Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр


Cinsi ehtiyacların tə`min olunmasının əhəmiyyəti



Yüklə 1,53 Mb.
səhifə69/76
tarix04.01.2022
ölçüsü1,53 Mb.
#56892
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

Cinsi ehtiyacların tə`min olunmasının əhəmiyyəti


İzdivac yolu ilə tə`min olunası ehtiyaclardan biri də cinsi ehtiyacdır. Yaxınlıq ehtiyacı ailə həyatının əsas ehtiyaclarındandır. Çünki bəşər nəslinin davamı bu ehtiyacın tə`min olunmasından asılıdır. Bu ehtiyac o qədər güclüdür ki, bütün problemlərə baxmayaraq, insan ailə həyatına can atır.

Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət yaxınlıqdan duyulan ləzzətdir.1 Bu, sadə bir meyl deyil. Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu meylin başqa meyllərlə qatışması ona tamam başqa bir mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla tə`min olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar. Bu meyl ailə həyatı çərçivəsində tə`min olunmalıdır. Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də bu məsələdir.

Bə`ziləri bu meyli çirkin saymış, onunla mübarizə aparmışlar. Amma islami tə`limlər baxımından bu meyl nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu istək ailə çərçivəsində tə`min olunduqda müqəddəs bir iş olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa, o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı tərəfin fiziki və ruhi tə`mini üçün çalışmalıdır.

Bə`zən məhz bu ehtiyacın ödənməməsi müştərək həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı vəzifələrdən xəbərsizliyi onların bu yaxınlıqdan lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan sonra elmi mənbələrdən lazımi mə`lumatlar əldə etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar olar. Bə`zən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa, iş bu yerə gəlib çatmaz. İslami tə`limlərdə uyğun məsələ ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən xəbərdar olması zəruridir.

Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu meylin tə`minində ifratçılıq həyat qüvvəsini azaldır, insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam tə`limlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar.1


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin