Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр



Yüklə 1,53 Mb.
səhifə62/76
tarix04.01.2022
ölçüsü1,53 Mb.
#56892
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

Ərdən maddi təmənna


Qadının öz ərindən təmənnalarından biri də maddi təmənnadır. Şübhəsiz ki, qadının dolanışıq xərcləri ərin öhdəsinədir. Kişi qadının şə`ni, öz imkanları ölçüsündə qadına həyat şəraiti yaratmalıdır. Onun həm rahatlığı tə`min olunmalı, həm də şəxsiyyəti qorunmalıdır. Təəssüf ki, bu sahədə də bə`zən orta hədd gözlənilmir, qadının təmənnaları ailənin və ərin imkanlarından çox-çox yuxarı olur.

Ailələrdəki durumun araşdırması göstərir ki, ərlə arvad arasındakı bir çox problemlərin səbəbi maddiyyatdır.

İslami rəvayətlərdə kişilərə tövsiyə olunur ki, imkanları daxilində qadının rifah və asayişini tə`min etsinlər. İmkanı olduğu halda ailənin ehtiyaclarını tə`min etməyən kişidə bir növ xəsislik görünür. Onlar unudurlar ki, var-dövlət ailənin ehtiyaclarının ödənməsi, şəxsiyyətin qorunması, xeyir işlər yolunda sərf olunduqda fayda verir. Əgər imkanlar sadalanan istiqamətdə yönəlməsə, onların heç bir dəyəri yoxdur. Rəvayətlərdə tövsiyə olunur ki, Allah sizin var-dövlətinizə bərəkət verdikdə siz də həmin artıma uyğun olaraq ailə-övladınızın şəraitini genişləndirin, açıq əl və ürəklə onların ehtiyaclarını tə`min edin.

Bundan əlavə, kişi ailə ehtiyaclarının tə`mini üçün öz fəaliyyət dairəsini genişləndirməlidir. Bu yolla ailənin üzləşdiyi maddi problemlər aradan qaldırılmalıdır. Bə`zi kişilər ailə-övladın ehtiyaclarını tə`min etmək üçün lazımınca çalışmırlar. Bu səbəbdən onlar öz fəaliyyətlərini genişləndirməyə cəhd göstərmirlər.

Başqa bir tərəfdən, dini rəvayətlərdə qadınlardan istənilir ki, həyat yoldaşlarının imkanlarını nəzərə alsınlar. Qadın həddi aşan istəklərdən çəkinməlidir. Təəssüf ki, bə`zi qadınlar bu məsələyə biganədirlər. Onlar öz xoşbəxtliklərini yalnız maddiyyatda axtarırlar. Belə qadınların təmənnasının həddi-hüdudu yoxdur, onlar hər gün yeni bir istəklə ərlərinə üz tuturlar. Belə qadınlar nə ərin imkanlarını, nə gələcəyi və nə də ailənin məsləhətini nəzərə alırlar. Onlar öz istəkləri üzərində möhkəm dayanıb tə`kid edir, müsbət cavab almadıqda ailə mühitini zəhərləyirlər. Belə qadınların itirdiyi ilkin şey ailə həyatındakı xoşbəxtlik hissləridir.

Bə`zi qadınlar maddi istəklərin gerçəkləşməsi üçün o qədər sə`y göstərirlər ki, sanki pul xərcləmək üçün yaranmışlar. Ağır xərcli, adətən, bu kimi səriştəsiz qadınlar ailə iqtisadiyyatını ağır yükləyirlər. V. Dorantın tə`birincə: “Ər məcburdur ki, can qoyub, əsəb çürütsün, acı da olsa, qadına bir qul olduğunu qəbul etsin.”1 Bu hal dəbdəbəli həyat keçirən kübar ailələrdə daha çox müşahidə olunur. Belə ailələrin bərbəzək geyim, əyləncə xərcləri ağılsız həddədir və üzücüdür. Adətən, belə ailələrdə həqiqi xoşbəxtlikdən əsər-əlamət olmur.

Xoşbəxtlik var-dövlətdə, bər-bəzəkdə, güc və məqamda yox, eşq və aramlıqdadır.

Bu zümrədən olanlar elə bir yol tutmuşlar ki, bu yol onları daim aramlıqdan, xoşbəxtlik və həzdən uzaqlaşdırır.

Aşağı və ya orta imkana malik bir çox ailələr qənaət və şükür səbəbindən olduqca xoşbəxtdirlər. Bu xoşbəxtlik kübar ailələrin dəbdəbəli saraylarda , ağır xərcli qonaqlıqlarda və səfərlərdə axtardıqları xoşbəxtlikdir. Onlar heç vəchlə bu xoşbəxtliyi əldə edə bilmirlər. Elə bu səbəbdən də qəm-qüssə, əxlaqsızlıq, boşanma kimi bir çox psixoloji və ictimai problemlərlə üzbəüzdürlər.

Çox təəssüf ki, orta təbəqədən olan bə`zi qadınlar kübar zümrəni özü üçün ideal götürür və min bir əzab-əziyyətlə onlarla bir cərgədə dayanmağa sə`y göstərirlər. Onların imkanları kübar imkanlarla uzlaşmadığından üzüntüyə düçar olur, ailə həyatını özləri və ailələri üçün zəhərə döndərirlər. (Bu qadın zümrəsi ölkəmizə qərb mədəniyyətinin töhfəsidir. Xüsusi ilə ikinci dünya müharibəsindən sonra qərbə təqlidçilik cərəyanı gücləndi və cəmiyyətdə qərbpərəst bir zümrə formalaşdı.)

Bu tip qadınlar anlamalıdırlar ki, ailə xoşbəxtliyi bərbəzəkdən, dəbdəbəli həyatdan asılı deyil. İnsanın xoşbəxtliyi hər şeydən öncə onun ruhundan və qəlbindən asılıdır. Ruhunda və qəlbində aramlıq olmayan insan nə qədər dəbdəbəli yaşasa da, həyatdan ləzzət almır. İnsan onu addım-addım bədbəxtliyə aparan yol seçməməlidir. Bu yolun sonunda üzüntü və bədbəxtlikdən başqa bir şey yoxdur. Düşünməliyik ki, həyatdan nə istəyirik? Başqaları ilə dəbdəbə yarışına girmək bizi xoşbəxtliyə aparırmı? Axı imkanlar fərqlidirsə, bu yarışda hansı səmərə ola bilər?! Hər birimiz ixtiyarımızda olan imkanları nəzərə alaraq, proqram hazırlamalı, imkanca bizdən yuxarı olanlarla rəqabətə girməməliyik. İnadkar, tələbkar qadınlarla yanaşı şəxsiyyətli, düşüncəli qadınlar da var. Onlar ailənin iqtisadi mənbələrini hifz edir, israfdan çəkinir, ailənin imkan çərçivəsindən kənar addım atmırlar. Xoşbəxtlikdən bu növ qadınlar cəmiyyətimizdə kifayət qədərdir. Onlar hər zaman həyat yoldaşları ilə çiyin-çiyinə ailənin gələcək həyatı üçün proqram cızırlar. Yaxşı olar ki, ata-analar öz qızlarını ər evinə yola salmazdan öncə onları bə`zi həqiqətlərlə tanış etsinlər.

Xoşbəxtlik çox pul xərcləməkdə, ölçüsüz arzularda, azğın istəklərdə yox, həyat yoldaşı ilə qəlb bağlılığında, təkamül və yüksəlişə doğru sə`ydədir.

Bu xoşbəxtliyi qiymətli libaslara, bər-bəzəyə satmaq olmaz. Qızlar öz analarının ağuşunda bu böyük dərsi yetərincə öyrənməlidir.

Bu məqamda həzrət Fatiməni (s) bir ideal kimi xatırlamaq yerinə düşər. Bu xanımın fəzilət və təqva dolu həyatının qadınlarımıza ilham verəcəyinə ümid bəsləyirik. Həzrət Fatimənin (s) öz həyat yoldaşı, Həzrət Əliyə (ə) xitabən söylədiyi dəyərli bir kəlamı ilə sözlərimizi zinətləndiririk. Xanım buyurmuşdur: “Ya Əli! Mən öz Rəbbimdən həya edirəm ki, səndən imkanın çatmayan bir şey istəyəm.”1



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin