1.Giriş
İKA-nın Kənd yerlərinin maliyyələşməsi məqsədi, kənd yerlərində ailə təsərrüfatları, müəssisələr və fermer təsərrüfatları üçün bazar iqtisadiyyatı şəraitində kredit xidmətlərinin ümumi istifadəsini inkişaf etdirməkdir.
Təriflər
İcraçı Kredit Agentliyi
“İcraçı Kredit Agentliyi”(İKA) Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22 sentyabr 2005-ci il tarixdə 0105-P160-44009 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilən bank olmayan kredit təşkilatına milli və xarici valyutada məhdud bank əməliyyatlarının aparılması üçün xüsusi razılıq (lisenziya) Milli Bankın mərkəzi reyestrində 25 oktyabr 2002-ci il tarixində 132-QB sayla qeydə alınmışdır.
Kredit ittifaqı anlayışı
-
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
-
Üzvlərin qanunvericilikdə nəzərdə tutulmuş maliyyə xidmətləri ilə təmin edilməsi.
-
Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
Sub Borclular
Sub borclu İKA-dan cəlb olunmuş vəsait hesabına Kİ-dən borc alan Kİ-nin üzvüdür.
Sub kredit
Sub kredit Kİ-nin öz üzvünə İKA-dan cəlb olunmuş vəsait hesabına verdiyi kreditdir.
Kİ-nin Dayanıqlılığı
Azərbaycan Milli Bankının Prudensial Normalarına və həmçinin Azərbaycan Kredit İttifaqları Qanununa müvafiq olaraq, Kİ-nin öz fəaliyyətini və öz bacarığını nümayiş etdirməsi halında Kİ-nin dayanıqlı əməliyyatı olmağı nəzərdə tutulur. Eyni zamanda, Kİ öz maliyyə və əməliyyat xərclərini kompensasiya etməli və həmçinin kredit itkiləri üçün ehtiyatları yaratmalı, öz institusional kapital ehtiyatlarını qurmaqda davam etməlidir.
Prudensial normalar1
Prudensial normalar AMB-nin müəyyən etdiyi maliyyə normalarıdır.
İKA tərəfindən yaradılmış normalar
İKA vəsaitin alınması üçün Kİ tərəfindən yerinə yetiriləcək normalar və monitorinq parametrləri işləyib hazırlamışdır.. Bu normalar Bənd 6-da göstərilir.
Kredit İttifaqları haqqında Qanun3
Kredit İttifaqları haqqında Qanun Kredit İttifaqlarının fəaliyyəti üçün Azərbaycan Hökumətinin müəyyən etdiyi hüquqi-tənzimləyici çərivədir. Kredit İttifaqları haqqında Qanun Azərbaycan Respublikasında Kredit İttifaqlarının əməliyyatları və yaradılmasının iqtisadi, hüquqi və təşkilat prinsiplərini müəyyən edir.
Ümumi gəlir4
Ümumi gəlir - əməliyyat xərcləri kimi müəyyən olunur.
Təlimatın tərkib hissələri
Təlimat İKA-nın kredit siyasətinin minimum tələblərini və kredit əməliyyatını əhatə edir.
Təlimatda aşağıdakılara diqqət verilir:
-
İKA-nın Kredit siyasəti;
-
Kreditin təhlili;
-
İKA tərəfindən kreditin idarə edilməsi;
-
İKA-nın Kİ-yə kredit verməsi üzrə kredit sənədləri;
-
Kİ-lərə kredit verilməsi və qaytarılması;
-
Kİ-lərin monitorinqi;
-
Kreditin qaytarılmaması ilə əlaqədar proseduralar.
Təlimatın məqsədləri
Təlimatın məqsədləri aşağıdakılardır:
-
Kİ-lərə İKA-nın kredit siyasətini təqdim etmək;
-
Kİ-nin İKA-dan kredit alması üçün şərt və tələblərin icmalını vermək;
-
Kİ-dən alınan kredit müraciət formalarının təhlili, kredit idarə etməsi və monitorinqi üzrə İKA-nın prosedurlarının icmalını vermək;
-
Təlimatın istifadəçilərinə öz rol və məsuliyyətlərini dəqiq başa düşməyə kömək etmək;
Təlimatın istifadəçiləri
-
İKA-nın işçi heyəti və rəhbərliyi
Təlimatda dəyişikliklər
Bu Kredit Təlimatı İKA-nın Kredit Siyasətinin icmalını və onun borcvermə əməliyyatları üçün göstərişlər verir.
İKA Kredit Təlimatını yüksəltmək üçün mütəmadi olaraq təlimatı nəzərdən keçirib yeniləşdirəcəkdir.
Yeniləşdirilmiş təlimat İKA-nın təsisçiləri tərəfindən təsdiq olunandan sonra quvvəyə minəcəkdir.
2.Kredit İttifaqlarına Borcvermə üzrə İKA-nın Kredit Siyasəti
İKA-nın Kredit Siyasəti, kreditin verilib-yığılması fəaliyyətində sabitliyi təmin etmək, riskin öhdəsindən gəlmək və minimuma endirmək, kreditin düzgün idarəetməsi və portfel idarəetmə fəaliyyəti üzrə normaları təmin edir.
İKA-nın rəhbərliyi özünün kredit və borc siyasəti, onun həyata keçirilməsi, rəhbərlik edilməsi və prinsiplərin tərtibatı üzrə tam məsuliyyət daşıyır.
İKA maliyyə və iqtisadi cəhətdən sağlam Kİ-lərin kreditləşdirilməsini təmin etməlidir.
Bundan əlavə, İKA Kİ-lərə kreditvermə əməliyyatları üzrə aşağıdakı qanun və qaydalara uyğunluğu təmin etməlidir:
-
Azərbaycan Respublikasında quvvədə olan mövcud qanunvericiliyə;
-
AMB-nın normativ sənədləri;
-
İKA-nın daxili qaydaları.
Dostları ilə paylaş: |