Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə22/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

902) Exokardioqrafiyanın üç əsas rejiminin: birölçülü (М), iki ölçülü (В) və dopler müayinəsi ilə kompleks istifadə zamanı hansı məlumatı əldə etmək mümkün deyil? (XÜÇ - Xroniki ürək çatışmazlığı, ÜİX - ürəyin işemik xəstəliyi, АH - arterial hipertoniya).
A) XÜÇ - ın patofizioloji variantlarını (sistolik və ya diastolik disfunksiyasının üstünlüyü ilə)

B) Ürək ritminin variabelliyini və ekstrasistoliyaların növlərini

C) Mədəciklərin sistolik disfunksiysını xarakterizə edən miqdar parametrlərini

D) XÜÇ - ın səbəblərini (ÜİX, AH, qapaq zədələnmələri, kardiomiopatiyalar)

E) Mədəciklərin diastolik disfunksiyasını xarakterizə edən miqdar parametrlərini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
903) Exokardioqrafiyanın dopler rejimi ilə kompleks istifadəsi zamanı hansı patoloji dəyişikliyi müəyyənləşdirmək mümkün deyil?
A) ağciyər arteriyasında sistolik və son diastolik təzyiqinin ölçülməsi

B) böyük qan dövranının venalarında durğunluq əlamətlərini

C) ağciyərlərin yuxarı paylarında və ya bütün şöbələrində venaların genişlənməsini

D) mədəciklər və qulaqcıqların morfometrik parametrlərinin ölçülməsi

E) dolayısıilə mərkəzi venoz təzyiqinin ölçüsünü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
904) Xroniki ürək çatışmazlığı angiotenzin çevirici fermentin inhibitorunun öz effektivliyini ifa etməyən hal hansıdır?
A) böyrəklərdə, baş beyində, skelet əzələlərində regionar qan təhcizatının yaxşılaşması

B) koronar vazodilatasiya

C) aritmiyaların əmələ gəlməsi riskinin azalması

D) sol mədəciyin diastolik rigidliyin azalması

E) sol mədəciyin diastolik rigidliyin artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 120 - 121
905) Venoz durğunluğa ağciyər arterial hipertenziyası əlamətləri qoşulduqda hansı rentgenoloji dəyişiklər meydana çıxmır (sol qulaqcıqda təzyiqin 18 mm c. süt - dən çox olduqda)?
A) ağciyərlərin kötüyünün intensiv homogen tündləşməsi və onların nəzərə çarpan genişlənməsi və ümumi şəklinin qeyri kəskin olması

B) arteriola və kiçik arteriyaların genişlənməsi, ağciyər arteriyası və onun iri şaxələrinin daralması

C) ağciyərlərin periferiyasında ağciyər damar şəklinin zəifləməsi (kiçik arteriyaların nəzərə çarpan daralması və onların distal şöbələrinin elə bil “qırılması” hesabına)

D) B tipli Kerli xətlərinin meydana çıxması

E) ağciyər kötüyü arteriyasının və onun iri şaxələrinin güclü pulsasiyası və genişlənməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 550 - 551
906) Ağciyər arteriyasının pərçimlənmə təzyiqi və mərkəzi venoz təzyiqi göstəricilərinin təyini üçün hansı müayinə metodunun aparılması məqsədə uyğundur?
A) ürəyin sağ şöbələrinin kateterizasiyası

B) koronaroangioqrafiya

C) tredmil testi

D) exokardioqrafiya

E) ventrikuloqrafiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 551
907) Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?

A) qlükokortikosteriodlər

B) cərrahi müdaxilə

C) ağciyərlərin süni ventilyasiyası

D) analgetiklərin tətbiqi

E) trombolitiklər və antikoaqulyantların tətbiqi


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI
908) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?

A) prostat vəzinin trombozu

B) yuxarı ətraf venalarının trombozu

C) sağ qulaqcıqda tromboz

D) çanaq venalarının trombozu

E) aşağı ətraf venalarının trombozu


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
909) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?

A) venoz tonusun azalması

B) ürəyə gələn venoz qanın həcminin azalması

C) hipervolemiya

D) ümumi periferik damar müqavimətinin azalması

E) hipovolemiya


Ədəbiyyat: А.С.Сметнев, А.А. Гроссу, Н.М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001.

910) Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

A) aortal çatışmazlığı olan

B) mitral çatışmazlığı olan

C) mitral stenozu olan

D) aortal stenozu olan

E) mitral stenozu və mitral çatışmazlığı olan


Ədəbiyyat: Н.М. Шевченко « Кардиология» , 2006.

911) Hansı antianginal prepara ortostatik hipotoniyaya səbəb ola bilər?

A) nitrosorbid

B) anaprilin

C) kaptopril

D) verapamil (finoptin)

E) nifedipin


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.

912) Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?

A) mezaton

B) ürək qlikozidləri

C) plazmaəvəzedici məhlullar

D) kalsium xlorid (və ya kalsium qlükonat)

E) efedrin


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.
913) Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?

A) quru öskürək

B) ortostatik hipotoniya

C) fotofobiya

D) bradikardiya

E) ağızda quruluq


Ədəbiyyat: Ю. Белоусов, В.С. Моисеев, В.К. Лепахин « Клиническая фармакология и фармакотерапия. Руководство для врачей », 2000.

914) Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?

A) vena daxilinə mayenin (reopoliqlükin, 5%-li qlükoza məhlulu) köçürülməsi

B) vena daxilinə atropinin yeridilməsi

C) vena daxilinə noradrenalinin yeridilməsi

D) ürək qlikozidlərinin vena daxilinə yeridilməsi

E) bütün cavablar düzdür


Ədəbiyyat: В.А. Михайлов « Руководство для врачей скорой помощи», 1989.

915) Arterial təzyiq düşərkən (qanaxma zamanı), baroreseptorların impulsasiyası azaldığı zaman sinir siteminin hansı təsiri üstünlük təşkil edir?
A) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir

B) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm və damar tonusu yüksəlir

C) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

D) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

E) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52

916) Kəskin sol mədəсik çatışmazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?

A) mannitol

B) veroşpiron

C) furosemid

D) diakarb

E) hiqroton


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

917) Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

A) laziks

B) morfin

C) heparin

D) dobutamin

E) eufillin


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

918) Ağciyər ödemi zamanı dərman preparatıları hansı ardıcıllıqla yeridilməlidir?

A) nitratlar, eufillin, enalapril

B) arfonad, strofantin, baralgin

C) morfin, laziks, nitratlar

D) eufillin, strofantin, laziks

E) laziks, pentamin, panangin


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

919) Ağ ciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat məsləhət görülmür?

A) Natrium nitroprussid

B) Enalaprilat

C) Labetolol

D) Nitroqliserin

E) Furosemid


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 665
920) Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?

A) adrenalin

B) strofantin

C) dopamin + natrium nitroprussid

D) kordiamin

E) atropin


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

921) Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?

A) kollaps

B) hipertonik kriz

C) qulaqcıqların səyriməsi

D) mədəciklərin fibrilyasiyası

E) beynə qansızma


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

922) Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?

A) furosemid

B) mannitol

C) higroton

D) indapamid

E) diakarb


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

923) Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?

A) novokainamid

B) xinidin

C) lidokain

D) amiodaron

E) atenolol


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

924) Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?

A) 10 - 24 saat

B) 6 - 8 saat

C) 8 - 12 saat

D) 12 - 24 saat

E) 12 - 18 saat


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

925) Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?

A) neyroleptanalgeziya

B) trombolizis

C) plazmaəvəzedicilərin yeridilməsi

D) miokardın revaskulyarizasiyası

E) arterial təzyiqin yüksəldilməsi


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

926) Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?

A) plazmaəvəzedicilərin infuziyası

B) ritm pozğunluğunun təcili aradan qaldırılması

C) neyroleptanalgeziya

D) arterial təzyiqin yüksəldilməsi

E) trombolizis


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

927) Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn mədəcik ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?

A) lidokain

B) novokainamid

C) kordaron

D) metoprolol

E) verapamil


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

928) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?

A) vena daxilinə antikoaqulyatların yeridilməsi

B) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi

C) vena daxilinə noradrenalinin yeridilməsi

D) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi

E) bütün cavablar düzdür


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

929) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

A) sağ mədəciyin miokard infarktı

B) perikardit

C) mədəcikarası çəpərin yarılması

D) papilyar əzələ başının qırılması

E) sol mədəciyin cırılması


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

930) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?

A) obzidan

B) ritmilen

C) amiodaron

D) propafenon

E) novokainamid


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

931) Kəskin sol mədəcik çatışmazlığı fonunda hipertonik krizlərdə aşağıdakılardan hansı istifadə olunmur?

A) beta-adrenoblokatorlar

B) kalsium antaqonistləri və beta-adrenoblokatorlar

C) vazodilatatorlar

D) kalsium antaqonistləri

E) sidikqovucular


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

932) Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?

A) vazodilatatorlar, sidikqovucular

B) beta-blokatorlar, qanqlioblokatorlar

C) vazodilatatorlar, qanqlioblokatorlar

D) vazodilatatorlar, beta-blokatorlar

E) beta-blokatorlar, vazodilatatorlar


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

933) Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?

A) mədəciklərin fibrilyasiyası

B) ürəyin tamponadası

C) ürəyin dayanması

D) kollaps

E) aortanın yarılması


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

934) Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?

A) ümumi fikir yoxdur

B) qulaqcıqların səyriməsinin taxisistolik forması

C) hipotenziya

D) qulaqcıqların səyriməsinin taxisistolik forması və ümumi fikir yoxdur

E) kəskin miokard infarktı


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

935) Kəskin miokard infarktının durğunluq hemodinamik növündə yaranan ağciyər ödeminin müalicəsində hansının preparatın tətbiqi əks göstərişdir?

A) Nitroqliserin, Na nitroprussid

B) β-adrenoblokator

C) Furosemid

D) Morfin

E) Oksigen terapiyası


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566
936) Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?

A) dobutamin

B) talinolol

C) adrenalin

D) atropin

E) diltiazem


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

937) Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?

A) ağciyərlərin süni ventilyasiyası

B) adrenalinin yeridilməsi

C) defibrilyasiya

D) ürəyin qapalı masajı

E) prednizolonun yeridilməsi


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

938) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?

A) hipertenziya

B) hipotenziya

C) bronxospazm

D) taxikardiya

E) miokard infarktı


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

939) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?

A) adrenalin

B) eufillin

C) atropin

D) efedrin

E) izadrin


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

940) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antioksidant müdafiəli fermentlərin

B) anqiotenzinçevirici ferment inhibitorlarının

C) β - adrenoblokatorların

D) antianqinal preparatların

E) antiaqreqant terapiyanın
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
941) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər).
A) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması

B) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi

C) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi

D) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası

E) ASL - reseptorların aktivliyinin artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
942) Hansı kliniki vəziyyətlərdə hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının qəbulu əks göstəriş deyil?
A) qara ciyər fermentlərinin səviyyəsinin ilkin yüksək olmasında

B) ətraflarda podaqraya uyğun dəyişiklik

C) preparatın komponentlərinə həssaslığın yüksək olmasında

D) hamiləlik və döş əmizdirmə zamanı

E) qara ciyərin aktiv patoloji proseslərində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
943) Hansı kliniki vəziyyətlərdə fibratların təyini göstəriş deyil?
A) xroniki piyelonefrit

B) xroniki otit

C) xroniki qastrit

D) hiperproteinemiya

E) hipoproteinemiya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
944) Hansı klinik halda öd turşusunun sekvestrantlarıyla müalicə əks göstəriş deyil?
A) arterial hipertoniyada

B) hamiləlikdə

C) öd yollarının obstruksiyasında

D) preparata yüksək həssaslıq olduqda

E) əhəmiyyətli hipertriqliseridemiyada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365

Ürək damar sisteminin müayinə üsulları

945) QT intervalının uzanması nə zaman rast gəlinir?

A) Anadangəlmə QT intervalının uzanma sindromu

B) Ürək qlikozidləri ilə intoksikasiya zamanı

C) Mədəciklərin erkən repolyarizasiya sindromunda

D) Ürək vurğularının sayının azalması

E) Ürək vurğularının sayının artması


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
946) QT intervalının qısalması nə zaman rast gəlinir?

A) Uremiya fəsadlaşmasında

B) Ürək vurğularının sayının artması

C) Hipokalsemiya

D) Hipermaqneziemiya

E) Ürək qlikozidləri ilə intoksikasiya


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002 .
947) 2-ci sıradan olan AV birləşmədən əvəzedici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS 1 dəq-də 90-100

B) ÜVS 1 dəq-də 30-dan az

C) ÜVS 1 dəq-də 40-50

D) ÜVS 1 dəq-də 20-30

E) ÜVS 1 dəq-də 20-dən az


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
948) 5- ci sıradan olan Purkinye liflərindən əvəzləyici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS<20 1 dəq-də

B) ÜVS dəq-də 40-50

C) ÜVS<30 1 dəq-də

D) ÜVS dəq-də 20-30

E) ÜVS dəq-də 60-80


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
949) Sol mədəcik ekstrasistolalarının xarakterizə edici amilləri:

A) EKQ də V1-3 aparmalarında QRS kompleksində dərin “S”dişlərinin qeydi

B) EKQ də V1-6 aparmalarında QRS kompleksində dərin“S” dişlərinin qeydi

C) EKQ də V1-6 aparmalarında QRS kompleksində hündür “R” dişlərinin qeydi

D) EKQ də V1-3 aparmalarında QRS kompleksində hündür “R”dişi və V4-6 aparmalarında dərin “S” dişlərinin qeydi

E) Natamam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
950) His dəstəsi sol ön şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Ön və arxaya

B) Kəskin sola, yuxarı

C) Önə və yuxarı

D) Sola, aşağı

E) Aşağı, sağa


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
951) His dəstəsi sol arxa şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Önə və yuxarı

B) Sola və aşağı

C) Sağa və aşağı

D) Önə və arxaya

E) Sola və yuxarı


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
952) ExoKQ zamanı sol mədəciyin son–sistolik ölçüsü neçədir?

A) 42-56 mm

B) 36-48 mm

C) 22-38 mm

D) 38-56 mm

E) 32-36 mm


Ədəbiyyat: H.Feiqenbaum “Руководство по эхокардиографии”,5 издание,издательство Вивар,1999.
953) Əsasən hansı xəstəliklər zamanı rentqenolojı müayinədə aortanın uzanması və genişlənməsi müşahidə olunur?
A) aterosklerotik zədələnmə və arterial hipertenziyalarda

B) mitral qapaq çatışmazlığında və Botal axacağın bağlanmamasında

C) üçtaylı qapaq çatışmazlığında və mitral qapaqların prolapsında

D) aorta qapaqlarının çatışmazlığında

E) ağciyər qapaqlarının çatışmazlığında
Ədəbiyyat: Г.Е.Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
954) Xroniki ürək çatışmazlığının erkən mərhələlərində kliniki əlamətlərə görə diaqnoz qoymaq mümkün olmadıqda sadalanan instrumental müayinə metodlarının hansından istifadə olunması effektiv hesab olunmur (o cümlədən mədəciklərin gizli, simptomsuz sistolik disfunksiyaları zamanı)?
A) Yüklənmə sınaqları

B) Radionuklid müayinə metodları

C) Maqnit - rezonans tomoqrafiya

D) EKQ


E) Exo KQ
Ədəbiyyat: 1) Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. 2) А. Джонн Кэмм, Томас Ф.Люшер, Патрик В.Серруис. Болезни сердца и сосудов. Руководство Европейского общества кардиологов. Москва, «ГЭОТАР - Медиа», 2011, стр.873, 874
955) Aterosklerotik kardiosklerozlu xəstələrin rentgenoloji müayinəsi zamanı aortanın düz, sol ön çəp və sol yan proyeksiyasında hansı pozğunluq qeyd olunmur?
A) Anevrizmatik qabarması

B) Genişlənməsi

C) Divarında kalsiumun toplanması

D) Rentqenoskopiyada pulsasiyanın zəifləməsi

E) Uzanması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
956) Oxşar kliniki simptomlara (təngnəfəslik, taxikardiya və başqaları) malik və bu halda yüksək ürək atımlı xroniki ürək çatışmazlığının mümkün səbəbi hesab olunan hansı xəstəliyin nəticəsi qanın ümumi kliniki analizi ilə təstiqlənir?
A) Kardiomiopatiyalar

B) Mitral qapaq çatışmazlığı

C) Miokardit

D) Ağ ciyərlərin obstruktiv xəstəlikləri

E) Anemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. .
957) Sidiyin ümumi analizi ilə təsdiqlənən hansı laborator nəticə xroniki ürək çatışmazlığında böyrəklərin zədələnməsi markeri hesab olunur və eyni zamanda nefrotik sindromun, kəskin və xroniki qlomerulonefritin və başqa ödem sindromlu böyrək xəstəliklərinin xarakter əlamətlərindən biri hesab olunur?
A) Mikrohematuriya

B) Makrohematuriya

C) Leykosituriya

D) Proteinuriya

E) Silindruriya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin