MüşriKlƏrin tƏrsliyi
Besətin başlanğıcında Qüreyş başçılarından və şirk qabaqcıllarından bir dəstə adam Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəlib dedilər:
“Ey Muhəmməd! Sən elə bir iddia etmisən ki, atalarından və ailəndən heç biri belə bir iddianı (Peyğəmbərlik iddiasını) etməmişdir.”.
Biz səndən bir möcüzə görmək istəyirik. Əgər yerinə yetirsən sənin haqq Peyğəmbər olub öz iddianda sadiqliyinə inanacaq, əks halda isə cadugər və yalançı olduğunu biləcəyik-dedilər: (köhnə və yoğun bir ağaca işarə edib) dedilər: “Bu ağacı səslə, qoy öz kökündən çıxıb irəli gələrək müqabilində dursun.”
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Allah hər şeyə qadirdir. Əgər Allah sizin bu istəyinizi yerinə yetirsə ona iman gətirəcəksiniz? Dedilər: Bəli
Buyurdu: Tezliklə sizin istədiyinizi sizə göstərərəm, amma mən bilirəm ki, siz səadətə doğru qayıtmayacaqsınız. Sizin aranızda elə bir adam vardır ki, Bədr quyusunun (Bədr müharibəsindən sonra) içərisinə atılacaqdır. Eləcə də biri də vardır ki, hizblər müharibəsini ortaya salacaqdır. Bunu dedikdən sonra Həzrət həmin ağacı səslədi. “Ey ağac! Əgər Allah və cəza gününə imanın varsa, əgər məni Allahın Peyğəmbəri bilirsənsə, Allahın izni ilə kökünlə birgə yerdən çıx və qarşımda dur.”
İmam Əli (əleyhissalam) buyurur: “And olsun o Allaha ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi haqla məbus edib, ağac kökü ilə birgə yerdən çıxıb qabağa gələrək şiddətlə səslənir, uçan quşlar kimi budaqlarını yellədirdi. O öz budaqlarından bəzisini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin üstünə saldıqda mən də Həzrətin sağ tərəfində durmuşdum.”
Qüreyş başçıları bu vəziyyəti müşahidə etdikdə təkəbbür və qürur üzündən dedilər:
“Ağaca əmr et ki, yarısı qabağa gəlib başqa yarısı isə öz yerində dursun.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağacın yarısı qəribə vəziyyətdə uca səslə elə yaxınlaşdı ki, az qaldı Həzrətə yapışsın.
Şirk başçıları yenə də təkəbbür və qürur üzündən dedilər:
Əmr et ki, ağacın bu yarısı qovuşsun! Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağac yenə də əvvəlki vəziyyətinə qayıtdı. Əli (əleyhissalam) buyurdu: “La ilahə illəllah. Ey Peyğəmbər! Mən ilk nəfərəm sənin Peyğəmbərliyinə iman gətirirəm. İlk nəfərəm ki, bu ağacın Allah fərmanı ilə sənin nübüvvət və dəvətini böyük tutmaq üçün istədiyini yerinə yetirməsini etiraf edirəm.” Amma şirk və Qüreyş başçıları dedilər:
“Muhəmməd sehrbaz və yalançıdır. Onun qəribə sehri vardır ki, öz sehrində böyük məharət sahibidir.” Və dedilər: Görəsən Muhəmməd səlləllahu əleyhi və alihi və səlləmin Peyğəmbər olmasını mənim kimilərdən başqa (mənə işarə) kim təsdiq edir?! Amma mən isə məzəmmət edənlərin məzəmmətindən qorxan deyiəm. Belə adamların siması sadiqlərin simasıdır. Onların dedikləri yaxşıların dedikləridir. Gecəni səhər edənlər günün işıq bağışlayanlarıdırlar. Quranın xəttini eləcə də Peyğəmbərin sünnətini əbədi yaşadanlar onun yolu ilə gedənlərdən olurlar. Onlar təkəbbür, qürur, fəsad və xəyanətdən uzaq olurlar, qəlbləri behiştdə, qədəmləri isə İlahi vəzifə və məs”uliyyəti yerinə yetirməkdədir. Bu idi tarixin dilavər, mərd qissəsi. Söz və bəyan əmiri, iman və səlabət sahibi Əli (əleyhissalam)-ın çöhrəsi gül kimi təravətli, polad təki möhkəm və əyilməz şəmşir, şəffaf bulaq kimi qələbəyə malik idi.
ALTMIŞ ALTINCI HEKAYƏT
QƏlbi PaK Cavan
Əli (əleyhissalam)-ın dostlarından birinin adı Həmmam idi ki, Əli (əleyhissalam)-ın təmiz qəlbli şiələrindən hesab olunurdu. Bir gün Həmmam İmam Əli (əleyhissalam)-ın yanına gəlib Həzrətə ərz etdi: “Mənim üçün pərhizkarların sifətini bəyan et, elə vəsf et ki, onların parlaq simalarını öz gözlərimlə gördüyümü zənnə edim.”
İmam onun cavabında sükut etdi. Bir neçə dəiqədən sonra Həzrət onun sualına qısa cavab verib buyurdu:
Ey Həmmam pərhizkar ol yaxşı işlər gör ki, Allah buyurur:
sahibləri ilədir.” (“Nəhl” surəsi, 128)
Həmmam təkcə bu cavabla kifayətlənmədi Həzrətin bu barədə çox söz danışmasını israr etdi.
Elə buna görə də İmam onun üçün (onun simasında bütün şiələri üçün) pərhizkarların, habelə onların yüksək sifətləri barəsində geniş şəkildə danışmağı qərara alıb buyurdu:
Onların birinci xüsusiyyəti budur ki, dedikləri düz və səhihdir...
Beləliklə, Həzrət bu xüsusiyyətlərdən otuza yaxın qeyd etdikdən sonra onların son cəhətlərini belə bəyan etdi: “Onların adamlara yanaşması yalan və hiylə üzündən olmayacaqdır.”
Söz bura yetişdikdə Həmmam nalə çəkib dünyadan getdi.
İmam buyurdu: “Ah, mənim qorxum elə bundan idi.” (yəni İmam əvvəldən bilirdi ki, Həmmam dözməyəcək, qorxurdu ki, ölə bilər, ona görə də Həzrət ilk növbədə danışmaq istəməmişdi).
“Yetgin nəsihətlər bu cür qəlbi nəsihət qəbul edənlərə təsir edir.”
Bir şəxs dedi: “Ya Əli! Bəs niyə belə deyilsiniz, Həmmam kimi təsir altına düşəsiniz?”
İmam cavabında buyurdu “Vay olsun sənə, hər əcəlin müəyyən vaxtı var, sakit ol bir də söz danışma. Bu sözü şeytan sənin dilinə gətiribdir.” Daha aydın ibarətlə:
Allahın buyurduğu belə imiş ki, Həmmam bu səbəblə dünyadan getməlidir və o belə bir ölümə layiq idi. Ancaq mənim barəmdə isə mümkündür mənim ölümümün şəhadət ləyaqəti olsun ki, bundan daha yüksəkdir.
ALTMIŞ YEDDİNCİ HEKAYƏT
Əli (Əleyhissalam)-In PeyğƏmbƏr sƏllƏllahu ƏLEYHi vƏ alihi vƏ SƏLLƏMƏ olan bağlIlIğI
Xain insanların qurduğu müxtəlif hiylələr nəticəsində İraq ordusunun qəlbi Əli (əleyhissalam)-a qarşı nifrətlə dolmuşdu. Öz asayişlərini təmin etmək xatirinə Əli (əleyhissalam)-ın xəttində hərəkət etməyə nail olmayan həmin adamlar gərəksiz sülh və müqavilə bağlamağı müharibədən üstün sayırdılar. Bu vaxt Əli (əleyhissalam)-ın zalımlarla müharibə etməkdən ötrü camaata öz fəzilətlərindən bəyan etməsi, habelə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan qırılmaz əlaqəsini xatırlamağı lazım idi. Belə ki, düşmənlərin zəhərli təbliğatları təsirsizləşərək məhv olsun və haqq arayıb Allahdan qorxan adamlar onun ətrafına toplaşaraq fasidlərin məhvində və hər cür fəsadın yox edilməsində Həzrətə kömək etsinlər. Həzrət, Peyğəmbər yolunda candan keçməyə hazır olduğunu və onunla olan bağlılığı barədə belə buyurdu: “İxlaslı əshab və nübüvvətin sirrini saxlayanlar yaxşı biirlər ki, mən hətta bir dəqiqə olmuş olsa belə Allah və peyğəmərə qarşı çıxmamış, əksinə, həmişə canımdan keçməyə hazır olmaqla müharibə səhnələrində o Həzrətin hüzurunda hazır olmuşam. Mən olduğum cəbhələrdə qorxudan qəhrəmanların qıçları əsib, titrəyir qaçmağı qalmaqdan üstün və vacib sanırdılar. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yolunda olan hazırlığımla o Həzrətə demək olar ki, sözün əsl mənasında qardaşlıq etdim. Allah isə məni bu müvəffəqiyyətimə görə əziz sandı. Peyğəmbərin başı sinəm üstündə olduğu zaman ruhu bədənindən uçub qəlbi həmişəlik dayandı. Bu zaman əlimi üzünə çəkdim. Həzrətin bədəninə qüsl verdiyim zaman bu işdə mələklər də mənə kömək edirdilər. Onun vəfatı ilə əlaqədar hətta evinin qapısı və divarları belə nalə və fəryada gəlmişdilər. Mələklər dəstə-dəstə yerə enib göyə qalxmaqda idilər, və mənim qulaqlarım onların Həzrətə qıldıqları namazın ahəstə səsindən dolmuşdu, o vaxta qədər ki, onu torpağa tapşırdım. İndi deyin görüm, kim Peyğəmbərə həm diriliyində həm də rehlətindən sonra daha yaxın və layiqli idi. (Buna görə də mən onun xəttində hərəkət edir, o Həzrətin yolunu davam etdirirəm). Uzaq görənlik və ağlınızla cihada sarı hərəkət edin. Öz niyyətinizi əməl və cihad yolunda mübarizə etməklə doğruldun!
“And olsun tək Allaha, mən haqq yolundayam, lakin onlar (müxaliflər) yollarını azaraq batil uçuruma yuvarlanacaqlar. Özümə və sizə Allahdan bağışlanmağımızı arzu edirəm.”
ALTMIŞ SƏKKİZİNCİ HEKAYƏT
Dostları ilə paylaş: |