nağıllar” 144 səh. Nağıllar yaşlı nəsil tərəfindən dönə-dönə nəşr edilmişdir. Hətta, beşcildlik nəşri hazırlanmışdır. Nağıllara məhşur folklorşünas, professor Məmmədhüseyn Təhmasib geniş mündəricəli, dərin elmi əhəmiyyəti olan müqəddimə yazmışdır. Yazıçı-alim M.İbrahimov “Kəlilə və Dimnə” əsərinə yazdığı ön sözdə nağıllardakı möcüzələrə, fantaziyalara toxunmuşdur. Topladığımız nağılların mahiyyətinə toxunarkən ən çox bizi maraqlandıran folklorun, o cümlədən, nağıllların arxeologiyası olmuşdur. Bu kitabda cəm olan nağıllarla əsatirlərimizə, onun arxeologiyasına tam nail olmaq olmaz. Yaşımın səksən üçə çatmasına baxmayaraq, mən bunu işin başlanğıcı hesab edirəm. Yəqin ki, nağılların növbəti sayında ömür vəfa qılsa, biz buna nail olacağıq.