Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bəzi vaxtlar öz yoldaşlarına buyurururdu:
“Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.” mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarıın birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:
Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs”uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi.
O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olması üzündən sərgərdanlıq bataqlığında batdılar.
Malik Əştər Əli (əleyhissalam) tərəfindən Misirin valisi təyin edilmişdi, Misirə sarı getdiyi zaman Müaviyənin məxfi muzduru tərəfindən zəhərli bal ilə şəhadətə çatdı. Bu böyük insanın şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdıqda o Həzrət buyurdu:
“Malik?! Malik kim idi? And ola Allaha, əgər dağ idisə yeganə və yüksək bir dağ idi. Əgər daş idisə elə möhkəm və hündür idi ki, heç kəs onun ətəyinə çatmazdı və heç bir yüksəyə uçan quş belə onun göylərə ucalmış zirvəsində qanad çala bilməzdi.”
YETMİŞ DOQQUZUNCU HEKAYƏT
Abdullah ibni Əsvəd Əli (əleyhissalam)-ın şiələrindən və silahdaşlarından idi. Baxmayaraq ki, atası və əmisi Bədr müharibə-sində şirk ordusunun tərəfdarı idilər və elə o müharibədə öldürüldülər. Babası Əsvəd Peyğəmbəri istehza edənlərdən biri idi, lakin özü Əli (əleyhissalam)-ın xəttində hərəkət edən və onun yolunu qəbul edənlərdən sayılır-dı. Bir gün o beytül-maldan öz haqqından artıq istəyib xəyal etdi ki, Əli (əleyhissalam)-a yaxın olması xatirinə o Həzrət onu başqalarından üstün tutar, amma İmam onun istəyinin cavabında buyurdu:
“Bu sərvət nə mənim, nə də sənidir. Əksinə müharibə qənimətlərindəndir ki, müsəlmanlar onu öz qılıncları ilə ələ gətiriblər. Əgər sən onlarla yoldaş olsaydın, onlar qədər payın var idi, yoxsa onların ələ gətirdikləri özgəsinin ağzına yem olmayacaqdı.”
Yuxarıdakı mövzunu nəzərdə tutmaqla aşağıdakı dastana diqqət edin:
Asim ibni Kuləyb atasından nəql edib dedi: Əli (əleyhissalam)-ın hüzurunda idim ki, İranın bir hissəsindən beytül-mal ünvanıyla bir qədər pul və başqa şeylər gətirmişdilər. Həzrət ayağa qalxıb onu bölmək qərarına gəldi. Camaat öz paylarını almaq üçün hücum etdilər. Həzrət qayda-qanuna riayət etmək üçün göstəriş verdi ki, Hail ünvanıyla malların ətrafına bir ip çəksinlər və camaat ipin o biri tərəfində dayansınlar Əli (əleyhissalam) özü də ipin içərisinə daxil oldu və əmr etdi ki, Yeddi qəbilənin rəisləri (o gün Kufədə sakin idilər) hazır olsunlar. Həzrət hər qəbilənin payını onların nümayəndələrinə verdi ki, hər nümayəndə o malları öz qəbilələrinin üzvləri arasında bərabər surətdə bölsünlər. İşin sonunda boşalmış qabların içərisində bir parça çörək qaldı.
Əli (əleyhissalam) buyurdu: “Həmin çörəyi yeddi hissəyə bölün və hər hissəsini bir qəbilənin payına əlavə edin.”
Başqa bir rəvayətə görə İmam Əli (əleyhissalam) müsəlmanların malını böldükdən sonra onun yerini süpürüb su səpirdi, sonra ağ və sarı pullara işarə ilə buyurdu:
“Ey ağ və qırmızı (yəni qızıl və gümüş) pullar, məndən başqasını aldadın.”
“Nəhcül-bəlağə”də 232-ci xütbəyə nəzər salaq:
Bir gün Əli (əleyhissalam)-ın yanına iki qadın gəldi. Onlardan biri ərəb, digəri isə azad olmuş kəniz idi. İmam bir neçə dirhəm və bir miqdar yeməyi eyni bərabərdə onlara verdi. Bunu görcək ərəb qadın etiraz etdi və dedi: Mən ərəbəm, bu qadın isə əcəmdəndir. Niyə mənə artıq vermədin? İmam (əleyhis-salam) buyurdu: “And olsun Allaha! Mən beytül-malın bölügüsündə İsmailin övladlarını İshaqın övladlarından üstün görmürəm.”22
Əllamə Məclisi yazır: “İmam Əli (əleyhissalam) İslam məntəqələrindən, xüsusilə Şamdan başqa bütün maddi dünyanı buraxmışdı. O bu məntəqələrdən yığılan beytül-malı bölüşdürdükdən sonra aşağıdakı şeri oxuyurdu:
“Bu mənim əl səliqəmdir və ən yaxşısı ortasındadır,
çünki hər bir canlının əli ağzına çatır.”
SƏKSƏNİNCİ HEKAYƏT
Dil–daxili qüvvƏnin nümayƏndƏsi
Co”dət ibni Hubəyrə Məxzuni Əli (əleyhis-salam)-ın bacısı oğlu, onun da anası Ümmü Hani idi. İmam Əli (əleyhissalam) hadisə-lərdən birində ondan məsciddə camaat qarşı-sında çıxış etməsini istədi. O, minbərə qalxdı, amma danışa bilmədi və sakit dayandıqdan sonra aşağı endi. Bu zaman İmam minbərə çıxıb edib buyurdu:
“Agah olun, dil insan bədəninin ətindən olan bir parçadır. Əgər bir insanın hazırlığı olmazsa, dili söz deməyə qadir deyildir və əgər hazırlığı olub azad olsa nitq ona möhlət verməz (ürəyi istəyəcək ki, söz danışsın). Biz söz hakimləriyik və onun damar və kökləri bizdə möhkəmlənibdir.”
Beləliklə İmam (əleyhissalam) demək istəyir ki, dil insan ürəyinin və batininin nümayəndəsidir. Əgər insan düzgün çıxış etmək istəsə, gərək əvvəlcə canını və ruhunu elm, mərifət və əməl ilə qüvvətləndirsin. Digər tərəfdən isə hazırlıqdan sonra gərək dilini qorusun çünki, dilin öz başına buraxılması böyük bir xətadır.
Sonra Həzrət nübüvvət sülaləsinin söz danışmaqda qüvvətli olmalarına və onların vücudlarının dərinliklərində kök atmasına, eləcə də onun bu ailəyə məxsus olmasına işarə etdi.
SƏKSƏN BİRİNCİ HEKAYƏT
Əli (Əleyhissalam) PeyğƏmbƏr sƏllƏllahu ƏLEYHi vƏ alihi vƏ sƏllƏmdƏn ayrIldIğI üÇün qƏmGindir
İmam Əli (əleyhissalam)-ın xüsusiyyət-lərindən biri də budur ki, Peyğəmbərin vəfatı vaxtı onun yatağının kənarında idi və o Həzrətin başı Əli (əleyhissalam)-ın sinəsi üstündə olduğu halda müqəddəs ruhu behiştə doğru yüksəldi. Əli (əleyhissalam) Peyğəmbəri kəfənə tutdu və ona namaz qılıb torpağa tapşırdı. İmam Əli (əleyhissalam) Peyğəmbərin müqəddəs cənazəsinə qüsl verdiyi zaman bir söz buyurdu ki, onun dözülməz qəmindən və mütəəssir olmasından xəbər verirdi. Həzrət orada can yandırıcı bir mətləbə işarə edib buyurdu:
“Ey Allahın elçisi! Atam və anam sənə qurban olsun, doğrudan da ilahi hökmlər və göylərin xəbərləri sənin getməyinlə kəsildi.
Sən yeganə əziz idin və sənin vəfatın, qəmin o qədər böyükdür ki, başqa müsibətlərə baş sağlığı verir. Sən elə bir şəxssən ki, bütün camaat sənin matəmində qəmgin və kədərlidirlər.”
“Ey Allahın Rəsulu! Əgər sən bizə səbri əmr etməsəydin, eləcə də bizi nalə və dözümsüzlükdən uzaqlaşdırmasaydın sənin matəmində göz yaşlarımızın bulağı quruyana kimi ağlardıq, doğrusu, əhəmiyyətsiz şeylərdir, amma həmişəlik can yandırıcı qəm və kədərlə nə etmək olar? Ölüm inkar edilməz və çarəsiz bir həqiqətdir?.”
“Atam və anam sənə fəda olsun, bizi pərvərigarının yanında yada sal və öz xatirində saxla.”
Başqa bir yerdə isə belə buyurur: “Səbr və hövsələ yaxşıdır, amma nə sənin nə də ki, sənin ayrılığına səbrim var. Sənin ayrılığının müsibəti çox ağırdır (və) səndən qabaq və səndən sonra hər müsibət kiçikdir” Əmirəl-möminin Əli (əleyhissalam)ın bu ibarə və danışıqlarından məlum olur ki, o Həzrət heç kəsin ayrılığında Allah elçisi səlləllahu əleyhi və alihi və səlləmin ayrılığı qədər kədərli olmamışdır. Hətta Əli (əleyhissalam) Həzrəti Zəhra (s.ə)-ın müqəddəs bədənini dəfn edərkən Peyğəmbərə xitab edib deyir:
“Sənin vəfat faciənlə qarşılaşdıqdan sonra mənə hər haqqa bir müsibət yetişsə (yenə də) kiçikdir.”
Bu sözlərlə Əli (əleyhissalam)ın Peyğəmbərə nə qədər bağlı olduğunu dərk edirik.
SƏKSƏN İKİNCİ HEKAYƏT
Dostları ilə paylaş: |