Åkcp{ig-fcghycß


Cihada qarşI olan süstlüyün tƏnqidi



Yüklə 3,03 Mb.
səhifə5/41
tarix22.10.2017
ölçüsü3,03 Mb.
#9539
1   2   3   4   5   6   7   8   9   ...   41

Cihada qarşI olan süstlüyün tƏnqidi


Möminlər ağası Həzrət Əli (əleyhissalam) xilafətə keçdikdən sonra bütün müsəlmanlar onun ardınca getməkdənsə rəyasəttələblik və nəfsani istəklər müəyyən qurupların o Həzrətlə müxalifətə qalxmalarına səbəb oldu. İlk növbədə Əli (əleyhissalam)-a qarşı barışmaz müxalifətin binasını qoyan ilk şəxs Müaviyət ibni Əbu Süfyan idi. Müaviyə Osman tərəfindən Şam şəhərinin valisi təyin olunmuşdu. Müaviyə Osmanın ölümündən sonra Şam şəhərini öz hökumətinin mərkəzi kimi adlandırmışdı. Bu zaman o məl”un ətraf kənd və şəhərlərə İslam şəhərlərini Əli (əleyhissalam)-ın hakimiyyəti altından çıxararaq öz bayrağı altında birləşdirməkdən ötrü qoşun çəkdi. Müaviyənin daş ürəkli və qan içən nümayəndələrindən biri olan Bosr ibni Ərtat adlı şəxs o məl”unun əmri ilə qoşun komandiri kimi vilayət və şəhərlərə gedir, müxtəlif cinayətlər törədib qan tökməklə şəhərləri zor gücünə zalım Müaviyənin hökuməti cərgəsinə dartırdı. Bu vaxt o Yəmənə gələrək Əli (əleyhissalam)-ın iki qoşun başçısını Übeydullah ibni Abbas və Səid ibni Nəmra nı məğlub edib Yəməni onların komandanlığı altından çıxartdı. Bosr ibni Ərtatın rəhimsizliyi o qədər idi ki, qələbəsindən sonra Übeydullah ibni Abbasın evinə təcavüz edərək onun iki uşağının başını kəsmişdi.

Uşaqların anasının ürək yandırıcı şerləri tarixdə əks olunubdur.

Müaviyənin müxtəlif İslam şəhər və kəndlərində törətdiyi zülmlərin xəbəri İmam Əli (əleyhissalam)-a çatdırılırdı. Bu zaman Übeydullah ibni Abbas və Səid ibni Nəmran Əli (əleyhissalam)-ın hüzuruna gələrək Müaviyənin muzdur qoşunlarının törətdiyi kütləvi qırğın cərəyanlarını o Həzrət üçün şərh verib öz məğlubiyyətlərini ona bildirdilər.

Həzrət Əli (əleyhissalam) cihad qoşunlarının cihadda göstərdiyi süstlükdən çox narahat olmuşdu. Məhz elə buna görə də o, camaatın hüzurunda minbərə çıxıb aşağıdakı sözləri bəyan etdi:

“Ey camaat! Kufədən başqa ayrı bir yer mənim hökumətimdə deyil!! Və ey Kufə, əgər səndən də düşmən həmlələri qarşısında qala çıxmayacaqsa olmamağını arzulayıram əgər belədirsə üzün qaralsın ey Kufə!”

Sonra camaatı Yəmənin Müaviyə cəlladları tərəfindən işğal olunması xəbərindən hali edib rəhmsiz və qaniçən cani Bosr ibni Ərtatın cinayətlərini bir-bir onlar üçün sadaladı və buyurdu:

“Düşmənlər öz əyri planlarında bir-birləri ilə möhkəm ittihadda sizlər isə haqq yolunda bir-birinizdən pərakəndə və ayrısınız.”

Bu vəziyətlə düşmənin sizə qalib gələcəyinə əmin olun. Əli (əleyhissalam) bu qəm və müsibətdən qəzəbli idi. Həzrətin qəlbi qan ağlayırdı, çox kədərli olduğundan odur ki, dedi:

“İlahi bu süst və yaramaz ünsürlərin yerinə mənə gözəl insanlar inayət elə. Mənim öz yerimə nalayiq və zülmkar bir şəxsi onlara müsəllət elə.”

Bu zaman dərdli ürək və dağlı qəlb ilə buyurdu: “And olsun Allaha, sizin yerinizə bəni Fars ibni Qənəm qəbiləsindən min atlının (şücaətli və dilavər) olmasını istərdim ki, dağınıq bulud təki sür”ətlə və səbirsizliklə düşmənə sarı hücum edəydilər.”

Beləliklə, o Həzrət öz nifrətini laqeyd və süst insanlara nişan verərək müsəlmanları və əshabını qiyamət gününə kimi Allah və ədalət yolunda düşmənlər ilə amansız mübarizə və müharibəyə dəvət etdi.

Mədaini yazır:

Həzrət Əli (əleyhissalam) Bosr ibni Ərtata qarşı çox qəzəbli olduğundan onu belə qarğışladı. “İlahi Bosr dinini dünyaya sataraq din və əhkamının hörmətini aradan aparıb. O, fasiq və mücrim Müaviyəyə itaət etməyi sənə itaət etməkdən daha üstün sanıb. İlahi! Onun ağlını əlindən almamış öldürmə! Heç vaxt öz rəhmətini onun halına şamil etmə, İlahi Bosra və Müaviyəyə və s... lə”nət edərək qəzəb və qəhrini onlara göstər.”

Bu qarğışdan sonra çox da ömr sürməyən Bosr həyatının sonuna yaxın dəli olmuşdu. Belə ki, həmişə həzyan söyləyib çığırardı ki, qılınc verin öldürüm. Ətrafında olanlar ona əl ağacından düzəldilmiş bir şəmşir verərək içi hava ilə doldurulmuş bir tuluğu da ixtiyarında qoyurdular. Bosr da o qılıncla tuluğa huşsuz olana kimi döyərdi və bu vəziyyət o məl”unun ölümünə kimi beləcə davam etmişdi.

Oxuduğunuz hekayə bizlərə örnək ola biləcək digər bir dərs idi.



ON BİRİNCİ HEKAYƏT

Dinini dünyaya satan


Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdu.

O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu dəvətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; “Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.”

Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:

Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.

Əmr As: O kimdir?

Müaviyə: Əli!

Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?

Müaviyə: Hər nə istəsən verərəm.

Əmr As: Mən Misrin hökumətini istəyirəm.

Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.

Əmr As- “Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu:

“Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədə “satıcının” əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”



ON İKİNCİ HEKAYƏT

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin