Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр


İşləyən qadınlarla bağlı bə`zi nöqtələr



Yüklə 1,53 Mb.
səhifə66/76
tarix04.01.2022
ölçüsü1,53 Mb.
#56892
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

İşləyən qadınlarla bağlı bə`zi nöqtələr


1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın ailə büdcəsinin bir hissəsini tə`min edir. Demək, ev işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər qadın gücündən artıq yüklənərsə onun psixoloji durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm də ailənin problemidir. Nəzərdə tutulan halda ər və övladlar ev işlərində qadına kömək göstərməlidir.

Təəssüf ki, bə`zən təqaüdə çıxmış, yetərincə boş vaxtı olan kişilər adət-ən`ənə prizmasından «ayıbdır» deyə qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar səmavi tə`limlərə tam ziddir. İslam dini ev işlərini, hətta körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki, qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə edilməməlidir.

İslami tə`limlər baxımından kişinin evdə iş görməsi bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük günahlarının bağışlanması ilə nəticələnir.

İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur.

Bizim dini adət-ən`ənələrimizdə də qeyd olunur ki, kişi öz imkan və gücü həddində ev işlərində iştirak etməlidir.

2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan bə`ziləri ictimai faydalı işlərlə məşğul olub ailə iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz. Belələri adətən qadın üçün münasib olmayan yerlərdə çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar:

Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən verməməlidir. (Təəssüf ki, bə`ziləri yeni mədəniyyətin müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir həqiqətdir.)

3. Bə`zi qadınlar ev işlərini özləri üçün əskiklik sayır, onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan, övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür. Əslində isə:

Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə, hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki evin dam-divarı canlıdır və bütün bunlara ruhən bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu” kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır. Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı görünmür, öz ailə övladına can-başla qulluq edir.

İkincisi, səmavi tə`limlər baxımından ev işləri, övlad tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı qulluqdadır.”1

Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir qurtum su verməsi onun üçün bir ilin ibadətindən üstündür.”2 Qadın evdarlığının böyük dəyərə malik olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər, həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik, amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət (s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən bütün qadınlara e`lan et ki, sizin ərə yaxşı qulluq etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı qədərdir.”

Demək, evdar qadınlar bilməlidirlər ki, onların gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı evdarlıqla məşğul olan kişilər onları lazımınca dəyərləndirməlidirlər. Evdarlıq əhəmiyyətsiz sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır. (Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar. Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı, öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək, müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı əyləncədir, Allah işsiz bəndəni sevmir.”



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin