Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Hiss dəstəsinin sol ayaqcığının (ikidəstəli) natamam blokadasının EKQ əlamətlərinə aid deyil



Yüklə 3,31 Mb.
səhifə30/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   27   28   29   30   31   32   33   34   35

1299) Hiss dəstəsinin sol ayaqcığının (ikidəstəli) natamam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) QRS kompleksinin davamiyyətinin 0, 12 san və daha artıq böyüməsi

B) S dişinin (və ya QS kompleksinin) başlanğıcda parçalanmasıyla III, aVF, V1, V2 aparmalarında genişlənmiş və dərinləşmiş QS və ya rS kompleksinin mövcudluğu

C) ürəyin elektrik oxunun sola əyilməsi (dəyişkən əlamət)

D) I, aVL, V5, V6 aparmalarında hündür genişlənmiş, bəzən parçalanmış R dişinin mövcud olması

E) V6 aparmasında q dişinin olmaması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257 - 258
1300) Sinus aritmiyasının yaranmasında aşagıdakılardan hansının rolu yoxdur?
A) sinoaurikulyar düyünündə impulsların qeyri requlyar əmələ gəlməsi

B) sinoaurikulyar düyünün orqanik zədələnməsi

C) tənəffüs fazaları ilə əlaqədar azan sinirin tonusunun reflektor dəyişikliyi

D) atrioventrikulyar düyündə impulsların qeyri - requlyar əmələ gəlməsi

E) tənəffüslə əlaqədar olmayan azan sinirin tonusunun özbaşına dəyişməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.205
1301) Nəyi endokard örtmür?
A) Papillyar əzələləri

B) Xordaları

C) Ürək boşluğunu

D) Boş venaların və ağ ciyər venalarının son şöbələrini

E) Ürək qapaqlarını
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 13
1302) Proqnozu xeyli ciddi olan keçiricilik və ritm pozğunluğunun (mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası, III dərəcəli AV blokada və s. ) tez - tez rast gələn səbəblərinə aid olmayan xəstəlik hansıdır? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - restriktiv kardiomiopatiya).
A) Spesifik ekssudativ perikardit

B) Miokarditlər

C) Mitral qapağın prolapsı

D) Anadangəlmə və qazanılmış ürək qüsurları

E) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172 - 173
1303) Sinus taxikardiyasının intrakardial formasının daha tez rast gəlinən səbəbinə hansı hal aid deyil?
A) Ağır stenokardik tutmalar, miokard infarktı

B) Kardiomiopatiyalar

C) Xroniki ürək çatışmazlığı

D) Kəskin miokardit

E) Hipertireoz
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1304) II dərəcəli sinoatrial blokadanın EKQ əlamətlərinə nə aid deyil?
A) Bir kompleksdən digərinə doğru P-Q (R) intervalının tədricən uzanması, hansı ki, QRST mədəcik kompleksinin düşməsilə kəsilir (Р dişinin saxlanılmasıyla)

B) Sinus ritmi, lakin düzgün deyil: periodik olaraq ayrı - ayrı ürək siklləri düşürlər (Р dişi və QRST kompleksi)

C) Uzun pauza zamanı yavaş sürüşən komplekslər və ritmlərin meydana çıxma ehtimalı olur

D) Pauza zamanı uzanmış Р-Р intervallarının davamiyyəti (impulsun bloklaşması) bərabər və ya azacıq ondan qısa olur, nəinki 2 Р-Р intervalı (bəzən 3 və ya 4 Р-Р intervalı)

E) Uzun pauzadan sonra Р-Р intervalı tədricən qısalır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 243
1305) Oyanma dalğasının təkrar daxil olma (re-entry) mexanizminin baş verməsi üçün hansı şərt vacib deyil?
A) Atrioventrikulyar düyündə oyanıqlığın artması

B) Elektrik impulsunun keçiricilik yolunun anatomik və ya funksional parçalanması

C) Qapalı çevrənin olması (keçiricilik ilgəyi)

D) Ilgəyin sahələrinin birində bir istiqamətli blokada

E) Ilgəyin digər sahəsində keçiriciliyin yayılmasının ləngiməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1306) Hansı aritmiya elektrik impulsunun yaranmasının pozulması və xüsusən sinoatrial düyündə avtomatizmin pozğunluğu (nomotop) hesabına əmələ gəlmir?
A) Sinus aritmiyası

B) Sinus düyününün zəifliyi sindromu

C) Sinus taxikardiyası

D) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

E) Sinus bradikardiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 200
1307) Mexanizmi keçiricilik və elektrik impulsunun əmələ gəlməsi pozğunluğundan ibarət olan kombinə olunmuş aritmiyaları sadalayın.

1. parasistoliya

2. çıxışın blokadası ilə ektopik ritmlər

3. atrioventrikulyar dissosiasiyalar

4. mədəcikdaxili blokadalar (Hiss dəstəsi şaxələrinin blokadası)

5. mədəciklərin asistoliyası
A) 1, 2, 3

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1308) Sinus aritmiyasının qeyri tənəffüs formasında EKQ-da nə müşahidə olunmur?
A) R-R müddətinin (0, 15 san çox) tədricən (periodik forma) dəyişməsi

B) Sinus ritminin saxlanılması

C) Tənəffüsü saxlayarkən aritmiyanın qalması

D) R-R müddətinin (0, 15 san çox) sıçrayışlı (aperiodik forma) dəyişməsi

E) R-R intervallarının müddətinin tənəffüs aktında 0, 15 san cox həddini aşan dəyişməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 205
1309) Frederik sindromunda hansı EKQ dəyişikliyi müşahidə olunmur?
A) Sinus mənşəli mədəcik ritmi

B) Mədəcik yığılmalarının sayının dəq. 40–60 -ı keçməməsi

C) Daimi R-R intervalı (düzgün ritm)

D) Qeyri sinus mənşəli mədəcik ritmi (ektopik: düyünlü və ya idioventrikulyar)

E) EKQ-da Р dişinin olmaması, əvəzində səyrici dalğa (f) və ya qulaqcıq titrəməsinin (F) qeyd olunması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 249 - 250
1310) Mədəciklərin hansı ritm pozgunluğu Morqanyi-Adams-Stoks sindromun əmələ gəlməsinə səbəb olmur?
A) III dərəcəli atrioventrikulyar blokada, əsasən tam blokadanın distal forması

B) III dərəcəli blokada zamanı II və III sıra ektopik mərkəzlərin avtomatizminin kəskin zəifləməsi

C) Tez-tez təkrarlanan supraventrikulyar politop ekstrasistoliyalı I dərəcəli sinoatrial blokada

D) II dərəcəli atrioventrikulyar blokada, əsasən distal forması

E) Çox vaxt tam atrioventrikulyar blokada zamanı müşahidə olunan mədəciklərin titrəməsi və səyriməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 250
1311) Hiss dəstəsinin sağ ayaqcığının (şaxəsinin) natamam blokadasının EKQ əlamətlərini sadalayın.
A) V1-də rSr' və ya rsR' tipli QRS kompleksi, I və V6-da isə azacıq genişlənmiş S dişi; QRS-in davamiyyəti 0, 09 san - 0, 11 san qədər

B) I, AVL aparmalarında rS tipli QRS; III, AVF - də isə - qR tipli

C) V5, V6 aparmalarında QRS kompleksi genişlənmişdir və R formasındadır

D) QRS kompleksinin davamiyyəti 0, 12 san və daha çox

E) Ürəyin elektrik oxunun kəskin sağa yer dəyişməsi (α bucağı müsbət 1200 və daha çox)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 255
1312) Hansı pozğunluqlar intrakardial forma sinus bradikardiyasının səbəblərinə aid deyil?
A) Sinoaurikulyar düyünün orqanik zədələnməsi

B) Sinoaurikulyar düyünün funksional zədələnməsi (miokardın infarktında rast gəlinir)

C) Infarkdan sonrakı kardioskleroz

D) Hiperkalsiemiya və ya nəzərə çarpan hiperkaliemiya

E) Aterosklerotik kardioskleroz
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 204
1313) Ürək ritmlərinin hansı pozğunluqlarında daimi elekrokardiostimulyasiyadan istifadə olunmur?
A) Mədəciküstü paroksizmal taxikardiyaların qarşısının alınmasına ehtiyac olduqda

B) Mədəciküstü paroksizmal taxikardiyaların yox edilməsinə ehtiyac olduqda

C) Keçiricilik pozğunluğununun asistoliya forması ilə müşayiət olunan kəskin klinik vəziyyətlərdə

D) Yüksək riskli asistoliya baş verən bradikardiyalarda

E) Klinik simptomatikaya malik bradikardiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 292
1314) Ritm pozğunluqlarının hansı növünün qarşısının almasında əsasən maqnezium sulfatın istifadəsinə üstünlük verilir?
A) Frederik sindromunda

B) Paroksizmal səyrici aritmiyalarda

C) Volf-Parkinson-Uayt (WPW) sindromunda

D) “Piruet” tipli mədəcik taxikardiyalarında

E) Resiprok atrioventrikulyar taxikardiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1315) Maqnezium sulfatdan əsasən hansı ritm pozğunluqlarında istifadə edilir? (WPW - Volf- Parkinson-Uayt)
A) Tez-tez baş verən mədəcik ekstrasistoliyalarında

B) Digər antiaritmik maddələrə refrakter olan mədəcik taxikardiyalarında

C) Digər antiaritmik maddələrə refrakter olan WPW paroksizmlərində

D) Aparıcı supraventrikulər ritmin miqrasiyasında

E) Supraventrikulyar paroksizmal taxiaritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1316) Hansı hallarda ürək qlikozidləri istifadə olunur? (AV – atrioventrikulyar)
A) AV resiprok taxikardiyaların qarşısını alınmasında və qulaqcıqların səyriməsində (ürək vurğularının sayına nəzarət məqsədilə)

B) “Piruet” tipli mədəcik taxikardiyalarında

C) Volf- Parkinson-Uayt (WPW) sindromunda

D) Mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsində

E) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyalarının qarşısını alınmasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1317) Hansı ürək xəstəliklərində ritm və keçiricilik pozğunluğu daha tez əmələ gəlmir? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - rerstriktiv kardiomiopatiya).
A) Miokardit

B) Ürəyin işemik xəstəliyi, miokardın infarktı

C) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)

D) Botal axacağın acıg qalması

E) Sol qulagcıq - mədəcik dəliyinin stenozu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1318) Hansı hallarda impulsun keçiriciliyi pozğunluğu baş vermir?
A) Maksimal diastolik sakitlik potensialının azalmasında

B) Impulsun dekrement (sönən) keçməsində (eyni zamanda qeyri - bərabər)

C) Sadə fizioloji refrakterlikdə və ya onun patoloji uzanmasında

D) Ixtisaslaşmış və yığılma qabiliyyətli hüceyrələrin triqqer aktivləşməsində

E) Re-entry oyanma dalğasının təkrari girişində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1319) Hansı hallarda impulsun yaranması və keçiriciliyinin kombinəolunmuş pozğunluqları baş vermir?
A) Parasistolik aktivləşmədə

B) Hədd potensialının müsbət istiqamətə yönəlməsində

C) Diastolik depolyarizasiyanın sürətlənməsində

D) Membranların hipopolyarizasiyasında

E) Oyanma dalğasının re-entry (təkrari) qirişində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1320) Re-entry oyanma dalğasının əmələ gəlməsi mexanizmində hansı şərait vacib deyil?
A) Elektrik impulsunun keçiricilik yolunun funksional parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)

B) Elektrik impulsunun keçiricilik yolunun anatomik parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)

C) Elektrolit pozgunluqları (hipokaliemiya, hiperkalsiemiya)

D) Dairənin diqər hissəsində oyanmanın yayılmasının ləngiməsi

E) Dairənin bir hissəsində birtərəfli blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1321) Sürətlənmiş ektopik ritmlərin səbəblərinə aid deyil:
A) Diqitalis intoksikasiyası (əsas səbəb)

B) Kəskin miokard infarktı (əsasən 1-2 sutkada), həmçinin ürəyin işemik xəstəliyinin xroniki forması

C) Ağ ciyər ürəyi

D) Ürək üzərində cərrahi əməliyyatlar (eyni zamanda qapaqların protezlə əvəz olunması)

E) Parasimpatik sinir sisteminin tonusunun üstünlüyü ilə veqetativ requlyasiyanın pozgunluğu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 209
1322) Transmembran hərəkət potensialının hansı fazasında hüceyrənin hissəvi oyanması bərpa olunur (nisbi refrakter dövr)?
A) 2 (plato, nə vaxt ki, transmembran hərəkət potensialının miqdarı bir həddə saxlanılır)

B) 4 (diastola)

C) 3 (sürətli son repolyarizasiya)

D) 1 (başlanğıc sürətli repolyarizasiya)

E) 0 (hüceyrə membranının sürətlə yenidən yüklənməsi)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 18
1323) İzovolümik boşalma fazasında nə baş verir?
A) Mədəciklərdə və qulaqcıqlarda təzyiq artır

B) Mədəciklərin aktiv boşalması davam edir

C) Qulaqcıqlarda təzyiq artır

D) Mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür

E) Mədəciklərdə təzyiq artır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 28
1324) Parasimpatik sinirlərin (n. vagi) oyanması nə ilə müşayiət olunmur?
A) Simpatik sinir uclarında noradrenalinin ifrazının artmasıyla

B) Simpatik sinir uclarında yerləşən M-xolinoreseptorlarının stimulyasiyası ilə

C) Ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

D) Atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt)

E) Ürək vurğularının sayının azalması ilə (mənfi xronotrop effekt)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 40
1325) Aşağıdakı aritmiyanın hansının yaranma səbəbi Volf – Parkinson - Vayt (WPW) sindromu hesab olunur?
A) qulaqcıqların titrəməsinin

B) mədəcik taxikardiyasının

C) səyrici aritmiyanın

D) atrioventrikulyar blokadanın

E) resiprok atrioventrikulyar paroksizmal taxikardiyanın
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1326) Qulaqcıq səyriməsi zamanı mərkəzi və regionar hemodinamikası stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə başlanğıc müalicə kimi hansı preparatlar tövsiyə olunur?
A) anaprillin və sotalol

B) verapamil və panangin

C) adenozin və xinidin

D) amiodaron və maqnezium sulfat

E) diqoksin və kalium preparatları
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1327) Əlavə keçirici yollar olduqda (WPW sindromu) qulaqcıq səyriməsi (titrəməsi) və ürək çatışmazlığı olan xəstələrdə ürək ritmini bərpa etmək ücün venadaxilinə hansı preparat təyin edilir?
A) atenolol

B) diqoksin

C) novokainamid

D) verapamil

E) lidokain
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1328) Qulaqcıq səyriməsi zamanı bütün digər müdaxilələr uğursuzluqla nəticələndikdə və ya əks-göstəriş olduqda, ürək ritmini nəzarətdə saxlamaq üçün hansı tədbirin aparılması müzakirə oluna bilər?
A) atrioventrikulyar düyünün ablasiyası və kardiostimulyasiyası

B) beta - adrenoblokatorlar qəbul edirsə, dozasının artırılması

C) elektrik kardioversiya

D) amiodaron 900-1200 mq/sut təyin edilməsi

E) kardioverter defibrillyator implantasiyası
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42
1329) III dərəcəli atrioventrikulyar blokadanın proksimal formasında EKQ - də aşağıdakı dəyişikliklərdən hansı müşahidə olunmur?
A) PR intervalının 0, 28 san - dan çox, QRS kompleksinin isə 0, 12 san - dan az olması

B) Qulaqcıq və mədəcik ritminin tam ayrılması (dissosiasiyası)

C) QRS mədəcik yığılmalarının sayının dəqiqədə 40 - 60 - a qədər azalması

D) QRS mədəcik kompleksin dəyişməməsi (dar olması)

E) P - P və R - R intervallarının daimi, lakin R - R P - P - dən çox olması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии и блокады сердца» 2004г., səh. 178 - 181 V.Ə.Əzizov “Daxili xəstəliklər” Baki - 2011, səh. 433
1330) QT intervalının uzanması nəticəsində meydana çıxan “piruet” tipli aritmiyanın əmələ gəlməsinə səbəb olmayan preparat hansıdır?
A) bretilium

B) amiodaron

C) xinidin

D) novokainamid

E) metoprolol suksinat
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г.
1331) Antiaritmik preparatların təyini zamanı aritmogen effektin meydana çıxma ehtimalı hansı hallarda daha çoxdur?
A) miokardın nəzərəçarpan zədələnmələrində və ağır mədəcik aritmiyalarda

B) qulaqçıq tipli aritmiyalar zamanı

C) mədəcik ekstrasistoliyalarında (1 - 2 dərəcəli)

D) atrioventrikulyar aritmiyalar zamanı

E) sinus (tənəffüs) aritmiyası zamanı
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г
1332) Müvəqqəti elektrokardiostimulyasiyadan hansı halda istifadə nisbətən az effektivdir?
A) Sinus düyününün nəzərəçarpan funksiya pozğunluqlarında

B) Qulaqcıq titrəməsi və mədəcik taxikardiyalarında

C) III dərəcəli atrioventrikulyar blokadalar davamlı asistoliya epizodları ilə (Morqanyi - Edems - Stoks sindromu baş verirsə)

D) Paroksizmal mədəciküstü taxikardiya tutmalarının aradan qaldırılmasında

E) II dərəcəli atrioventrikulyar blokadalarda, əsasən davamlı asistoliya epizodları nəticəsində Morqanyi - Edems - Stoks sindromu baş verirsə
Ədəbiyyat: Н.М.Шевченко «Кардиология» Москва 2006г., səh.230
1333) Miokard infarktı keçirmiş xəstələrdə hansı halda daimi elektrokardiostimulyasiyanın istifadəsi göstərişdir? (AV - atrioventrikulyar).
A) II dərəcəli davamlı AV blokada və ya tam AV blokada ona məxsus xarakter şikayətləri ilə

B) Miokardın infarktına qədər mövcud olan his dəstəsinin ayagcığının blokadası ilə I dərəcəli davamlı AV blokadada

C) His dəstəsinin sol ayagcığının ön şəxəsinin təcrid olunmuş blokadasıyla keçib qedən AV blokada

D) His dəstəsinin sol ayagcığının ön şaxəsinin ilk dəfə müəyyən olunmuş blokadasında (AV blokadasız)

E) Mədəcikdaxili keçiricilik pozğunluğu olmayan keçib qedən AV blokada
Ədəbiyyat: Б.Гриффин, Э.Тополь. Кардиология. «Москва», 2011, стр. 482.
1334) Hal hazırda hansı komplekslərin qarşılıqlı əlaqəsini kardiostimulyator sindromunun ən xarakterik göstəricisi hesab edirlər?

1. elektrolit

2. vegetativ

3. hormonal

4. neyrohumoral

5. damar
A) 2, 4, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 5
Ədəbiyyat:Под редакцией А.Джона Кэмма и др.»Болезни сердца и сосудов» ГЭОТАР - Медиа, 2011, səh. 1660
1335) Kardiostimulyator sindromuna hansı simptomlar və əlamətlər aid deyil?
A) stimulyasiyanın əvvəlində hipotenziyanın əlamətləri – bayılmalar (və ya bayılma önü vəziyyət)

B) intensiv baş ağrıları, görmənin zəifləməsi

C) qaraciyərin böyüməsi və aşağı ətrafların şişkinliyi

D) təngnəfəslik, ortopnoe, boyun venaların şişməsi, agciyərlərdə xırıltılar

E) qeyri spesifik simptomlar (zəiflik və başqicəllənmə)
Ədəbiyyat: Под редакцией А.Джона Кэмма и др.» Болезни сердца и сосудов» ГЭОТАР - Медиа, 2011, səh. 1659
1336) Hansı xəstələrdə klinik simptomların olmadığı halda kardiostimulyator implantasiyası göstərişdir?
A) I dərəcəli atrioventrikulyar blokadası olanlarda

B) Anadangəlmə və qazanılmış tam atrioventrkulyar blokadası olanlarda

C) II dərəcəli sinoatrial blokadası olanlarda

D) Supraventrikulyar ekstrasistoliyası olanlarda

E) I tip (Mobits - I) II dərəcəli atrioventrikulyar blokadası olanlarda
Ədəbiyyat: А. В. Ардашев « Трепетание предсердий: клиническая электрофизиология и катеторная аблация» 2001г
1337) Hansı halda səyrici aritmiyanın daimi formasında tromboemboliya baş vermə ehtimalı daha yüksəkdir?
A) Ürəyin işemik xəstəliyində

B) Arterial hipertoniyada

C) Miokarditdə

D) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda

E) Hipertrofik kardiomiopatiyada
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1338) I dərəcəli daimi atrioventrikulyar blokada üçün aşağıdakılardan hansı doğrudur?
A) kalsium antaqonistlərinin təyini məsləhətdir

B) xüsusi müalicə mütləq aparılmalıdır

C) xüsusi müalicə lazım deyil, lakin göstəriş olduqda bəzi preparatları ehtiyatla təyin etmək olar

D) əsas xəstəliyi nəzərə almadan II qrup antiaritmik preparatlardan mütləq istifadə olunmalıdır

E) ürək qlikozidlərinin təyini əks göstərişdir
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004 г.
1339) Səyriyici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda hansı hemodinamik göstəricilər nəzərə çarpacaq dərəcədə aşağı düşür? (SDT –son diastolik təzyiq, SDH – son diastolik həcm).

1. Ön yüklənmə

2. Vurğu həcmi

3. Son yüklənmə

4. Dəqiqəlik həcm

5. SDT və SDH
A) 1, 2, 4

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 36
1340) Xroniki ürək çatışmazlıqlı xəstələrdə mədəcik ekstrasistoliyaları yarandıqda onları aradan qaldırmaq üçün hansı qrup preparatın istifadəsi məsləhət deyil?
A) AÇFİ (angiontenzin - çevirici fermentin inhibitorlarının)

B) ARB (angiotenzin II reseptorlarının blokatorlarının)

C) β - adrenoblokatorların

D) Aldosteron blokatorlarının

E) Ürək qlikozidlərinin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin