Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр



Yüklə 1,53 Mb.
səhifə47/76
tarix04.01.2022
ölçüsü1,53 Mb.
#56892
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

Höcətləşmədən çəkinək


Başqaları ilə rabitədə, xüsusi ilə ailə münasibətlərində höcətləşmələrdən çəkinmək lazımdır. Bu sayaq tünd mübahisələrin olduqca böyük mənfi tə`sirləri olur. Hətta bu söhbətlər nəticəsində insanlar bir-birindən inciyir, ayrılır. Onu da qeyd etmək lazımdır ki, bu sayaq çəkişmələrin əksəri insanın dünya və axirəti üçün faydası olmayan məsələlər mövzusundadır. Çox vaxt görürük ki, qadın və ya kişi öz fikrini bildirib. Onu başqalarına qəbul etdirmək istəyir. Qarşı tərəf isə ona qarşı çıxaraq müqavimət göstərir. Məhz bu məqamda hücum və müdafiə əhatəsi genişlənir və iş savaşla nəticələnir.

Bə`ziləri umurlar ki, bütün hallarda onlar haqlı sayılmalıdır. Onlar öz müddəalarını nə üçün-niyəsiz qarşı tərəfə qəbul etdirmək istəyirlər. Əlbəttə ki, belə bir istək yersiz qürurdan qaynaqlanır. Bə`ziləri də öz yanlış və ya düz müddəalarını istənilən bir vasitə ilə başqalarına qəbul etdirməyə çalışır və qarşı tərəfin deyilənləri qəbul etməsini onun üçün vəzifə sayır. Belələrində məntiqi və aram söhbət hazırlığı olmur. Onlar tez qızışır, üsyankarlıq göstərirlər. Bə`ziləri də adət ediblər ki, hər deyilənə müxalif çıxsınlar. Guya qarşı tərəfin sözünü qəbul etmək təslimçilikdir. Belə bir düşüncə ilə inadkarlıq göstərib, qarşı tərəfin dediyi haqlı sözləri də inkar edirlər.

Təcrübədən mə`lum olur ki, əksər vaxt belə söhbətlərdə məqsəd haqqın yox, şəxsiyyətin qəbul etdirilməsi olur. Eqoistlik xəstəliyindən xəbərdar olanlar, bu çirkin sifətdən qoruna bilənlər bu sayaq mübahisələrdən çəkinirlər. Onlar hətta haqlı olduqları zaman səmərəsiz çəkişmələrə yol vermir, dartışmaya qatılmırlar. Onlar bilirlər ki, ilk addımda məqsəd haqqın sübutu olsa da, mübahisə gedişində haqqın yerini şəxsiyyət tuta bilər. Bu sayaq söhbətlərin arxasında, adətən, inadkarlıq və kin-küdurət dayanır.

Beləcə, əgər tərəflərdən biri inadkarlıq göstərirsə, qarşı tərəf onunla mübahisədən çəkinməli, söz sükutu ilə söhbətin davamına maraq göstərmədiyini anlatmalıdır. Hər birimiz öz zehnimizi islah etməli və unutmamalıyıq ki, bizim baxışımız yanlış da ola bilər. Axı insanın malik olduğu mə`lumatlar düzgün olmaya da bilər. Bütün deyilənləri nəzərə alaraq, mülayimliklə, məntiq əsasında söhbət aparmalı, inadkarlıqdan qaynaqlanan höcətləşmələrdən çəkinməliyik. Dini rəvayətlərdə bu mövzu ilə bağlı bir çox tövsiyələr var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan inadkar, düşmən axtaran kəsdir.” Həzrət Əli (ə) buyurur: “Düşmənçilikdən çəkinin bu (xüsusiyyət) qardaşların qəlbini xəstələndirir, nifaq cücərdir.”1



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin