Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Vaqus sınaqlarının (Valsalv sınağı, karotid sinusun masajı) köməyi ilə aşağıda göstərilən ritm pozulmalarından hansını aradan götürmək olmur?



Yüklə 3,31 Mb.
səhifə29/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

1257) Vaqus sınaqlarının (Valsalv sınağı, karotid sinusun masajı) köməyi ilə aşağıda göstərilən ritm pozulmalarından hansını aradan götürmək olmur?

A) Sinoatrial taxikardiya

B) Polimorf mədəcik və mədəcik taxikardiyası

C) Qulaqcıq səyrimə və titrəməsinin paroksizmi

D) Qulaqcıq taxikardiyası

E) Resiprok AV taxikardiya


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
1258) Qulaqcıqlarda hansı düyünlərarası yol ilə sinoatrial düyündən atrioventrikuiyar düyünə oyanma ötürülmür?
A) Venkebax düyünlərarası yol ilə

B) Baxman və Torel düyünlərarası yollarla

C) Baxman düyünlərarası yol ilə

D) Torel düyünlərarası yol ilə

E) Hiss dəstəsi ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
1259) Normada qulaqcıqlarda oyanmanın ötürülmə sürəti nə qədərdir?
A) 30 – 80 sm/s

B) 10 – sm/s qədər

C) 10 – 30 sm/s

D) 90 – 100 sm/s

E) 80 – 90 sm/s
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
1260) Miokardın enmiş inotrop funksiyası zamanı tələb olunan dəqiqəlik həcmi uzun müddət normal ölçüdə nəyin hesabına saxlanılır?
A) ağ ciyər arteriyasında təzyiqin artması və Frank-Starlinq mexanizminin qoşulması

B) mədəciyin son diastolik təzyiqin yüksəlməsi

C) ürək əzələsinin gərginliyinin artması və mədəciyin son diastolik həcminin yüksəlməsi

D) Frank-Starlinq mexanizminin qoşulması

E) ürək əzələsinin gərginliyinin artması, mədəciyin son diastolik həcminin yüksəlməsi və Frank-Starlinq mexanizminin qoşulması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 35
1261) Sinus bradikardiyasında ön yüklənmənin və mədəciklərin son diastolic həcminin təyinində rolu olan faktorlardan biri hesab olunan diastolanın ümumi davamiyyətinin uzanmaı zamanı nə baş verir?

A) mədəciklərin dolması zəifləyir

B) mədəciklərin dolması artır

C) qulaqcıqların və mədəciklərin birgə dolması zəifləyir

D) qulaqcıqların dolması zəifləyir

E) qulaqcıqların dolması artır


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
1262) Səyriyici aritmiya zamanı ürək atımı-dəqiqəlik həcm necə dəyişir?
A) 15–25% azalır

B) 10–20% azalır

C) 15–25% artır

D) 50% artır

E) 30–35% artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
1263) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

B) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin dəyişilməməsilə

C) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

D) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

E) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
1264) Aritmiyaların əmələ gəlməsinin elektrofizioloji mexanizmlərinin, xüsusilə impulsun pozulmasının meydana çıxması səbəbinin əsasında nə durmur?
A) kardiomiositlərin ixtisaslaşmış hüceyrələrində patoloji avtomatizmin meydana çıxması (ektopik aktivləşmə)

B) sinoaurikulər düyünün normal avtomatizminin dəyişikliyi

C) təkmilləşmiş və yığılma qabiliyyətli hüceyrələrin trigger (yönəldilmiş) aktivləşməsi

D) impulsun dekrement (sönən), eyni zamanda qeyri - bərabər keçiriciliyi

E) keciricilik sistemi hüceyrələrində patoloji avtomatizmin əmələ gəlməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1265) Hansı elektrolit mübadilə pozğunluqlarında ürək ritminin pozulması əsasən baş vermir?
A) hipokaliemiya

B) hiponatriemiya

C) hipomaqniemiya

D) hiperkalsiemiya

E) hiperkaliemiya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1266) İmpulsun keçiricilik pozğunluğu hansı hallarda baş vermir?
A) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

B) parasistolik aktivləşmədə

C) sadə fizioloji refrakterliyin patoloji uzanmasında

D) sadə fizioloji refrakterlikdə

E) impulsun dekrement (enən), qeyri - bərabər keçiriciliyində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1267) Hansı hallarda impulsun əmələ gəlməsi və ötürülməsinin kombinasiya olunmuş pozğunluğu baş vermir?
A) sadə fizioloji refrakterlik və ya onun patoloji uzanmasında

B) parasistolik aktivləşmədə

C) membranın hipopolyarizasiyası + sərhədd potensialının müsbətə doğru yerini dəyişməsi

D) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

E) membranın hipopolyarizasiyası + tezləşmiş diastolik depolyarizasiya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1268) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) kəskin damar çatışmazlığı

B) periferik vazodilatatorların istifadəsi

C) hipertireoz

D) β - adrenoblokatorların istifadəsi

E) hərarət
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1269) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) kəllədaxili təzyiqin artması

B) simpatikoadrenal sistemin aktivləşməsilə müşayiət olunan neyrosirkulyator distoniyanın bəzi variantları

C) tənəffüs çatışmazlığı

D) simpatomimetiklərdən istifadə olunması

E) anemiyalar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1270) Sinus taxikardiyasının intrakardial formasının daha tez - tez rast gəlinən səbəbləri hansı xəstəlik hesab olunmur?
A) hipotireoz

B) miokardın infarktı

C) kəskin miokardit

D) ağır stenokardik tutması olan ürəyin işemik xəstəliyi

E) xroniki ürək çatışmazlığı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1271) Sinoatrial düyünə toksik təsirin və ya parasimpatik aktivliyin üstünlüyü hesabına yaranan ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə nə aid deyil?
A) kəllədaxili təzyiqin artması

B) tənəffüs çatışmazlığı

C) β-adrenoblokatorların artıq dozada istifadəsi

D) hipotireoz

E) ürək qlikozidlərinin artıq dozada istifadəsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1272) Ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı pozğunluqlar aid deyil?
A) hiperkalsiemiya

B) metabolik alkaloz

C) miokardın infarktı

D) hipotermiya

E) obturasion sarılıq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, 203 - 204
1273) Sinus ritminə aid olan EKQ - nı təsvir edin.
A) РII dişi müsbətdir və hər bir QRS mədəcik kompleksinin önündə yerləşir, bütün Р dişlərinin formaları bir aparmada eynidir

B) Mənbəyi atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan impulslar hesab olunan tək - tək qeyri - sinus kompleksləri

C) R - R intervalı özündən əvvəlki sürüşən ektopik kompleksdəkinə nisbətən uzanıb, lakin ondan sonra gələn R - R intervalı normaldır və ya qısadır

D) PII və PIII dişləri mənfidir

E) Hər bir P - QRS kompleksində qeyri - sinus aparıcı ritmin olması (qulaqcıq, atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1274) Aşağı şöbələrdən çıxan qulaqcıq ritminin EKQ - nı təsvir edin.
A) PII və PIII dişləri ikifazalıdır, digər aparmalardakı P dişləri müsbətdir, QRS kompleksləri genişlənmişdir

B) PII və PIII dişləri mənfidir və hər bir Р dişinin ardınca genışlənmiş QRS kompleksi gəlir

C) Р dişi bütün aparmalarda ikifazalıdır və QRS mədəcik kompleksindən öndə yerləşir

D) PII və PIII dişləri mənfidir və hər bir Р dişinın ardınca dəyişilməmiş QRS kompleksi gəlir

E) Р dişlərinin forması bütün aparmalarda eynidir və müsbətdir, QRS kompleksi V1, 2 aparmalarında genışlənib
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1275) Ektopik mərkəzlərin üstün olması səbəbindən yaranan heterotop ritmə aid olmayan aritmiyanı qeyd edin?
A) atrioventrikulər düyünündən ləng (əvəz edici) sürüşən komplekslər və ritmlər

B) parasistoliya

C) aparıcı supraventrikulyar ritmin miqrasiyası

D) sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)

E) ləng (əvəz edici) sürüşən qulaqcıq komplekslər və ritmlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.200
1276) Keçiriciliyin pozulması ilə baş verən aritmiyalara aid deyil:
A) atrioventrikulyar blokada

B) sinoatrial blokada

C) aparıcı supraventrikulyar ritmin miqrasiyası

D) qulaqcıq daxili (qulaqcıqlararası) blokada

E) monofassikulyar mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 201
1277) Hansı aritmiya keçiriciliyin pozulmasına aid deyil?
A) WPW sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

B) Sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)

C) İkişaxəli mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)

D) PQ intervalının qısalma sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

E) Mədəciklərin asistoliyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.202
1278) Nəzərəçarpan sinus taxikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) RS - T seqmentinin çəp qalxan depressiyası (lakin izoxətdən aşağı 1, 0 mm - dən çox olmayaraq)

B) P dişinin formasının və qütbünün bir aparmadan digərinə doğru yavaş - yavaş dəyişməsi

C) T dişinin amplitudasının artması və ya azalması

D) P - Q(R) intervalının qısalması (lakin 0, 12 san az olmayaraq) və QT interval müddətinin qısalması

E) PI, PII, PaVF - ın amplitudalarının artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
1279) Sinus bradikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) РI, PII, PaVF dişinin müsbət olması

B) Ürək vurğularının sayının dəq. 59 və daha aşağı enməsi

C) Düzgün sinus rirtminin saxlanılması

D) РV4 - V6 dişlərinin müsbət olması

E) РI, PII, PaVF –ın amplitudalarının artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
1280) Sinus aritmiyasının tənəffüs formasında (tənəffüsü saxlayarkən) aritmiyanın itməsi ilə bərabər EKQ - də R - R intervallarının müddətinin dəyişməsi necə saniyədən cox deyil?
A) 0, 08

B) 0, 10


C) 0, 15

D) 0, 06


E) 0, 12
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.205
1281) Mədəcik taxikardiyasının (MT) “piruet” tipinin EKQ əlamətlərinə aid deyil:
A) QRS kompleksi böyük olmayan amplitudada olur və onların davamlılığı 0, 11san - ı keçmir

B) Mədəcik ritmlərinin sayı dəq. 150 - 250 vurğu təşkil edir, 0, 2 - 0, 3 san həddində dəyişən R - R intervalıyla qeyri - düz ritm

C) MT tutmalarını mədəcik ekstrasistoliyaları provokasiya edir və QRS - ın davamiyyəti 0, 12 san kecir

D) MT paroksizmi adətən bir neçə saniyə davam edir, öz - özünə keçir (dəyişkən MT), lakin tutmaların dəfələrlə yenidən əmələ gəlməyə meyilliyi var

E) MT tutmaları olmadan EKQ - də Q - Т intervalının əhəmiyyətli uzanması qeyd olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 240
1282) I dərəcəli qulaqcıqlararası blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Sinus ritmi, lakin qeyri düzdür, periodik olaraq tək - tək ürək siklləri düşür (P - QRST kompleksləri)

B) P dişlərinin parçalanması (dəyişkən əlamət)

C) Ətraf aparmalarında P dişinin müddətinin daimi 0, 11 san çox olması

D) Ətraf aparmalarında P dişinin müddəti daimi (hər bir ürək siklində) artması

E) P dişlərinin diş - diş olması (dəyişkən əlamət)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
1283) II dərəcəli qulaqcıqlar arası blokadanın EKQ əlamətlərini sadalayın.

1. Ətraf aparmalarında P dişinin müddətinin tədricən artması

2. Ətraf aparmalarında P dişinin müddətinin parçalanması

3. V1 aparmasında periodik olaraq P dişinin sol qulaqcıq fazasının itməsi

4. Ətraf aparmalarında P dişinin müddətinin (0, 11 san çox) daimi artrması

5. P dişlərinin parçalanması və ya diş - diş olması
A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
1284) I dərəcəli atrioventrikulyar blokadanın qulaqcıq proksimal formasının EKQ əlamətlərinə aid deyil:
A) P - Q(R) intervalının uzunluğu əsasən Р dişinin uzunluğu hesabına böyüməsi (0, 11 san - dən çox)

B) Р - Q(R) seqmentinin uzunluğu 0, 10 san çox olmaması

C) Müntəzəm (3:2; 4:3; 5:4; 6:5 və s. tipli) və ya nizamsız QRST kompleksinin düşməsi (Р dişinin saxlanılmasıyla)

D) P dişi çox vaxt parçalanması

E) QRS kompleksinin normal formada və davamiyyətli olması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 246
1285) Hansı pozğunluqlar sinus bradikardiyasının ekstrakardial formasının səbəblərinə aid deyil?
A) miokardın infarktı

B) hiperkalsiemiya və ya nəzərə çarpan hiperlkaliemiya

C) metabolik alkaloz

D) bəzi infeksiyalar (virus hepatiti, qrip, qarın yatalağı, sepsis)

E) obturasion sarılıq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1286) Atrioventrikulər birləşmədən çıxan ritmin EKQ - nə aid deyil.
A) ektopik impuls eyni vaxtda qulaqcığa və mədəciyə çatarsa, РII dişi müsbət olur və hər bir QRS mədəcik kompleksindən əvvəl gəlir

B) ektopik impuls əvvəlcə mədəciyə və yalnız sonra qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur

C) ektopik impuls birinci mədəciyə, sonra isə qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur və ondan sonra adi dəyişməmiş QRS kompleksi yerləşir

D) ektopik impuls qulaqcığa və mədəciyə eyni vaxtda çatarsa, EKQ - da P dişсikləri dəyişməmiş QRS kompleksinə qatılırlar

E) ektopik impuls eyni zamanda qulaqcığa və mədəciyə çatarsa, EKQ - da P dişсikləri olmur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1287) İdioventrikulyar - mədəcik ritminin EKQ - nə aid deyil:
A) Bütün aparmalarda QRS kompleksləri genişlənib

B) Bütün QRS kompleksləri deformasiyaya uğrayıb

C) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə yoxdur

D) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə mövcuddur

E) Ürək vurğularının sayı dəq. 40 - 45 - i keçmir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1288) Elektrik impulslarının qulaqcıqlara keçmə sürətini xarakterizə edən Р dişinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 14

B) 0, 16


C) 0, 08

D) 0, 12


E) 0, 17
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1289) II standart aparmada qulaqcıqlara, AV - birləşməyə, Hiss sisteminə impulsun ümumi keçmə sürətini əks etdirən P - Q(R) intervalının hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 08

B) 0, 36


C) 0, 18

D) 0, 10


E) 0, 24
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1290) QRS mədəcik komplekslərinin - oyanmanın mədəciklərə keçməsinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 12

B) 0, 14


C) 0, 08

D) 0, 04


E) 0, 16
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1291) I dərəcəli distal-üçdəstəli forma atrioventrikulyar blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Р dişinin uzunluğunun 0,11 san-dan artıq olması

B) P-Q(R) intervalının müddətinin artması

C) P-Q(R) intervalının davam müddəti əsasən Р dişinin (0,11 san çox) uzunluğu hesabına artıb

D) QRS kompleksinin Hiss sistemində ikidəstəli blokada tipində deformasiyalaşması

E) QRS kompleksinin genişlənməsi (0,12 san-dan cox)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.246
1292) II dərəcəli atrioventrikulyar blokada - I tip və ya Mobits I - in EKQ əlamətlərinə hansı aid deyil?
A) QRST kompleksi düşdükdən sonra hər şey təkrarlanır (Samoylov - Venkebax dövrü)

B) Р dişinin parçalanması və ya diş - diş olması və QRS kompleksinin genişlənməsi

C) EKQ - də qeydə alınmış Р dişi və QRS kompleksinin nisbəti, əsasən 3:2, 4:3 və s. təşkil edir

D) Bir kompleksdən digərinə doğru, yavaş - yavaş P - Q(R) intervalının müddətinin uzanması, hansı ki, QRST (Р dişinin saxlanmasıyla) kompleksinin düşməsilə ara kəsilir

E) QRST kompleksi düşdükdən sonra yenidən normal və ya azacıq uzanmış P - Q(R) intervalı qeyd olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247.
1293) II dərəcəli atrioventrikulyar blokada - II tip və ya Mobis II - in EKQ əlamətlərinə aid deyil:
A) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin nizamsız (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi

B) Bəzən QRS kompleksinin genişlənməsi və deformasiyası

C) Normal və ya uzanmış P - Q(R) intervalının daimi proqressivləşməyən uzanması

D) Saxlanılmış düzgün sinus ritmi şəraitində QRST kompleksinin hər ikisindən birinin düşməsi

E) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin müntəzəm (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247
1294) Atrioventrikulyar proksimal III dərəcəli blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Mədəcik yığılmalarının sayı dəq. 40 - 60 arasında tərəddüd edir

B) Tam əlaqəsiz qulaqcıq və mədəcik ritmləri (atrioventrikulyar dissosiasiya)

C) Р - Р və R - R intervalları daimidir, lakin R - R Р - Р - dən böyükdür

D) QRS mədəcik kompleksləri denişlənməyib, ensizdir

E) QRS mədəcik komplekslərinin genişlənməsi və deformasiyaya uğraması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.248
1295) Hiss dəstəsinin sağ ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil.
A) Sol döş (V5, V6) və I, aVL aparmalarında genişlənmiş, çox vaxt diş - diş olmuş S dişini olması

B) М - şəkilli görünüş almış QRS kompleksi, eyni zamanda R' > r şəklində olması

C) V1 (bəzən III) aparmasında RS - T seqmentinin depressiyası və mənfi və ya ikifazalı (–+) asimmetrik Т dişinin olması

D) QRS kompleksinin davamiyyətinin 0, 11 san qədər cüzi artması

E) V1, V2 - sağ döş aparmalarında (bəzən III və aVF - da) rSR' və ya rsR' tipli QRS kompleksi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.254
1296) Hiss dəstəsinin sol ön şaxəsinin blokadasının EKQ əlamətlərinə aid deyil:
A) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30° - dən mənfi 90° - a qədər olması)

B) I və aVL aparmalarında rS tipli QRS kompleksi

C) I və aVL aparmalarında qR tipli QRS kompleksi

D) QRS mədəcik kompleksinin ümumi davamiyyəti 0, 08 san - 0, 11 san qədər

E) II, III, aVF aparmalarında rS tipli QRS kompleksi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
1297) Hiss dəstəsinin sol arxa şaxəsinin blokadasının EKQ əlamətlərinə hansı aid deyil?
A) QRS mədəcik kompleksin ümumi davamiyyəti 0,08 san - 0,11 san qədər olması

B) I və aVL aparmalarında QRS kompleksi rS şəklindədir

C) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30°- mənfi 90° qədər olması)

D) III, aVF aparmalarında QRS kompleksi qR şəklindədir

E) Ürəyin elektrik oxunun kəskin sağa əyilməsi (α bucağının müsbət 120° və daha çox olması)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
1298) Hiss dəstəsinin sol ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) V5, V6, I, aVL aparmalarında diskordant QRS - ə münasibətdə RS - T seqmentinin yerini dəyişməsi və mənfi və ya ikifazalı (–+) asimmetrik T dişinin mövcud olması

B) V5, V6, I, aVL aparmalarında geniş deformasiyaya uğramış parçalanmış və ya hündür zirvəli R dişi

C) V1, V2, III, aVF aparmalarında genişlənmiş deformasiyaya uğramış S dişi və ya parçalanmış və ya qeniş zirvəli QS kompleksinin mövcud olması

D) V1, V2 sağ döş aparmalarında (bəzən III və aVF ətraf aparmalarında) rSR' və ya rsR' tipli QRS kompleksin mövcudluğu

E) Ürəyin elektrik oxunun sola əyilməsi (bəzi hallarda), QRS kompleksinin davamiyyəti 0, 12 san qədər və daha artıq böyüməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin