- Bəs nədən bezirsiz?
- İnsanın kiçik düşməyindən,xırdalanmağından-yalandan,laqeydlikdən, haqsızlıqdan. Nədənsə bezmək bir az da əhvala bağlıdır. İsti hava adamı bezdirir,amma Bakı, ya başqa bir qarış torpağım məni bezdirmir. Mən problemlərə görə bu yurdu, bu vətəni qınayanları başa düşmürəm. Azərbaycanın, Bakının dili olub danışsaydı, “sizdən bezmişəm”deyərdi. Bakının havası həmişə bürkülü olub, isti olub. Amma indi bu sayı-hesabı olmayan tikililər Bakını boğur, küləyi çaşbaş edib. Bu qədər daşın içində havamı olar? Bu şüşələr var ha hər yerə vururlar, bunlar hamısı havaya ziyandı.
Dostları ilə paylaş: |