1.
2.
3.
4
5.
6.
7
- Kəmalə xanım iyul ayı sizin üçün nə ilə fərqlənir?
-Xoş gördük Faiq bəy.Bu isti günlərdə oxucularımızla belə isti görüş üçün təşəkkür edirəm . Özü də “mənim ayım”da. Yəqin hamı üçün dünyaya gəldiyi gün, ay fərqlidi-mənim ayım deyirsən. Nədənsə həmişə valideynlərimi, onların gəncliyini, sevgisini xatırlayıram.
- Nədənsə bu isti yay havasında sizin mahnılarınız daha çox tada düşür. Bakı yay aylarında istisi ilə adamı bezdirmir, əksinə bu dünyanı nağıl bilirik.
-Bir neçə gün öncə Mərdəkanda idim. Bakı küləyi gecəni “Bakı haqqında nağıl”a bürümüşdü. Xoş duyğu idi. Öz - özümə düşündüm ki, mahnını vurğunluqla dinləyənlər bilmir ki, müəlliflərdən biri eyvandan Xəzərə baxır. Bizim mahnılar gözəldirlər, ona görə həmişə yada düşür.
- Yaradıcılığınıza keçmək üçün körpü salmaq istədim. Nə yazırsız, nədən yazırsız?
- Əslində çox şeydən yazıram və yazmaq istəyirəm. Yeni şeirlər, yeni publisitik yazılar, hekayələr . Bütöv Azərbaycan istəyirəm. Son şeirlərim bu haqdadır:
Bir az bənövşə kimi kol dibində qalmışam,
Bir az İrəvan kimi böynubükük olmuşam...
İtən bir iz kimiyəm,axtarıb tapmaq olmur.
Bir az Təbriz kimiyəm, gedirsən çatmaq olmur.
Şüşə kimiyəm bir az, sınıram,dağılıram,.
Şuşa kimiyəm bir az özümdə boğuluram.
Bir-neçə bəndin yazdım.
Dostları ilə paylaş: |