Keçəl İsmayıl və şeytan



Yüklə 0,52 Mb.
səhifə9/31
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#52713
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Həzrət Süleyman



qoca dünya
Həzrət Süleyman səfərdə olan zaman gözəl bir qızla tanış olur və ona nişanə olaraq bir üzük ba­ğış­layır. Deyir ki, qayıdanda mütləq sizinlə görü­şəcəyəm.

Qayıdanda baxıb görür ki, qızın oturduğu yer­də bir qoca qarı əyləşib. Salam verdi. Qarı onun sa­lamını aldı. Həzrət Süleyman qızın harada oldu­ğu­nu soruşdu. Qarı dedi:

- O burada deyil, nə sö­zün varsa de və ca­va­bını al.

Həzrət Süleyman dedi:

-İndi ki, belə oldu, o vaxt mən ona bir ədəd qızıl üzük bağışlamışdım. O üzüyü tap mənə ver.

Qoca qarı sandığı aç­­­­dı. Həzrət Süleyman baxıb gördü ki, onun üzü­yünə bənzər burada o qədər üzük var ki, öz üzü­yünü axtarıb tapa bil­mədi.

Qarı gülümsədi:

-Ey, Həzrət Süleyman, sən Həzrət Süley­man­sansa, mən də qoca dünyayam. Səni kimilərinin çoxunu yola salmışam.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin