Keep in mind the following three frequently used forms of feedback, which can be valuable to the recipient when used appropriately



Yüklə 14,19 Kb.
tarix25.05.2018
ölçüsü14,19 Kb.
#51466
növüTəhsil proqramı

Intel® Təhsil Proqramı

Əsas Kurs


Əks əlaqə təmin etmək üçün məsləhət və alətlər

Əks əlaqənin effektiv şəkildə təmin olunması və əldə edilməsi istənilən yaradıcı prosesin həlledici bir komponentidir. Yaxşı əks əlaqə həm onu verən, həm də əldə edən üçün faydalıdır, çünki burada öyrənənlər öz ideyalarını açıqlayır və suallara cavab verirlər.


Əks əlaqənin növləri

  1. Sorğu vermək və aydınlıq gətirmək: Əks əlaqənin bu növü deyilənin və ya göstərilənin sizin tərəfinizdən başa düşülməsini təmin edir və sizin irəli sürməli ola biləcəyiniz istənilən təkliflərə inamınızı artırır. Əlavə sorğu vermək və ya aydınlıq gətirmək üçün aşağıdakı nümunə sualları nəzərdən keçirin:

    • Sizin Təməl sualınız sizin layihəyə necə tətbiq olunur ?

    • Sizin dərsdə toxunulmuş ən mühüm standart hansıdır?

    • Şagirdlər öz layihələrini necə təşkil edəcəklər?




  1. Bitərəf cümlələrin işlənməsi: Bəzən öz dərsinizə başqasının gözü ilə baxmağınıza ehtiyac yaranır. Dərsə dalaraq bəzi detalları nəzərdən qaçırmaq asandır. Əks əlaqənin bu növünün neytral qalması mühümdür. Neytral cümlələrə dair aşağıdakı nümunələrə nəzər salın:

    • Sizin dərsə daxil olan məşğələlərin əksəriyyətinin burada sadalanan ikinci standartı əhatə etdiyini görürəm.

    • Şagirdlər, biri istisna olmaqla, bütün məşğələlərdə əməkdaşlıq zəminində işləyirlər.

    • Layihənin əsasən tədqiqat aparılmasından və hesabat yazılmasından ibarət olduğu görünür.




  1. Təkliflərin irəli sürülməsi: Dəyərli təkliflər vermək üçün hər fənn üzrə və hər sinif səviyyəsinə görə ekspert olmağınıza ehtiyac yoxdur. Əslində, hər hansı qərəzli fikirlərin bilməyərəkdən ötürülməsinə yol verməmək üçün bəzən ekspert olmamaq daha yaxşıdır. Dərsin effektiv planının hazırlanması və texnologiyanın tətbiqinin əsasında duran prinsiplər təkliflər irəli sürmək üçün hər kəsə ümumi bir baza təmin edir. Müəllimin öz həmkarına formativ qiymətləndirmədən istifadəni təklif etdiyi aşağıdakı nümunəyə baxın:

  • İlk məşğələdən öncə şagirdin ehtiyaclarının qiymətləndirilməsi onların əvvəlki təcrübələri üzərində düşünməsinə imkan yaradır və hal-hazırda öyrəndikləri ilə əlaqələndirmələrinə kömək edir.



Konstruktiv əks əlaqənin təmin olunması üçün ümumi qaydalar

  • Fikrinizi müsbət bir istiqamətə yönəldin. Dediklərinizi daim nə isə müsbət bir fikirlə başlamalı və mümkünsə, müsbət fikirlə bitirməlisiniz. Başlamaq üçün nümunə: Mən … ərzində doğrudan da çox şey öyrəndim… . Yaxud, Sizin necə …. bəyəndim.

  • Konstruktiv əks əlaqə qiymətləndirici deyil, daha çox məlumatlandırıcı xarakter daşıyır. Əks əlaqə qiymətləndirici olduqda, qəbul edən tərəf müdafiə olunmağa meyl edir. Mən görürəm… ifadəsi təsviridir. Məncə… ifadəsi isə qiymətləndirmə xarakterlidir.

  • Şərhlər ümumi deyil, daha çox səciyyəvi olmalıdır. İmkan daxilində misallar gətirin.

  • Əks əlaqədə əsas diqqət fərdin dəyişə bildiyi və arzu edilə bilən tədris və ya fəaliyyətə uyğun elementlərə yönəldilməlidir.

  • Əks əlaqə yalnız vaxtında təmin edildikdə effektiv olur. Mümkünsə, əks əlaqəni hadisədən dərhal sonra təmin edin.

  • Əks əlaqəni iki və ya üç əsas şərh verməklə məhdudlaşdırın.

Yoxlama alətlər panelindən istifadə edərək əks əlaqənin təmin olunması
Həm şagirdlər, həm də müəllimlər redaktə prosesinin qurulması zamanı mətn redaktə proqramındakı yoxlama alətlərindən istifadə edə bilərlər. Bu alətlər vasitəsilə, şagird və ya müəllimlər şərhləri, mətndə olan düzəlişləri asanlıqla daxil edə, mətn hissələrini rənglə göstərə, versiyaları yaddaşa verə və hətta redaktə olunmuş faylı birbaşa e-poçt mesajı kimi göndərə bilər. Yoxlama işi vaxt aparan gündəlik işdən daha çox, keyfiyyəti yaxşılaşdırmaq üçün çətin, həyəcan doğuran imkanlar deməkdir.
Yoxlama alətləri panelindən aşağıdakı məqsədlərlə istifadə edin:

  1. Sənədin faktiki məzmununu dəyişmədən müvafiq sahədə sual və ya şərhlərinizi, yaxud həvəsləndirmə və ya narahatlığınızı bildirmək üçün şərhlər daxil ermək.



  2. Vurğulamaq məqsədilə sözləri nəzərə çarpdırmaq.




  1. Etdiyiniz redaktələrin başqaları tərəfindən görülməsi üçün mətndəki düzəlişlərin göstərmək. Bu cəhət sizin mövcud sənədə etdiyiniz bütün redaktələri göstərə və sizin təklif etdiyiniz dəyişikliklərin başqa nəzarətçi tərəfindən qəbul və ya rədd edilməsinə imkan yarada bilər.

Yoxlama alətləri panelindən istifadə zamanı yardım üçün bax: Intel® Təhsil Köməkçi Təlimat, Mətn redaktə qrupu 11: Sənədlərin yoxlanması.




Müəllif hüququ © 2008 Intel Korporasiyası. Bütün hüquqları qorunur.



Yüklə 14,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin