Åkcp{ig-fcghycß



Yüklə 2,79 Mb.
səhifə3/41
tarix21.10.2017
ölçüsü2,79 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   41

HƏdƏf müKafatI


36-cı hicri ilinin cəmadiul əvvəl ayında Bəsrədəki Cəməl müharibəsi Həzrət Əli (əleyhissalam)-ın xilafəti zamanında baş verən ilk müharibə idi. Bu müharibə “nakisinlər” adlanırdı (yəni beyət pozanlar, Təlhə, Zübeyr və Ayəşə onlra başçılıq edirdi). Bu müharibədə Əli (əleyhissalam)-ın qoşunundan 5 min, düşmən qoşunundan isə 13 min nəfər qətlə yetirildi.14

Həzrət Əli (əleyhissalam)-ın başçılıq etdiyi qoşun döyüşdə qalib gələrək müharibəni sona yetirdi. Bu vaxt Əli (əleyhissalam)-ın döyüşdə iştirak etmiş yaxın əshabından biri Həzrətin hüzuruna gəlib dedi:

“Əgər qardaşım da bizimlə birgə bu döyüşdə iştirak edib qələbəmizi görsəydi və öz iştirakına görə mükafat və iftixara nail olsaydı nə yaxşı olardı?!”

Həzrət Əli (əleyhissalam) buyurdu: “Sənin qardaşın da bizim fikrimizlə şərik olub tərəfdarlarımızdandırmı?” O, dedi: Bəli İmam buyurdu: ·

Məhz elə buna görə onun da bizimlə bu döyüşdə vurulub iştirak etdiyini zənn et. Sonra əlavə etdi:

Hətta dünyaya gəlməmiş hələ atalarının sülb və analarının bətnində olan bu müharibədə bizimlə olmayıb lakin bizimlə eyni əqidə də olan uşaqlar elə bizimlədirlər. Onlar tezliklə doğularaq din və iman vasitəsilə tərbiyə alacaqlar.15

Ən maraqlısı budur ki, tarixdə yuxarıdakı mövzuya oxşar başqa bir dastan aşağıdakı şəkildə gəlibdir: Əbül Əsvəd və Hübabə Örninin söylədiklərinə əsasən Cəməl müharibəsi qurtardıqdan sonra Həzrət Əli (əleyhissalam) Bəsrənin beytül-malı qızıl və gümüş ilə dolu bir evə daxil olub, bir neçə

dəfə belə buyurdu: “Özgələrini aldat”

Daha sonra həmin qənimətin əshab və döyüşçülər arasında bölünərək hər birinə 500 dirhəm verilməsini əmr etdi. O Həzrətin özü də həmin o qənimətdən 500 dirhəm götürmüşdü ki, bu zaman döyüşdə iştirak etməyənlərdən biri yoldan təngənəfəs çataraq Həzrətə dedi: Ey möminlər ağası! Müharibədə sizinlə iştirak etməsəm də qəlbim sizinlə idi, mümkünsə mənə də qənimətlərdən bir şey ver.

İmam Əli (əleyhissalam) özünə heç çatacaq payı ona bağışlayaraq özünə bir şey götürmədi.

Bütünlüklə 12 min dirhəmdən ibarət olan beytül-malın altı min arasında bölünəcək pulun miqdarını və adamların sayını qabaqcadan bilirdi.16

Beləliklə, Həzrət Əli (əleyhissalam)-ın haqq tərəfdarı eləcə də bu niyyətdə olanlara ehtiram bəsləməsinin şahidi oluruq. O Həzrət döyüşdə iştirak etməyənləri nəinki rədd etmir, əksinə mehribanlıqla qəbul edib buyurur:

Siz döyüşçülərin payında şərik olmaqla yanaşı, həm də onların sırasında durursunuz.


ALTINCI HEKAYƏT

HaqsIzlarIn tƏnqidi


Təlhə, Zübeyr və s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: “Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxalqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.

Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm.

And olsun Allaha, ölkənizi su basar, təkcə məscidin ən uca zirvəsi gəminin köksü, yaxud üzü üstə düşmüş dəvə quşu kimi görsənər. Ölkənizin torpağı torpaqlar içində ən gərəksizdir, suya hər yerdən yaxın və asimana uzaqsınız. Cəmiyyətinizin 90 faizi günaha yuvarlanıblar. Günaha mürtəkib olanlar ondan uzaqlaşsalar, Allahın əfvi ilə qarşılaşarlar.17

İmam Əli (əleyhissalam) öz qısa cümlə və fikirləri ilə bütün cahillərə aldanma-malarına xəbərdarlıq etdi: Qarına nökər olub zalım və müfsidlərə uymayın yoxsa Bəsrə camaatı kimi qəddar əyyaşların ovuna çevrilib puç olarsınız İbni Abbasın söylədiyinə əsasən.



YEDDİNCİ HEKAYƏT

Beytül-malIn qaytarIlmasI


Həzrət Əli (əleyhissalam) xilafətə keçdiyinin ikinci günü beytül- malın bərabər surətdə bölünməsi əmrini verdi.

Camaat İmamın əmrinə əsasən öz paylarını almaqdan ötrü o Həzrətin yanına gəldi. Bu zaman Əli (əleyhissalam) xəzinədarı Übeydullah ibni Əbi Rafeə buyurdu:

Əvvəl mühacirləri çağır və hər birinə üç dinar ver. Mühacirlərdən sonra camaatdan hər kəs hazır oldu irq ya rəngindən (dərisindən) asılı olmayaraq onlara da o puldan həmin miqdarda payla.

Səhl ibni Hunəyfə və onun keçmiş nökərinə də özünə verilmiş pul qədəri bağışlanmışdı. O, bu işə etiraz edərək dedi: Bu adam dünən mənim nökərim idi bu gün isə onu azad etmişəm ona da mənimlə bərabər verirsən.

Həzrət Əli (əleyhissalam) buyurdu: “Ona nə veririksə sənə də onu veririk.”

Həzrət hamıya ayrı seçkilik salmadan üç dinar payladı, Təlhə, Zübeyr, Abdullah ibni Ömər, Səid ibni As, Mərvan və Qüreyşlərdən bir hissəsi və s... kimi adamlar bu öz işə etirazlarını bildirdilər, çünki onlar Osmanın xilafəti dövründə zahiri görkəm və şəxsiyyətləri hesabına başqalarından neçə qat artıq pul alırdılar.18

Lakin bunlar bu gün bu proqramı görməklə anladılar ki, gec-tez öz növbələri də çatacaq və Əli (əleyhissalam) müsəlmanların qəsb edilmiş bütün mallarını şər”i yolla özlərinə qaytaracaqdır. Buna görə də çox narahat olub bir-birlərilə pıçıldaşmağa başladılar.

Onlar Əli (əleyhissalam) qarşı sui-qəsd hazırlamağa başladılar. Nəticədə onların müxalifət zəmzəməsi Həzrətin qulağına çatır və İmam Əli (əleyhissalam) onlara və belələrinin simasında haqq-ədalət müxalifələrinə üzünü tutaraq belə buyurdu:

“And olsun Allaha, Osmanın beytül-maldan bağışladığı pul ilə arvad alıb hətta öz kəbinlərinə xərcləsələr belə, ya onunla kənizlər almış olsalar da onların tapsam öz həqiqi sahiblərinə qaytaracağam.” Ədalət qapısı həmişə açıqdır. Ədalətin icrasından təngə gəlib boğaza yığılanlara qarşı olunacaq zülm onlara daha dar görsənəcəkdir.”19

İbni Əbil Hədid yazır: Son cümlənin təfsiri budur: “Əgər ədalət əsasında görülən tədbir hakimin aciz qalıb sıxılmasına səbəb olarsa zülm əsasında görüləcək işlərin tədbiri onun üçün daha da darısqaldır, çünki zülm yalnız alınmaması fikrindədir.” Yenə də yazır. Beytül-malın ədalətlə paylanması xəbəri Əmr-Asa çatdıqda Müaviyə aşağıdakı məzmunda bir məktub yazdı:

Nə qədər güc və qüdrətin varsa, işə sal, çünki Əbu Talibin oğlu Osmanın xilafəti müddətində yığıdığın bütün sərvətləri əlindən alacaq.

Bəli, Həzrət Əli (əleyhissalam) öz və”dinə əsasən toplanmış malların geri alınaraq əsl sahiblərinə çatdırılması işinə başladı. Zəkat yolu ilə yığılmış və Osmanın evində gizlənmiş bütün dəvələr və s.. başqa mallar Həzrətin əmri ilə beytül-mala qaytarılıb ədalətlə bölündü.

Bu ədalətli bölgü bir çox tayfa və qəbilə başçılarının, eləcə də keçmiş rejimin adlı- sanlı şəxsiyyətlərinin etiraz və ixtilafına çevrildi ki, bu da Cəməl müharibəsinin başlanmasına, çoxlu müxalifətlərə, əzab-əziyyətlərə, maneə yaranmasına səbəb oldu, lakin, Əli (əleyhissalam) heç nəyə etina etmədən öz yolunu davam etdirdi.20
SƏKKİZİNCİ HEKAYƏT


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin