Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Kəskin koronar sindromlu xəstələrdə β-blokatorların istifadəsinə əks göstərişlər hansılardır?



Yüklə 3,31 Mb.
səhifə24/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

1005) Kəskin koronar sindromlu xəstələrdə β-blokatorların istifadəsinə əks göstərişlər hansılardır?

A) Kəskin ürək çatışmazlığı, bronxial astma (anamnezdə), səyirici aritmiya (bradisistolik forması)

B) Heç bir cavab düzgün deyil

C) Kəskin ürək çatışmazlığı, sinus taxikardiyası

D) Arterial hipertenziya, sinus taxikardiyası

E) Səyirici aritmiyanən taxisistolik forması, Reyno sindromu


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1006) RS-T seqmentinin davamlı qalxması olmayan kəskin koronar sindromlu xəstələrin müalicəsində nələrin istifadəsi məsləhət deyil ?

A) Koronar revaskulyarizasiya

B) Reabilitasiya və fiziki fəallığa qayıtmaq

C) Trombolitik preparatlar

D) Antiişemik preparatlar

E) Antitrombositar preparatlar


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 490, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi " Kəskin Koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol " Bakı-2012, səh-19
1007) Kəskin miokardın infarktı zamanı hansı hallarda AÇF-inhibitorlarının effektiv və təhlükəsiz olduğu sübut olunub?

A) Atma fraksiyası 30-dan aşağı olduqda

B) His dəstəsinin sağ ayaqcığının blokadası zamanı

C) Atma fraksiyası 40%-dən aşağı olduqda, sol mədəciyin nəzərəçarpan dilatasiyası zamanı, sol mədəciyin ön divarının geniş yayılmış infarktı zamanı, His dəstəsinin sol ayaqcığının blokadası zamanı

D) Sağ mədəciyin ön divarının geniş yayılmış infarktı zamanı

E) Sağ mədəciyin nəzərəçarpan dilatasiyası zamanı


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1008) Amiodaronun istifadəsinə əks göstərişlər hansılardır?

A) Qulaqcıq ekstrasistoliyası

B) Səyirici aritmiyalar

C) Polimorf "R T üstü" mədəcik ekstrasistoliyası, “piruet” tipli paroksizmal mədəcik taxikardiyası, QT-intervalın uzanması olanda

D) Sinus taxikardiyası

E) WPW–sindromu


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1009) Karvedilol hansı β-blokatorlara aiddir?

A) selektiv β-blokatorlara

B) β 2 adrenoreseptorların blokatorları

C) β1 və β 2 adrenoreseptorların blokatoru

D) α və β adrenoreseptorların blokatorları

E) β1 adrenoreseptorların blokatorları


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1010) Amiodaronun sutkalıq effektiv dozası hansıdır?

A) 600-1200 mq

B) 100-150 mq

C) 200-400 mq

D) 160-320 mq

E) 200-600 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1011) Sotalolun sutkalıq effektiv dozası hansıdır?

A) 320-400 mq

B) 80-160 mq

C) 100-150 mq

D) 40-80 mq

E) 160-320 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1012) Monomorf mədəcik taxikardiyasınına qarşı hansı dərman istifadə olunur?

A) Adenozin (ATF)

B) Diqoksin

C) Verapamil

D) Panangin

E) Lidokain


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1013) Polimorf mədəcik taxikardiyasını (“piruet” tipli) dayandırmaq üçün seçim dərmanı hansıdır?

A) Lidokain

B) Diqoksin

C) Adenozin (ATF)

D) Novokainamid

E) Sotalol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1014) Xinidinin yanaşı təsiri hansıdır?

A) Heç bir cavab düzgün deyil

B) Sidik kisəsinin atoniyası

C) Qalxanvari vəzin fəaliyyətinin pozulması

D) QT-intervalın uzanması və “piruet” tipli polimorf mədəcik taxikardiyasının əmələ gəlməsi

E) Böyrəklərə toksik təsir


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1015) Amiodaronun yanaşı təsirləri hansılardır?

A) Ürək bülanma, qusma

B) QT-intervalın uzanması, “Piruet” tipli polimorf mədəcik taxikardiyası, ağ ciyərin toksik zədələnməsi, qalxanvari vəzin fəaliyyətinin pozulması

C) Paroksizmal mədəcik taxikardiyası

D) QT-intervalın qısalması

E) Atrioventrikulyar və sinoaurikulyar blokada


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1016) Ürək ritminin pozulması olanda nə zaman diqoksindən istifadə etmək məsləhətdir?

A) Paroksizmal mədəcik taxikardiyasında

B) Mədəcik ekstrasistoliyasında

C) AV-blokadalar zamanı

D) Sinus taxikardiyasında

E) Qulaqcıqların fibrillyasiyası və titrəməsi zamanı, qulaqcıqların taxikardiyası zamanı


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1017) Enterokokk mənşəli endokarditin müalicəsində penicillin qrupuna allergiyalı xəstələrdə hansı antibakterial sxemdən istifadə olunur?

A) Ampicillin 2,0 hər 4 saatdan bir (4-6 həftə) və gentamisin 1 mq/kq x 3 dəfə

B) Vankomisin (80-12 həftə) və cərrahi müdaxilə

C) Heç bir cavab düzgün deyil

D) Vankomisin 30 mq /kq (2,0 çox olmaz) + 2 dozaya bölərək (4 həftə) gentamisinlə yanaşı

E) Gentamisin 1 mq/kq, 8 saatdan bir (4-6 həftə)


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1018) Tranzitor işemik hücum (ataka) keçirmiş xəstədə hansı antihipertenziv dərmanlara üstünlük verilir?

A) Perindopril, atenolol

B) Kaptopril, lozartan

C) Eprosartan (teveten), amlodipin

D) Atenolol, amlodipin

E) Kandesartan, metaprolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1019) Dislipidemiyalı xəstələrdə hansı hallarda statinlərlə müalicə dayandırılmamalıdır?

A) Travmalarda, geniş cərrahi əməliyyatlarda

B) Ağır metobolik,endokrin və ya elekrolit pozğunluqlarda

C) Arterial hipotenziyası olan

D) Aterosklerozu təyin edilmiş və/ və ya şəkərli diabeti olan

E) Kəskin ağır infeksiyalarda


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 490
1020) Hipertoniya xəstəliyi ilə yanaşı sinus taxikardiyası olan xəstələrdə hansı antihipertenziv dərmana üstünlük verilir?

A) β-adrenoblokatorlara

B) Dihidropiridin qrupu Ca antaqonistlərə

C) Diuretiklərə

D) AÇF-inhibitorlara

E) Angiotenzin reseptorların blokatorlarına (ARB)


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1021) Ağciyərin xroniki obstruktiv xəstəliyi ilə yanaşı arterial hipertenziyası olan xəstələrə hansı farmakoloji qrup dərmanlar daha zəruridir?

A) Qlükokortikosteroidlər

B) Ca antaqonistləri

C) Kardioselektiv β-blokatorlar

D) AÇF-inhibitorları

E) Diuretiklər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1022) Kəskin koronar sindromda klopidoqrelin yükləmə dozası hansıdır?

A) 400 mq

B) 150 mq

C) 600 mq

D) 75 mq

E) 300 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1023) Hansı preparatlar təkrar elektrik defibrillyasiyanın effektini artırır?

A) Amiodaron, Ca xlorid

B) Lidokain, digoxin

C) Digoxin, β-blokatorlar

D) Kortikosteroid hormonlar, lidokain

E) Lidokain, amiodaron


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1024) Hansı antiaritmik dərmanlar qanda qlikozidlərin konsentrasiyasını artırır?

A) Amiodaron, sotalol

B) Propafenon, xinidin

C) Xinidin, amiodaron

D) Atenolol, sotalol

E) Novokainamid, propafenon


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1025) İlkin fazada QT-intervalı uzanmış halda “piruet” tipli mədəcik taxikardiyasını dayandırmaq üçün hansı dərmandan istifadə olunmalıdır?

A) Lidokain

B) Verapamil

C) Amiodaron

D) Novocainamid

E) Maqnezium sulfat


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1026) I“A” sinfinə məxsus olan antiaritmik hansıdır? (Williams-Singh-Harison təsnifatı)

A) Lidokain

B) Xinidin

C) Propafenon

D) Diltiazem

E) Kordaron


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1027) I “B” sinfinə hansı antiaritmik aiddir?( Williams-Singh –Harison təsnifatı)

A) Xinidin

B) Etmozin

C) Sotalol

D) Lidokain

E) Atenolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1028) I “C” sinfinə hansı antiaritmik aiddir? (Williams-Singh –Harison təsnifatı)

A) Propranolol

B) Propafenon

C) Novocainamid

D) Amiodaron

E) Lidokain


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1029) II sinif antiaritmiklərə hansı preparat aiddir ?(Williams –Singh –Harison təsnifatı)

A) Amiodaron

B) Novocainamid

C) Atenolol

D) Propafenon

E) Verapamil


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1030) III sinif antiaritmiklər hansılardır?(Williams-Singh-Harison təsnifatı)

A) Atenolol, sotalol

B) Amiodaron, dofetilid

C) Atenolol, metaprolol

D) Verapamil, amiodaron

E) Lidokain, dofetilid


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1031) IV sinif antiaritmik preparatlara hansılar aiddir?

A) Amiodaron, diltiazem

B) Novocainamid, sotalol

C) Diltiazem, verapamil

D) Lidokain, propafenon

E) Atenolol, verapamil


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1032) Karvedilolun ürək çatışmazlıgı olan xəstələrdə maksimal sutkalıq dozası neçədir?

A) 50 mq


B) 25 mq

C) 12,5 mq

D) 3,125 mq

E) 6,25 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1033) Ürək çatışmazlığı olan xəstələrdə metaprololun maksimal sutkalıq dozası neçədir?

A) 12,5 mq

B) 200 mq

C) 25 mq


D) 50 mq

E) 150 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1034) Ürək çatışmazlığı olan xəstələrdə hansı β-blokatorların istifadəsinin faydası sübut olunub?

A) Metaprolol, betaksolol, nebivolol

B) Atenolol, karvedilol, anaprilin

C) Bisoprolol, nebivolol, atenolol

D) Anaprilin, pindolol, atenolol

E) Bisoprolol, karvedilol, metaprolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1035) Ürək çatışmazlığı olan xəstələrdə hansı farmakoloji qrupun dərmanları ömrü uzadılması subut olunub?

A) AÇF-inhibitorlar, ARB, qlikozidlər, diuretiklər

B) ARB, β-adrenoblokatorlar, qlikozidlər, diuretiklər

C) AÇF-inhibitorlar, AT2- reseptorların blokatorları (ARB), β-adrenoblokatorlar,

D) β-adrenoblokatorlar, qlikozidlər, diuretiklər, nitratlar

E) AA, β-adrenoblokatorlar, nitratlar, qlikozidlər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1036) Kəskin miokard infarktlı xəstələrdə ölüm faizini azaldan antiaritmik dərmanlar hansılardır?

A) Qeyri-selektiv və selektiv β-adrenoblokatorlar

B) IA sinif antiaritmik dərmanlar

C) Selektiv β-adrenoblokatorlar

D) IV sinif antiaritmik dərmanlar

E) Qeyri-selektiv β-adrenoblokatorlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1037) Hamilə qadınlarda arterial təzyiqi normaya salan təhlükəsiz dərmanlar hansılardır?

A) Enalapril, klofelin, labetolol, metildopa

B) Metildopa, kozaar, kvinalapril, indopamid

C) Labetolol, klofelin, kaptopril, atenolol

D) Kaptopril, hipotiazid, nifedipin, metildopa

E) Atenolol, metildopa, nifedipin, labetolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1038) Virus mənşəli kəskin infeksion miokarditlərdə etiotrop müalicə üçün hansı dərmanlardan istifadə olunur?

A) Atsiklovir, rimantadin

B) Ampitsid, seftriakson

C) Benzil-penisillin, eritromitsin

D) Vankomitsin, amfoteritsin B

E) Rimantadin, eritromitsin


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1039) Bakterial mənşəli kəskin infeksion miokarditlərdə etiotrop müalicə üçün hansı dərmanlardan istifadə olunur?

A) Benzilpenitsilamin, eritromitsin, vankomitsin

B) Levomitsitin, atsiklovir, gentamitsin

C) Gentamitsin, seftriakson, eritromitsin

D) Benzilpenitsilamin, gentamitsin, rimantadin

E) Vankomitsin, ampitsilin, amikotsin


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1040) Ürək çatışmazlığının taxikardiya olmayan sistolik formasında periferik ödemlərdə müalicəni hansı dərmanla başlamaq lazımdır?

A) AT-2 reseptorların blokatorları

B) Qlikozidlər

C) β-blokatorlar

D) Diuretiklər

E) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
1041) WPW sindromunda hansı müdaxilələr qəfləti ürək ölümü riskini azaldır?

A) VVİR rejimli elektrokardiostimulyatorun implantasiyası

B) DDDR rejimli elektrokardiostimulyatorun implantasiyası

C) Kardioresinxronizəedən elektrostimulyasiya

D) Kateterlə radiotezlikli ablatsiya

E) Kardioverter defibrillyatorun implantasiyası


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1042) Bruqada sindromunda hansı müdaxilələr qəfləti ürək ölümü riskini azaldır?

A) DDDR rejimli elektrokardiostimulyatorun implantasiyası

B) VVİR elektrokardiostimulyatorun implantasiyası

C) CRT kardiostimulyatorun implantasiyası

D) Kateterlə radiotezlikli ablatsiya

E) Kardioverter defibrillyatorun implantasiyası


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1043) Ekstremal hallarda (yüksək emosional stress, kəskin qanaxma və s.), qanda adrenalinin konsentrasiyası on dəfədən çox artdıqda damarların α-adrenoreseptorlarına onun təsiri özünü göstərir və damarbüzücü reaksiyalar harada üstünlük təşkil etmir?
A) Ağ ciyərlərdə

B) Bağırsaqlarda

C) Skelet əzələlərində

D) Qaraciyərdə

E) Dəridə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 53
1044) Effektiv hipolipidemik preparatlardan birinin - qanda aşağı sıxlıqlı lipoproteid xolesterini 38% azaldan - simvastatinin istifadəsi zamanı nə baş vermir?
A) beyin insultunun miqdarının azalmasına

B) kardiomiopatiyaların azalması

C) “koronar epizodların” miqdarının azalmasına

D) aterosklerozlu xəstələrin ümumi ölüm faizinin azalmasına

E) aşağı sıxlıqlı xolesterinin miqdarının gerçək azalması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1045) Klinik praktikada hansı preparatlar hipolipidemik hesab olunmur?
A) 3 - hidroksi - 3 - metilqlütaril - КоА - reduktazaların inhibitorları

B) fibratlar

C) öd turşusu sekvestrantları

D) nikotin turşusu və onun törəmələri

E) nartriumuretik peptidlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
1046) Nəzərəçarpan hipolipidemik effektə malik yeni sinif antibiotiklərə (monokalinlər) aid olan hansı qrup preparatdır?
A) fibratlar

B) statinlər

C) öd turşusu sekvestrantları

D) aminoqlikozidlər

E) makrolidlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
1047) Statinlərlə müalicənin effektivliyi hansı hallarda təsdiq olunmayıb?
A) kəskin koronar sindromun tezliyi azalır

B) aterosklerozlu xəstələrin ömrünü uzadır

C) qəfləti ürək ölümününün sayını azaldır

D) kardiomiopatiyalı xəstələrin ömrünü uzadır

E) ürəyin işemik xəstəliklərindən ölənlərin sayı azalır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
1048) А.Y. İvleyeva görə ahıl yaşlı adamlarda aterosklerozun müalicəsində hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktazanın inhibitoru simvastatinin (zokor) məsləhət görülən düzgün sutkalıq dozası nəçə mq gədərdir?
A) 70

B) 60


C) 50

D) 40


E) 80
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 362
1049) Ahıl yaşlı adamlarda aterosklerozun (А.Y. İvleyeva görə) müalicəsində hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktazanın inhibitoru flüvastaninin məsləhət görülən düzgün sutkalıq dozası neçə mq - dır?
A) 40

B) 80


C) 30

D) 60


E) 20
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 362
1050) Statinlərin təyini zamanı əsasən hansı xoşagəlməz effektlər müşahidə edilmir?
A) ürəkbulanma, qarında ağrı

B) anemiya, leykopeniya

C) əzələ qıcolması, mialqiya, miozit

D) metеorizm, diareya, qəbizlik

E) baş ağrısı, başgicəllənmə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1051) Statinlərlə müalicə zamanı aşagıdakı əlavə effektlərdən əsasən hansıları rast gəlmir?
A) qara ciyərin funksional sınaqlarının dəyişilməsi

B) teratogen (eybəcərlik) effekt

C) depressiya, anoreksiya, hipotenziya

D) yorğunluq, yuxu pozğunluğu

E) dad pozğunluğu, dəri qaşınması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1052) Çoxmərkəzli randomizə olunmuş plasebonəzarətedici tədqiqatın dəlillərinə əsasən hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının uzunmüddətli istifadəsi zamanı nə müşahidə olunmur?
A) növbələnən topallığın azalması (38%)

B) ürəyin işemik xəstəliklərindən ölümün etibarlı azalması (42%)

C) ümumi ölümün azalması (60%)

D) beyin insultları riskinin azalması (21%)

E) qeyri - fatal hadisələrin tezliyinin azalması (34%)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1053) Hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının uzunmüddətli istifadəsi zamanı nə müşahidə olunur?
A) növbələnən topallıq riskinin azalması (38%)

B) kardiomiopatiyalarda ümumi ölümün artması (30 %)

C) ümumi ölümün artması (33%)

D) ekssudativ perikarditdən ölümün etibarlı azalması (12%)

E) qeyri fatal koronar hadisələrin tezliyinin artması (43%)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1054) Hansı fibratın təsirindən fibrinoqenin tərkibi və trombositlərin aqreqasiyasının azalması, həmçinin, fibrinolizin aktivləşməsi baş vermir?
A) siprofibrat

B) lipantil

C) hemfibrozil

D) fenofibrat

E) bezafibrat
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1055) Fibratların təsir mexanizmi nə ilə nəticələnmir?
A) çox aşağı sıxlıqlı lipoproteinləri parçalayan lipoproteinlipazanın aktivliyini artırır

B) xolesterinin sintezinin azalması nəticəsində yüksək sıxlıqlı lipoproteinlər səviyyəsini əhəmiyyətli endirir

C) yüksək sıxlıqlı lipoproteinlər səviyyəsinin cuzi artmasına səbəb olur

D) apoprotein - АII zülalının səviyyəsinin cüzi artmasına səbəb olur

E) apoprotein - АI zülalının səviyyəsinin cüzi artmasına səbəb olur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1056) Fibratların əlavə effektlərinə hansılar aid deyil?
A) qara ciyər fermentlərinin artması, meteorizm

B) dad pozğunluğu, əzələ qıcolmaları, miozit

C) qarında ağrı, ürək bulanma, anoreksiya

D) litogen indeksin artması və öd axacağı yollarında daşların əmələ gəlməsi

E) mialqiyalar, miopatiyalar, əzələ zəifliyi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.364 - 365


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin