Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə23/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

958) Xroniki ürək çatışmazlıqlı xəstələrdə eyni zamanda diaqnostik test kimi istifadə olunan qanın biokimyəvi analizlərindən hansı nəticələri müalicə təyin olunduqda mütləq nəzərə alınmalıdır?
A) Kortizol

B) Qələvi fosfataza

C) Lg-E immunoqlobulinlər

D) Elektrolitlərin disbalansı (Nа+, К+, Са2+, Мg2+ və s. )

E) Lipaza, amilaza
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
959) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Üzüm turşusunun artması

B) Dislipidemiya

C) Elektrolitlərin disbalansı (Nа+, К+)

D) Testosteronunun miqdarının artması

E) Hiperqlikemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
960) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması

B) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)

C) Qalıq azotun və şəkərin miqdarının artması

D) Sidik cövhərinin və kreatininin miqdarının artması

E) Ümumi bilirubinin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
961) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər).
A) Lipaza və diastaza

B) Kreatinin və sidik cövhəri

C) Xolinesteraza və qələvi fosfataza

D) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)

E) Timol sınağı, tiroksin və triyodtironin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
962) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası).
A) МВ KFK miqdarının dəyişilməsi

B) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

C) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)

D) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması

E) LDH, KFK miqdarının dəyişilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
963) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası).
A) LDH, KFK МВ miqdarının dəyişilməsi

B) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi

C) Α-1- qlobulinlərin miqdarının artması

D) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

E) Γ -qlutamiltranspeptidazanın miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
964) Sakit halda çəkilmiş EKQ-nin hansı nəticələri xroniki ürək çatışmazlığının əmələ gəlməsinin miokardın infarktından sonrakı kardioskleroz və ürəyin nasos funksiyasının zəifləməsi hesabına yaranmasını göstərir?
A) Sol mədəciyin hipertrofiyası

B) Taxiaritmiyalar, bradiaritmiyalar

C) Sağ mədəciyin hipertrofiyası

D) Sinus taxikardiyası

E) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
965) Əgər xroniki ürək çatışmazlıqlı xəstələrdə ürəyin yığılma qabiliyyətinin zəifləməsi fonunda simpatik - adrenal sistemin aktivliyinin artması baş verirsə, onda sakit halda çəkilmiş EKQ - də nə görünər?
A) Sağ mədəcik dilatasiyası əlamətləri

B) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)

C) Sinus taxikardiyası

D) Sol qulaqcığın hipertrofiyası əlamətləri

E) Səyrici aritmiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
966) Sakit halda EKQ-nın hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə xəstənin vəziyyətinin ağırlaşmasının mümkün səbəbini təsdiq edir?
A) Sol mədəciyin hipertrofiyası sistolik yüklənməsilə

B) Hiss dəstəsinin sağ ayağcığının blokadası

C) Nəzərə çarpan sinus taxikardiyası

D) Taxiaritmiyalar, bradiaritmiyalar

E) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
967) Hansı xəstəliklər və pozğunluqlarda (xroniki ürək çatışmazlığlı xəstələrdə) sakit halda çəkilmiş EKQ-də sol mədəciyin hipertrofiyasının əlamətləri qeyd olunmur?
A) Aortal qapağın qüsurlarında

B) Ürəyin işemik xəstəliyində

C) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda

D) Sol mədəciyin diastolik disfunksiyasında

E) Arterial hipertenziyada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
968) Sakit halda EKQ-ın hansı nəticəsi sübut edir ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ağ ciyərlərin obstruktiv xəstəlikləridir və eyni zamanda bu ağciyər arterial hipertenziyasının əlamətidir?
A) Sinus aritmiyası

B) Aparıcı qulagcıq ritminin miqrasiyası

C) Hiss dəstəsinin sol ayagçığının tam blokadası

D) Sol mədəciyin hipertrofiyası

E) Sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
969) Döş qəfəsi orqanlarının hansı rentqenoqrafik nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə kicik qan dövranı hemodinamik pozğunluqlarının ağırlıq dərəcəsini təsdiq etmir? (AH - arterial hipertenziya).
A) Aortanın genişlənməsi və kalsinozu

B) Ürək belinin hamarlaşması

C) Kardiomeqaliya

D) Hidrotoraks

E) Ağ ciyərlərdə venoz durğunluq və arteriolyar ağ ciyər AH əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
970) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ürəyin işemik xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri

B) Perikard boşluğuna mayenin yığılması

C) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları

D) Mədəciklərarası cəpərin hipertrofiyası

E) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
971) Exokardioqrafiyanın hansı nəticələrı (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Mədəciklərin dissinxroniyası

B) Qulaqcıqlararası cəpərin lipomatoz hipertrofiyası

C) Sol mədəciyin çıxış yolunun obstruksiyası

D) Perikard boşluğuna mayenin yığılması

E) Mitral qapağın ön sistolik hərəkəti
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94.
972) Exokardioqrafiyanın hansı nəticələri (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Perikard təbəqələrin bitişməsi, qalınlaşması və digər göstəricilər

B) Mədəciklərarası cəpərin asimmetrik hipertrofiyası

C) Sağ mədəciyin hipertrofiyasının əlamətləri

D) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları (asinergiyalar)

E) Sol mədəciyin hipertrofiyası və dilatasiyası əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
973) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan arterial hipertoniya xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin lateral və ön şöbələrinin hipokineziyası

B) Sol mədəciyin kütləsinin artması

C) Mədəcikarası çəpərin yalnız bazal şöbəsinin hipertrofiyası

D) Sol mədəciyin dilatasiyasının əlamətləri

E) Sağ mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
974) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan hipertrofik kardiomiopatiyanı təsdiqləyir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

B) Sol və sağ qulagçığın böyüməsi

C) Sol mədəciyin reqional və ya qlobal yığılma funksiyasının azalması

D) Sol mədəciyin bütün divarlarının bərabər hipertrofiyası

E) Sol mədəciyin dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
975) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan dilatasion kardiomiopatiyanı təsdiqləyir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyası əlamətləri

B) Mitral qapağın ön - sistolik hərəkəti fenomeni

C) Sol mədəciyin son - sistolik və son - diastolik həcmlərinin azalması

D) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri

E) Mədəciklərarası çəpərin sol mədəciyin arxa divarına 1, 3/1 münasibətindən çox olması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
976) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan mövcud ürək qüsurlarını təsdiq edir?
A) Ağ ciyər və qara ciyər venalarında qan axınının xarakteri

B) Sag mədəciyin aritmoqen kardiomiopatiyası

C) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

D) Mədəciklərarası cəpərin və zirvənin lokal hipertrofiyası

E) Qapaq zədələnmələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
977) Hansı rentqenolojı qöstəricilər ağ ciyər arteriyasının arterial hipertenziyasının əlamətləri hesab olunmur?
A) Sag mədəcik ölçülərinin böyüməsi əlamətləri

B) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin daralması

C) Periferik arteriyaların nəzərə çarpan daralması, hansılar ki, kiçilmiş, ”kəsilmış” halda görünür

D) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin genişlənməsi

E) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin pulsasiyasının güclənməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99

978) Lovastatinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?

A) Aşağı sıxlıqlı lipoprotein reseptorlarını azaldır

B) Bağırsaqlardan xolesterinin sorulmasını azaldır

C) Yuxarı sıxlıqlı lipoprotein səviyyəsini artırır

D) Xolesterinin sintezini inhibə edir

E) Bağırsaqlardan öd turşusunun sorulmasını azaldır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

979) Xüsusi tədqiqatlara əsasən hiperlipidemiyası olan ÜİX -li şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü uzadır?
A) Hormonlar

B) Fibratlar

C) Statinlər

D) Nikotin turşusu

E) Asetil salisil turşusu törəmələri
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000

980) Hipertoniya xəstəliyinin birinci mərhələsi üçün hansı əlamətlər səciyyəvi deyil ?

A) Hədəf orqanların zədələnməsi

B) Ürəyin I tonunun güclənməsi

C) Hiperkinetik sindrom üstünlük təşkil edir, EKQ -də miokardın mülayim hipertrofiyasının əlamətləri qeyd edilir

D) Arterial təzyiq 140/90 mm.c. bərabərdir,və ya çoxdur, zivrə vurğusu və ürəyin sərhədləri dəyişilməyib

E) Əsasən fəsadlaşmamış hipertonik krizlərin baş verməsi


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566-638
981) Ağciyər hipertenziyasının müalicəsində ağciyər damarlarının relaksasiya məqsədi ilə hansı qrup dərmanlardan istifadə etmək lazımdır?

A) angiotenzinçevirici fermentin inhibitorları

B) Ca-kanallarının antaqonistləri

C) beta-adrenoblokatorlar

D) diuretiklər

E) nitratlar


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI.

982) EXOKQ zamanı sol mədəciyin son - diastolik ölcüləri neçədir?

A) 34 - 45 mm

B) 38 - 56mm

C) 34 - 42 mm

D) 25 - 38 mm

E) 23 - 43 mm


Ədəbiyyat: H. Feiqenbaum ”Руководство по эхокардиографии", 5 издание, издательство Вивар, 1999.
983) Qeyri-selektiv β-adrenoblokatorların təyini üçün mütləq əks göstəriş hansıdır?

A) Sinus aritmiyası

B) Gərginlik stenokardiyası

C) Ürək çatışmazlığı

D) Sinus taxikardiyası

E) Bronxial astma


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
984) Yüksək dozalarda selektiv β-adrenoblokatorlar necə təsir göstərir?

A) Vazodilatator effektinə malikdirlər

B) Yalnız β 2-adrenoreseptorlara təsir edir

C) Yalnız β -adrenoreseptorlara təsir edir

D) Hər iki β1 və β2-adrenoreseptorlara təsir edirlər

E) α1-adrenoreseptorlarına təsir edirlər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
985) Qeyri-selektiv β-adrenoblokatorlar necə təsir göstərirlər?

A) Hər iki β1 və β2-adrenoreseptorları blokada edirlər

B) Heç bir cavab düzgün deyil

C) α və β adrenoreseptorlara təsir edirlər

D) β1 –adrenoreseptorları blokada edir, α2-adrenoreseptorları aktivləşdirirlər

E) -adrenoreseptorları blokada edir, β1 –adrenoreseptorları aktivləşdirirlər


Ədəbiyyat: Клиническая фармакология, Д.Р.Лоуренс, П.Н.Бенитт. Под редакцией проф. В.И.Метелицы, Том I и II, Москва «Медицина» 1993.
986) Aşağıda sadalanan β-blokatorlardan hansıları selektivdir?

A) Nebivolol, propranolol, atenolol

B) Bisoprolol, nebivolol, esmolol

C) Esmolol, nadolol

D) Bisoprolol, propranolol, nadolol

E) Nadolol, propranolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
987) Qeyri-selektiv β-adrenoblokatorlar hansılardır?

A) Propranolol, metaprolol, bisoprolol

B) Karvedilol, nadolol, nebivalol

C) Sotalol, nadolol, propranolol

D) Esmolol, metaprolol, nadolol

E) Metaprolol, atenolol, bisoprolol, nadolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
988) Hansı β-blokatorlar vazodilatasiya effektinə malikdirlər?

A) Nadolol, propranolol, atenolol

B) Propranolol, metaprolol, atenolol

C) Karvedilol, labetalol, nebivalol

D) Karvedilol, nebivalol, bisoprolol

E) Atenolol, nebivalol, metaprolol


Ədəbiyyat: Pациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
989) Qeyri-selektiv ən uzun müddətli təsir göstərən β-blokator hansıdır?

A) Nebivolol

B) Bisoprolol

C) Metaprolol

D) Nadolol

E) Propranolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
990) Qeyri-selektiv ən qısa təsirli β-blokator hansıdır?

A) Betaksolol

B) Propranolol

C) Nadolol

D) Bisoprolol

E) Karvedilol


Ədəbiyyat: Pациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
991) β-adrenoblokatorların yanaşı təsiri hansılardır?

A) Bronxospazm, AV-blokada, Reyno sindromunun kəskinləşməsi

B) Taxikardiya, QT-uzanma sindromu, bronxospazm

C) Qəbizlik, yuxusuzluq, hipertenziya

D) AV-blokada, hiperqlikemiya, taxikardiya

E) Atma fraksiyasının azalması, bronxodilatasiya


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
992) Kalium saxlayıcı diuretiklərin yanaşı təsirləri hansılardır?

A) Hipokaliyemiya, hiperurikemiya

B) Hiperurikemiya, hiperqlikemiya

C) Ginekomastiya, hiperqlikemiya

D) Ginekomastiya, amenorreya

E) Hiperkaliyemiya, hiponatriyemiya


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
993) Furosemidin istifadəsi hansı hallarda zəruridir?

A) Arterial hipertenziya, xroniki ağciyər çatışmazlığı, nefrotik sindrom

B) Arterial hipertenziya, qara ciyərin sirrozu

C) Şəkərli diabet, arterial hipertenziya

D) Stenokardiya, şəkərli diabet

E) Kəskin ürək çatışmazlığı, xroniki ürək çatışmazlığı, nefrotik sindrom


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
994) Hidroxlortiazidin istifadəsi üçün göstərişlər hansılardır?

A) Xroniki ürək və böyrək çatışmazlığı, dislipidemiya

B) Nefrotik sindrom və şəkərli diabet

C) Essensial arterial hipertenziya, xroniki ürək çatışmazlığı

D) Ağciyər-ürək çatışmazlığı, qara ciyərin sirrozu

E) Kəskin sol mədəcik çatışmazlığı, nefrotik sindrom


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
995) Aldosteronun antaqonistlərinin istifadəsinə göstərişlər hansılardır?

A) Kəskin ürək çatışmazlığı

B) Xroniki ağciyər çatışmazlığı

C) Xroniki ürək çatışmazlığı

D) Arterial hipertenziya

E) Xroniki böyrək çatışmazlığı


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
996) Gərginlik stenokardiyalı və keçirilmiş miokard infarktlı xəstələrdə hansı dərmanların faydası subutedici təbabət əsasında sübut olunmuşdur?

A) Qeyri-selektiv β-blokatorlar (propranolol), kardioselektiv β-blokatorlar (atenolol, metaprolol), kalsiy antaqonistləri (diltiazem, verapamil), dezaqreqantlar (aspirin, plaviks)

B) Antioksidantlar, metabolik dərmanlar (preduktal, riboksin)

C) β-adrenoblokatorlar, Ca-antaqonistlər, nitratlar, metabolik dərmanlar

D) Antiaqreqantlar, vitaminlər, antioksidantlar, metabolik dərmanlar

E) Nitratlar, metabolik preparatlar, β-blokatorlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
997) Stenokardiyalı xəstələrdə amlodipinin effektiv sutkalıq dozası hansıdır?

A) 5-7,5 mq

B) 5-10 mq

C) 2,5-10 mq

D) 2,5-5 mq

E) 10-20 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
998) Arterial hipertenziya ilə yanaşı stenokardiya zamanı preparatların seçim kombinasiyası hansılardır?

A) AÇF-inhibitorları və β-blokatorlar

B) β-blokatorlar və nitratlar

C) AÇF-inhibitorlar və nitratlar

D) Ca antaqonistlər və AÇF-inhibitorları

E) β-blokatorlar və Ca-antaqonistlər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
999) Stenokardiya ilə yanaşı xroniki obstruktiv bronxit olduqda aşagıda sadalanan dərmanlardan seçim preparatı hansıdır?

A) AÇF-inhibitorları

B) β-blokatorlar

C) Angiotenzin II reseptorlarının inhibitorları

D) Nitratlar

E) Ca antaqonistlər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей
1000) Stenokardiya və şəkərli diabet tip 1 xəstələrində aşagıda sadalanan dərmanlardan hansına üstünlük verilir?

A) β-adrenoblokatorlara

B) AÇF (angiotenzin çevirici ferment) inhibitorlarına

C) Ca antaqonistlərinə

D) α-adrenoblokatorlara

E) Qlükokortikosteroidlərə


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1001) Xroniki durğunluq ürək çatışmazlığı zamanı hansı dərmanlara üstünlük verilir?

A) Selektiv β - adrenoblokatorlar, nitratlar

B) α - adrenoblokatorlar

C) Dihidropiridin qrupu kalsium antaqonistəri, nitratlar

D) Ca - antaqonistlər, qeyri - selektiv β-blokatorlar

E) Verapamil, diltiazem


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1002) Kəskin koronar sindrom zamanı ağrını aradan götürmək üçün hansı halda morfin inyeksiyasından istifadə olunmalıdır?

A) Xəstə çoxyaşlı olduqda

B) Beyin daxili hepertenziya olduqda

C) Əks göstəriş yoxdursa kəskin ağrı, ağrı ilə yanaşı ağciyər ödemi, narahatıq çox olduqda

D) Xəstədə prostat vəzin adenoması olduqda

E) Xəstədə qlaukoma olduqda


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1003) Kəskin koronar sindromda hansı β-blokatorların faydası subutedici təbabət prinsiplərilə sübut olunmamışdır?

A) Metaprolol

B) Atenolol

C) Asebutalol

D) Nadolol

E) Bisoprolol


Ədəbiyyat: Клиническая фармакология, Д.Р.Лоуренс, П.Н.Бенитт. Под редакцией проф. В.И.Метелицы, Том I и II, Москва «Медицина» 1993.
1004) Kəskin koronar sindrom zamanı β-blokatorların istifadəsinə göstəriş nədir?

A) Sol mədəciyin diastolik funksiyasının normal olması

B) Sol mədəciyin sistolik funksiyasının normal olması

C) Tez-tez " Prinsmetal stenokardiyası " tutmaları və sol mədəciyin sistolik funksiyasının normal olması

D) Sol mədəciyin sistolik , diastolik funksiyaları normal olan kəskin ürək çatışmazlığlı və reflektor sinus taxikardiyalı xəstələr

E) Sol mədəciyin sistolik funksiyasının aşağı olması


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 490. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi " Kəskin Koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol " Bakı-2012, səh-29
Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin