Təəssüf ki, bə`zi kişilər öz həyat yoldaşının gözəlliyini başqalarına göstərməyə daha çox meyillidir. Onlar kişilik simvolu olan qeyrətdən məhrumdur. Hansı ki, qeyrət ailə məkanını qorumaq üçün kişiyə verilmiş təbii hissdir. Kişidə belə bir fitri hiss var ki, namusunu başqalarından qorusun. Kişinin insani kamilliyi artdıqca qeyrəti da artır. Kişi o qədər kamilləşə bilər ki, yalnız öz həyat yoldaşını yox, bütün qadınları öz namusu saysın və kiminsə namusuna təcavüzlə razılaşmasın.
Qeyrət cəmiyyətin paklığına münasibətdə insani bir həssaslıqdır.
Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Qeyrətli insan heç vaxt zina etmir.” Digər tərəfdən, şəhvət hisslərini başına buraxan insanda iffət, təqva və əxlaqi keyfiyyətlər zəifləyir, qeyrət də sair kamilliklər kimi süquta uğrayır. Belə bir vaxtda kişi başqalarının onun qadınından ləzzət almasına adi baxır. Bə`zən isə belə bir haldan ləzzət alır.1
Dostları ilə paylaş: |