Kəmiyyət ölçüləri və çəkilər üzrə Baş Konfrans (KÖÇBK) tərəfindən qəbul olunan Beynəlxalq Vahidlər Sisteminin (Sİ) kəmiyyət vahidləri



Yüklə 0,64 Mb.
səhifə4/7
tarix04.01.2022
ölçüsü0,64 Mb.
#52911
1   2   3   4   5   6   7
Апаратын рящбяри А. Щажыйев

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2011-ci il 3 fevral

tarixli 23 nömrəli qərarı ilə



təsdiq edilmişdir

Kəmiyyət vahidlərinin adları, işarələri, yazılışı, həmçinin Azərbaycan Respublikasının ərazisində onların tətbiq edilməsi

Q A Y D A L A R I



1. Ümumi müddəa
Bu Qaydalar “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən hazırlanmışdır və kəmiyyət vahidlərinin adları, işarələri, yazılışı və Azərbaycan Respublikası ərazisində onların tətbiq edilməsi qaydalarını müəyyən edir.

        1. Kəmiyyət vahidlərinin adları və işarələri

Beynəlxalq Vahidlər Sisteminin (Sİ) əsas kəmiyyət vahidlərinin, adları və işarələri Sİ-nin əsas kəmiyyət vahidlərinin adlarından və işarələrindən istifadə edilməklə yaradılan Sİ-nin törəmə vahidlərinin, xüsusi adlara və işarələrə malik Sİ-nin törəmə vahidlərinin, adları və işarələri xüsusi adlardan və işarələrdən istifadə edilməklə əmələ gətirilən Sİ-nin törəmə vahidlərinin adları və işarələri bu qərarın 1 nömrəli əlavəsində (1-4 nömrəli cədvəllər), Sİ-nin vahidləri ilə bərabər tətbiqinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidlərinin, bəzi nisbi və loqarifmik kəmiyyət vahidlərinin, informasiya miqdarı vahidlərinin adları və işarələri bu qərarın 2 nömrəli əlavəsində (1-3 nömrəli cədvəllər), müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidlərinin adları və işarələri bu qərarın 3 nömrəli əlavəsində, kəmiyyətlərin şərti şkalalar (Brinellin, Vikkersin, Rokvellin və Super-Rokvellin bərklik şkalaları, hidrogen ionlarının aktivlik şkalası (pH) və digər şkalalar) üzrə qiymətləndirilən şərti vahidlərinin adları və işarələri isə bu qərarın 4 nömrəli əlavəsində göstərilmişdir.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin