- Doğum gününz olacaq bu günlərdə. Nə hisslər yaşayırsız?
- Bakıda böyümüşəm, oxumuşam, yaşamışam. Təbiiki təsiri hiss olunmalıdır.
- Deyin yeniyetmə və gənclik illərində sizə çoxmu məktub yazılıb?
- Yaşa dolduqca doğum günlərinin gec olmasını, unudulmasını istəyirsən. Qocalmaq istəmir adam. Elə adamlar var ki, deyirlər yaşımla fəxr edirəm-filan.Qocalıq gözəldi. Yox, mən elə deyiləm. Heç istəmirəm yaşımı soruşsunlar. Qocalıq da elə qocalıqdı.Nəyi gözəldi?
- İndi necə? Heç məşhur bir mahnıda deyildiyi kimi məktub yazıb bağışlanmağını istəyənlər olubmu?
-Hələ məktəb illərində ilk sevgi məktubu almışam. Çox yazılıb, etiraflar olub.
Elə ciddi günahı olan biri olmayıb ki, bağışlanmasını istəsin. Sevgilər,etiraflar və hörmət olub. Amma “nə vaxtsa sizi incitmişəmsə məni bağışlayın”kimi mesajlar almışam.
- Kəmalə xamım, bu isti yay havasında ədəbi aləmdə vəziyyət sizcə necədir? Bürkü,
-Boğanaqdı. Söz var,yaradıcılıq var, istedadlı nəsil var. Amma çoxu işsiz,evsiz... Bilirsiz, mən hay-həşir salan deyiləm. Amma bu yaxında bir status paylaşmışdım: “Deyirlər, AYB-nin 1500-dən çox üzvü var. Amma elə bil AYB-nin 15 üzvü var”- qısaca deyirəm. Hər yerdə eyni adamlar. Cavanlar danışanda qınayanlar çox olur, amma haqlıdılar. Niyə Mövlud kimi istedalı gənc intihar etməlidir? Ya Mahmud ölməlidir? Dözmürlər. Rəşad Məcid dəstək olmağa çalışsa da, kifayət deyil. İllərdi prezident təqaüdü var. İllərdi düşünürəm ki, daha çox ehtiyacı olanlar var. Amma elə adamlara verirlər ki, heç o pula ehtiyacı yoxdur. Axı bu təqaüd hansısa xüsusi əsərə, yazıya görə verilmir. Bu yazarların maddi vəziyyətinə dəstək kimi təsis olunub. Nə bilim, nə deyim? Əgər mən də danışıramsa, deməli boğanaqdı.
Dostları ilə paylaş: |