Åkcp{ig-fcghycß


HƏZRƏT ƏlidƏ zahidliK nümunƏlƏri



Yüklə 3,03 Mb.
səhifə18/41
tarix22.10.2017
ölçüsü3,03 Mb.
#9539
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

HƏZRƏT ƏlidƏ zahidliK nümunƏlƏri


İmam Əli (əleyhissalam) “Nəhcül-bəlağə”nin 160-cı xütbəsində həmd və sənadan sonra camaatı moizə və nəsihətə başlayır. Daha sonra Allaha pənah apararaq maddiyyatın quluna çevrilərək onu hədəf satanlardan bərk narahat olduğunu bildirib onları tənqid atəşinə tutur, söhbət əsasında dörd böyük Peyğəmbərlərdən onlar üçün nümunə gətirərək həyat və yaşayışlarını bu Peyğəmbərlər kimi tənzim etmələrini tapşırır. Həmin 4 böyük Peyğəmbər aşağıdakılardır.

1-İslam Peyğəmbəri 2-Həzrət Musa 3-Həzrət Davud 4-Həzrət İsa (əleyhimussalam).

Bununla belə adı qeyd olunan Peyğəmbərlərin hər biri ilə əlaqədar “Nəhcül-bəlağə”yə diqqət yetirməklə onların pərhizkarlığı və yetginlikləri barəsində gəlmiş dastanı əziz oxuculara çatdırırıq.
ƏLLİNCİ HEKAYƏT

Əli (Əleyhissalam) PeyğƏmbƏr sƏllƏllahu Əleyhi vƏ alihi vƏ sƏllƏmin ardICIlI


Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur:

“Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ləhirinin yerinə qoyanlardır.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük nemət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs etirazla mənə dedi:

“Niyə bu köhnə paltarı çıxarmırsan!” Ona dedim: “Məndən uzaqlaş.”

ƏLLİ BİRİNCİ HEKAYƏT

İslam PeyğƏmbƏrinin zahidliyi


İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz ehtiyacı qədər dünyadan artıq bəhrə almadan özü hamıdan artıq qarnı ac idi... Yerin üstündə (döşəksiz) oturduqda qullar kimi təvazökarcasına əyləşərdi, özü öz əli ilə ayaqqabı və paltarını yamayardı. Peyğəmbər həmişə yəhərsiz ata minsə də bir adamı da öz tərkinə mindirirdi.

Bir gün evin qapısında (arvadlarından birinin hücrəsində) asılmış bir pərdini gördükdə öz həyat yoldaşına buyurdu:

“Onu məndən uzaqlaşdır, Hər vaxt gözüm ona sataşdıqda dünyanı öz gözəllikləri ilə mənim yadıma salır.”

Bəli, o bütün varlığı ilə dünyanın zərq və bərqindən gözünü çəkmiş dünyanın yad etməyi isə özündən uzaqlaşdırmışdı.

Həzrət bu dünyanı özünə karvansara sanırdı. Buna görə də ona ürək bağlamağı özünə rəva bilmirdi.

Sizdən soruşuram: Görəsən, Allah öz haqq yolu üçün seçdiyi Mühəmmədi əziz tuturdu, yoxsa ona ihanət edirdi? Əgər bir kəs desə: Allah onu təhqir edibdir.

And olsun Allaha ki, yaradana böyük yalan nisbətini veribdir. Yox, əgər desə ki, onu əziz tutbdur onda gərək bilməlidir ki, Allah ondan başqasını təhqir edibdir. Buna görə də Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləmi özünüzə ülgü və örnək sanın.

Yalnız onun xəttində hərəkət edin, yoxsa sizin yolunuz həlakət və uçurumla nəticələnəcəkdir.


ƏLLİ İKİNCİ HEKAYƏT

Musa (Əleyhissalam)-In PƏrhizKarlIğI


Sonra Əli (əleyhissalam) bu xütbədə (160) Həzrət Musa (əleyhissalam)-ı xatırlayıb buyurur: İstəyirsən, İslam Peyğəmbərindən sonra Allahın elə dostunu xatırlayam ki, Allah dərgahına sarı hacət əlini götürüb belə dua buyurmuşdur?:

“İlahi hər nə xeyir və yaxşılıq mənə nazil etsən ona ehtiyacım vardır.” (“Qəsəs” surəsi, 24)

And olsun o böyük Allaha ki, Musa (əleyhissalam) Allahdan yeyəcəyi çörəkdən başqa bir şey istəmədi. Çünki, o Həzrət yerin otunu (ələfini) yeyirdi belə ki, arıqlıqdan və ətinin azlığından yediyi otun göyü qarnının nazik dərisinin arxasından görünürdü! Rəvayətlərdə gəlib ki, bir gün Musa (əleyhissalam) Allaha belə ərz etdi:

“Mən acam” Allah buyurdu: “Sənin aclığını bilirəm” Musa ərz etdi: “Məni öz yeməyinlə (ruzinlə) qidalandır.”

Allahın Musa (əleyhissalam)-la olan vəhylərindən biri də bu idi:

“Ey Musa! Yoxsul o kəsdir ki, mənim kimi başçısı yoxdur. Xəstə o kəsdir ki, mənim kimi təbibi yoxdur, qərib o kəsdir ki, mənim kimi munisi yoxdur.

Ey Musa! Bir tikə arpa çörəyinə razı ol. Dünya sənə tərəf üz döndərdikdə de:

“Hamımız Allah tərəfinən gəlmişik və onun tərəfinə də qayıdacağıq.” Dünyanın sənə arxa çevirdiyini gördükdə isə belə de:

“Afərin salehlərin şüarına.” Ey Musa! O şey ki, Allah Firona verib təəccüblənmə, onlar dünyanın davamsız həyat zirvələridir!”
İ

ƏLLİ ÜÇÜNCÜ HEKAYƏT

Davud (Əleyhissalam)-In PƏrhizKarlIğI


Sonra Əli (əleyhissalam) həmin xütbədə (160) buyurur: İstəyirsən üçüncü nümunəni Davud (əleyhissalam)-dan deyim ki, behiştin xanəndəsidir. O xurma liflərindən öz əli ilə zənbillər toxuyaraq öz camaatına belə deyirdi: Sizlərdən hansı biriniz bu zənbillərin satılmasında mənə kömək edə bilərsiniz? Öz əli ilə toxuduğu zənbillərin pulundan arpa çörəyi əldə edib onunla dolanırdı.

İmam Sadiq (əleyhissalam) buyurmuşdu: Allah Həzrət Davud (əleyhissalam)-a belə vəhy etdi: “Sən yaxşı bəndəsən əgər beytül-maldan yeməsəydin!” Davud (əleyhissalam) qəmgin olub ağlamağa başladı, Allah onun üçün dəmiri yumşaltdı, nəticədə isə Davud hər gün dəmirdən zireh (döyüş köynəyi) düzəldib onu min dirhəmə satırdı. Beləliklə də o 360 zirehi 360 min dirhəmə satdı. Bir daha beytül-maldan istifadə etmədi. Bundan əlavə Allah Peyğəmbərlik məqamından savayı onu şahlıq dərəcəsinə kimi ucaldıb bütün imkanları Davudun ixtiyarında qoydu. Lakin, o, öz zəhməti, alın təriylə zənbil və zireh toxuyub satar, beləliklə öz sadə yaşayışını təmin edərdi.



ƏLLİ DÖRDÜNCÜ HEKAYƏT

İsa (Əleyhissalam)-In yetKinliyi

Həzrət həmin xütbədə yenə də (160) buyurur:

“İstəyirsən Həzrəti İsa (əleyhissalam) barəsində (onun yetginliyinə dair) söz açam? Bil ki, qalın və kobud paltar geyir, quru çörək yeyirdi. Onun yeməyi aclıq, gecə çırağı ay, qış örtüyü isə şərq və qərb torpaqları idi (səhərlər məğribdə günortalar isə məşriq tərəfdən günəşlə üzbəüz gəzirdi)”

Yerdə dörd ayaqlılar üçün bitənlər onun meyvə və gülləri hesab olunurdu. Onu özünə məşğul edə biləcək nə arvadı var idi, nə də qəmgin edəcək övladı, nə də dövləti var idi ki, diqqətini özünə cəlb etsin. Onun nə də tamahkarlığı var idi ki, onu xar etsin. Onun atı, iki ayağı, xidmətçisi isə iki dostu idi.

“İddətüd-dai” kitabında bu məzmunda Həzrət İsa (əleyhissalam)-dan nəql olubdur. Daha sonra Həzrət yenə buyurdu:

“Dünya malından mənim bir şeyim yoxdur, eyni halda yer üzündə heç kəs mənim kimi ehtiyacsız sayıla bilməz.”

Həm də İmam Sadiq (əleyhissalam)-dan nəql olunubdur ki, Həzrət İsa haqqında İncil kitabında belə gəlib: İsa (əleyhissalam) Allaha ərz edirdi:

“İlahi, həm səhər, həm də geçə mənə bir arpa fətiri əta elə, lakin artıq vermə ki, tüğyan edəm.”



ƏLLİ BEŞİNCİ HEKAYƏT


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin