Ailə təşkilində ilk mərhələ düzgün niyyət və məqsədlə addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə, məqsədlərimizə cavab verilməsidir.
Mövləvinin tə`birincə:
Əməlimiz nida, dünyamız bir dağ,
dağdan dönən bizi etmədə soraq. Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bə`zən bir niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki, insanın həyatında əhəmiyyətli iz qoyur. Ailə qurmaq da böyük və taleyüklü addım olduğundan öncədən düzgün niyyət və məqsəd üzərində qurulduqda zövcələrin xoşbəxtliyinə tə`sir göstərir. Bu səbəbdən də müqəddəs ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət, paklıq, Allahın razılığı yolunu seçməli, qərara gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının bütün mərhələrində Allahın razılığından savay umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi rəhmət və bərəkətdən bəhrələnəcək, Allah və`d etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə zövcələrin aramlıq tapması, onların həyat iztirablarından amanda qalmalarıdır.