- Bilirsiz, bir dəfə müəllimə yoldaşımla AYB-yə getdim. Xanım elə bilirdi ən möhtəşəm yerdədi. Ona elə gəlir yazıçılar ən ədalətli, ən ağıllı,ən dürüst, yəni fərqlidilər.Tərif çıxsa da, məni tanıyır yaxından: yalan danışmayan, haqqın yanında,ədalətli kimi. Yəni kənardan çoxu belə düşünür. Bu mühiti yaratmaq lazımdır. Gənclərə,cavanlara daha həssas yanaşmaq, istedadlara dəstək olmaq lazımdır. Azərbaycanın Yazıçılar Birliyi olmaq lazımdır.
- Biz sizə uğur, ......arzulayırıq. Siz özünüzə nə arzulayardınız?
- Özümə də, hər kəsə də mənəvi və fiziki sağlamlıq arzulayıram. Sizə də mənə oxucularla söhbətləşmək imkanı verdiyinizə görə təşəkkür edirəm.