrdə diaqnostik meyarlara hansı dəyişiklik aid deyil?
A) ST - seqmentinin elevasiyasiyası və miokardial iltihab markerlərin yüksəlməsi

B) ST - seqmentinin depressiyası və yüksəlmiş miokardial nekroz markerləri

C) Yaş, ürək vurğularının sayı, sistolik arterial təzyiq

D) Ürəyin dayanmasının klinik və EKQ göstəriciləri

E) Kreatininin səviyyəsi, xəstəxanaya qəbulda Killip sinfi
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 13
887) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə qayıdan döş qəfəsi ağrıları və digər simptomlar olan hallarda EKQ - nın çəkilməsi nə vaxt məsləhətdir?
A) Daxil olduqda və xəstələrin evə yazılmasından 24 saat sonra

B) 24 və 36 - cı saatda və xəstələrin evə yazılmasından 72 saat sonra

C) Ən azı 6 və 24 - cü saatda və xəstələrin evə yazılmasından əvvəl

D) 2 və 3 - cü saatda və xəstələrin evə yazılmasından 48 saat sonra

E) Ən azı 12 və 18 - ci saatda və xəstələrin evə yazılmasından 7 gün sonra
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
888) Əgər EKQ - da ST - seqmentinin enməsi qeydə alınan aparmaların sayı, onun klinik əlamətləri işemiyanın yayılmasını, ağırlığını göstərirsə və proqnozla korrelyasiya edirsə, onda aşagıdakılardan hansını uyğun hesab etmək olmaz?
A) ST - nın enməsinin >1 mm - dən (çox) olması daha mühüm əhəmiyyətə malikdir və 1 il ərzində 11% hallarda miokardın infarktı və ölümlə müşayiət olunur

B) ST - nın >2 mm - dən (çox) enməsi ölüm riskinin təxminən 6 dəfədən çox olmasına səbəb olur

C) Ətraf aparmalarının hər hansı birində ST - nın >0, 5 mm - dən (çox) enməsi ölüm riskini təqribən 2 dəfə çoxaldır

D) İki və daha artıq qonşu aparmalarda ST - nın >0, 5 mm - dən (çox) enməsi ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu fikrinə yönəldir və proqnoza təsir edir

E) ST - nın enməsi, keçici ST - nın qalxması ilə kombinasiyada, həmçinin yüksək riski müəyyən edir
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
889) Ön döş aparmalarında T dişinin dərin simmetrik inversiyası əsasən hansı koronar arteriyanın əhəmiyyətli stenozu ilə əlaqəlidir?
A) sağ koronar arteriyanın distal hissəsinin və Purkinye liflərinin

B) sol koronar arteriyanın əsas şaxəsinin və ya sol ön enən koronar arteriyanın proksimal hissəsinin

C) yalnız sağ koronar arteriyanın proksimal hissəsinin

D) yalnız sol koronar arteriyanın əsas şaxəsinin distal hissəsinin

E) sol ön enən koronar arteriyanın distal hissəsinin və ya sol arxa koronar arteriyanın distal hissəsinin
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
890) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə fiziki yük sınağı hansı hallarda aparılmamalıdır?
A) döş qəfəsi ağrıları olmadıqda

B) tipik işemik davamlı döş qəfəsi ağrılarında

C) ürək catışmazlığı əlamətləri olmadıqda

D) evə yazılmadan əvvəl

E) biomarkerlər normal olduqda (təkrar sınaqlarda)
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16
891) Miokardın zədələnməsində üstünlük verilən markerlər arasında daha spesifik və daha həssas olanları hansılardır?
A) Ürək troponinləri T və İ

B) Ritis koeffisiyenti

C) Aspartataminotransferaza

D) Laktatdehidrokinazanın izofermenti 1

E) Kreatininfosfokinazanın MB fraksiyası
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16 Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 518
892) Son on il ərzində kəskin koronar sindromlu xəstələrdə çox saylı markerlərinin arasında öz təsdiqini tapmış iltihab markeri hansıdır?
A) Qanın plazmasında prokalsitoninin konsentrasiyasının artması

B) İltihab sitokinləri - interleykin - 6

C) Antineytrofil sitoplazmatik antitel

D) Yüksək həssaslıqlı C - reaktiv zülal

E) Fosfolipaza А2, eritrositlərin çökmə sürətinin artması
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 17
893) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə ağırlaşmaların qarşısını almaq və ölüm göstəricisini azaltmaqla proqnozu yaxşılaşdırmaq məqsədilə hansı müalicənin istifadəsi məsləhət deyil?
A) Fibrinolitiklərin

B) Antitrombositar vasitələrin

C) Koronar revaskulyarizasiyanın

D) Antikoaqulyantların

E) Antiişemik vasitələrin
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
894) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromu baş verdikdə antitrombositar vasitələrin istifadəsinə dair aşağıdakı tövsiyələrdən hansı düzgün deyil?
A) invaziv/perkutan koronar müdaxilə tələb olunarsa, yükləmə dozada klopidoqrel 600 mq istifadə olunur

B) aspirinə əks - göstəriş olanlarda klopidoqrel təyin edilir

C) əks - göstəriş olmayanlarda aspirinin bağırsaqda həll olunan forması ilkin 150 - 300 mq, sonra isə saxlayıcı dozada uzun müddət 75 - 100 mq davam etdirilir

D) yükləmə dozada - 300 mq klopidoqrel və sonra yalnız çox yüksək qanaxma riskini çıxmaq şərtilə, 12 ay müddətində gündə 75 mq davam etdirilir

E) aorta koronar şuntlamaya ehtiyacı olanlara klopidoqreli kəsmədən cərrahi əməliyyat aparılır
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
895) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə diaqnostik və klinik riskin qiymətləndirilməsi biomarkerləri hansı patofizioloji aspekti əks etdirmir?
A) neyrohumoral fəallaşmanı

B) immunoloji fəallaşmanı

C) trombositar fəallaşmanı

D) iltihabi prosesi

E) miokardın zədələnməsini
Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012 - ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. Вакı - 2012. Səh 16
896) Ağciyər ürəyi zamanı xəstədə ürək nahiyəsində şiddətli ağrılar olduqda, AT isə kəskin aşağı olduqda, hansı dərmandan istifadə etmək zəruridir?

A) baralgin

B) promedol

C) omnopon

D) morfin

E) mezaton


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний» 2006.

897) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?
A) 25 - 30 mm c.st. cox

B) 12 - 18 mm c.st. həddində

C) 19 - 24 mm c.st. həddində

D) 1 - 5 mm c.st. həddində

E) 6 - 11 mm c.st. həddində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
898) Ağciyər damar müqavimətinin artması hesabına yaranan ağciyər arterial hipertenziyası hansı rentgenoloji əlamətlərlə xarakterizə olunmur?
A) kiçik arteriyaların daralması ilə (funksional və və/ya orqanik)

B) ağciyər venaları və onun kiçik şaxələrinin daralması ilə

C) ağciyər arteriyasının iri şaxələrinin genişlənməsilə

D) arteriolaların daralması ilə (funksional və və/ya orqanik)

E) ağciyər arteriyasının genişlənməsilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98
899) “Ağciyər arteriyası ölcüsünün sıçraması” adını almış hansı rentgenoloji əlamət ağciyər arteriyası hipertenziyası üçün xarakterik deyil?
A) periferik arteriyaların nəzərə çarpan daralması (hansılar ki, sanki “kəsilib gödəlmişdir”)

B) sağ və sol mədəciklərin ölçülərinin böyüməsi

C) ağciyər arteriyası kötüyü və iri şaxələrinin pulsasiyasının güclənməsi

D) ağciyər arteriyalarının iri şaxələrinin (sağ və sol) genişlənməsi

E) ağciyər arteriyası kötüyünün genişlənməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99
900) Çox vaxt ağciyərlərin başlanan interstisial ödeminə səbəb olan venoz durğunluq və arterial hipertenziya birliyi rentgenoloji hansı xarakter əlaməti üzə çıxarmır?
A) ən çox hər iki ağciyərlərin aşağı paylarında venaların daralmasını

B) ağciyərlərn kökünün intensiv, homoqen tündləşməsini və nəzərə çarpan genişlənməsini

C) ağciyərlərin əsasən yuxarı paylarında və ya ağciyərlərin bütün şöbələrində venaların genişlənməsini

D) hər iki ağciyərlərin periferiyasında ağciyər - damar şəklinin zəifləməsini

E) ağciyər arteriyasının kötüyünün və onun iri şaxələrinin pulsasiyasının güclənməsini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99
901) Ağciyərlərin rentgenoqrammasında aşağı lateral şöbələrdə horizontal yerləşən 0, 5 - dən 3, 0 sm - ə qədər uzunluqda sıx və nazik zolaqlar şəklində özünü göstərən “çəpərlərarası” B tipli Kerli xətti nə vaxt əmələ gəlir?
A) ağciyər arteriyası kötüyündə pulsasiyasının yavaşımasında və ya orada sistolik arterial təzyiq 15 - 30 mm c. süt. olduqda

B) düz proyeksiyada ürəyin sağ konturunun aşağı qövsünün uzanmasında

C) ağciyərlərin arteriyalarında pərçimləyici təzyiqin yüksəlməsində və ya sol qulaqcıqda təzyiq 18 - 25 mm c. süt. olduqda

D) düz proyeksiyada ürəyin sol konturunun aşağı qövsünün uzanmasında

E) ağciyər arteriyası kötüyünün və iri şaxələrinin büzüşməsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin