Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр


Qadının başqaları üçün bəzənməsi



Yüklə 1,53 Mb.
səhifə71/76
tarix04.01.2022
ölçüsü1,53 Mb.
#56892
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   76

Qadının başqaları üçün bəzənməsi


Qadın ərinin hüzurunda bəzənməli olduğu kimi, biganə kişilərin qarşısında bəzənməkdən çəkinməlidir. Qadının biganələr üçün bəzənməsi dini baxımdan haramdır. Belə bir hərəkətin zərərlərindən biri budur ki, evdən bayıra çıxan kişiləri biganə qadınların gözəlliyi cəzb edir. Belə bir cazibə kişinin öz həyat yoldaşına əlaqəsini azaldır. Kişi özündən asılı olmayaraq həyat yoldaşını gördüyü gözəl qadınla müqayisə edir. Əlbəttə ki, heç bir qadın öz zahiri görkəmi ilə bütün qadınlara üstün gələ bilməz.

Qadının biganə kişilər önündə bəzənməsinin haram edilməsinin səbəbi ailə rabitələrinin qorunmasıdır. İslamın bu hökmündən qadınlar daha çox faydalanır.

Harada qadınlar bu şərtə əməl etmirlərsə, həmin cəmiyyətdə ailə qurumu süquta uğrayır. Çünki kişinin diqqətini öz həyat yoldaşından yayındıran istənilən bir amil zərərlidir. Prinsipcə, qadın və kişi ailə həyatı qurduqdan sonra biganələrə diqqət yetirməməlidir. Onlar bağladıqları əhd əsasında başqaları ilə maraqlanmamalı, günah şəraitindən çəkinməlidirlər. Yalnız bu şərtə əməl olunduqda ailə rabitələri güclü olur. Demək, kişi başqa qadınlara diqqət yetirməməli, qadın isə öz növbəsində başqa kişilərin diqqətini cəlb etməməlidir.

Qadının özünü göstərmək, biganə kişinin qəlbini ovlamaq üçün imkanı daha böyükdür. Bu imkan nəzarət altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir.

Belə bir sual yaranır ki, nə üçün bə`zi qadınlar hətta ərə getdikdən sonra öz gözəlliklərini nümayiş etdirmək istəyirlər? Mütləq bir qanun var ki, qadın kişidən gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb edir. Kişi isə qadının təslimçiliyinə nifrət bəslədiyi kimi, onun e`tinasızlığını qiymətləndirir.1 Kişinin ehtiyac və eşqi o zaman zirvə həddinə çatır ki, qadın ehtiyacsız, ciddi görünsün. Qadının mətanəti, gizliliyi, əlçatmazlığı kişinin məhəbbətini alovlandırır. Qadın təbiət e`tibarı ilə iffətlidir, bu iffəti itirdikdə isə birinci özünə zərər vurur. Daha sonra kişi və cəmiyyət zərər çəkir.2


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin