Kİ-lərin İKA-dan kredit almaq üçün müvafiqlik meyarları
Kİ-nin yaradılması və fəaliyyəti “Kredit İttifaqları haqqında Azərbaycan Respublikasının Qanunu” və AMB-nın müəyyən etdiyi prudensial normalarla tənzimlənir. Kİ İKA-dan borc almaq üçün onun parametrlərinə üyğun olmalıdır.
-
“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu5
Kredit İttifaqı Qanunvericiliyə uyğun olaraq minimum 11 təsisçi, fiziki və/yaxud hüquqi şəxslər tərəfindən yaradılmalıdır2
-
Kİ Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmalı və AMB tərəfindən lisenziya verilməlidir.
AMB-nin müəyyən etdiyi prudensial normalar
Kİ məhdud məsuliyyətli bank olmayan təşkilat lisenziyasının saxlanması üçün minimum meyar kimi prudensial normaları daima yerinə yetirməlidir.
Kredit almaq üçün İKA-nın əlavə meyarları
Prudensial normalardan əlavə, İKA Kİ-nin İKA-dan kredit alması üçün digər normalar hazırlamışdır. İKA-nın tələbləri bənd 6.2.2-də təqdim olunur.
Kİ-yə kredit verilməsi üzrə əsas şərtlər Kreditin təyinatı
Kİ seqmenti üzrə verilən kredit investisiya və dövriyyə kapitalı məqsədi ilə işlədilə bilər, üzvlərə kredit, Kredit Komissiyasının təkliflərinə və Kİ İdarə Heyətinin nəticələnən qərarına əsaslanaraq verilə bilər.
Kİ üzvlərinə təklif olunnan sub kredit lahiyələri onların məşğul olduqları iqtisadi fəaliyyətlərdən və ondan gələn gəlirdən asılı olaraq həm təsərrüfat, həm də qeyri-təsərrüfat bölməsini əhatə edir. Kredit obyektləri müxtəlif ola bilər, hansı məqsədi maliyyələşdirmək Kİ-nin qərarından asılıdır.
Kİ-nin dəstəkləyəcəyi kredit məqsədlərinin nümunəvi siyahısı aşağıda verilib:
Sifarişçilər
|
Subkredit layihələri/Fəaliyyət sahələri
|
Kiçik fermerlər
| -
Tərəvəz daxil olmaqla mövsümi məhsul yetişdirmək
-
Meyvə ağaclarının becərilməsı
-
Toxumçuluq
-
Heyvandarlıq
-
Quşçuluq
-
Balıqçılıq
|
Kiçik ticarətçilər
| |
Xidmət təminatçıları
| -
Sifarişli və icarə xidmətləri, ambarlar
-
Təsərrüfat avadanlığının icarəsi
-
Ustanın muzdla tutulması
-
Təmir və xidmət avadanlığı
-
Nəqliyyat işi
|
Ixtisaslı işçilər
| -
Fərdi sənətkarlıq, xalçaçılıq
-
Kustarçılıq, xarratlıq, pendir/yağ istehsalı
|
Kənd istehsalçıları
| -
Kənd ərazisində xidmət və əmtəə istehsalçıları
-
İstehsal avadanlığının alınması\təmiri\ quraşdırılması\təchiz edilməsi
-
Kiçik manufaktura
-
Arıçılıq
|
Pərakəndə ticarətçilər
| |
Məbləğ və valyuta
Kİ-yə verilən məbləğ AMB-nın Prudensial Normalarına əsaslanmalıdır. Verilən və geri qaytarılan bütün kreditlər yerli valyuta -manatla olmalıdır.
Müddət
Kredit müddəti hər kredit tələb olunan biznes plana müvafiq olaraq müəyyən edilir. Kİ geri ödənilən vəsaiti İKA-nın hesabına 2 iş günü ərzində köçürülməlidir. Bu vəsaitlər Kİ tərəfindən üzvlərinə yenidən kredit verilməsi məqsədilə istifadə edilə bilməz. Kİ-lərin təsnifləşdirmələrindən asılı olaraq A kateqoriyasına aid edilmiş Kİ-lərə öz üzvlərinə yenidən kredit vermələrinə icazə veriləcəkdir. Kİ-lərin təsnifləşdirməsi 3-cü bənddə verilmişdir.
Faiz məzənnəsi
İKA-nın tətbiq edəcəyi faiz məzənnəsi bazar iqtisadiyyati və İKA-nın maliyyə vəziyyətinə əsaslanır. İKA-nın müxtəlif investorlar ilə bağlanmış müqavilələrinin şərtlərinə uyğun olaraq faiz məzənnəsini dəyişdirə bilər.
Verilmiş bütun kreditlərin faizi mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Kreditin verilməsi və qaytarılması əməliyyatlarında faizin hesablanması faktiki olaraq ödənilən gündən başlanır.
Faiz = əsas borc x günlərin sayı x faiz\360
Faiz gündəlik hesablanacaq və balansda göstəriləcək, lakin sifarişçilərlə imzalanmış kredit müqavilələrinə əsasən o aylıq, rüblük və ya qaytarma müddətindən əvvəl ödənilə bilər. Fəaliyyət sahəsindən asılı olaraq İKA-nın rəhbərliyi faizin qaytarılma vaxtını müəyyən edəcək.
Əgər kreditin geri qaytarılması hissə-hissə icra edilibsə, əvvəlcə müəyyən olunmuş cərimə, sonra faiz toplanacaq, qalan məbləğ isə əsas borcun qaytarılmasına sərf ediləcək.
Faiz məzənnəsində olan bütün dəyişikliklər yalnız yeni kreditlərə tətbiq ediləcək.
Cərimələr
Kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, Borcalan Borcverənə cari kredit faiz dərəcəsinin iki mislində (Cərimə Faizi) cərimə ödəməlidir. Cərimə faizinin hesablanmasının dayandırılması və ümidsiz kreditlərin silinməsi AMB-nin müvafiq qaydalarına əsasən aparılır.
Kreditin təminatı
Kİ-yə verilmiş bütün kreditlər təyinatından asılı olmayaraq girov ilə təmin edilməlidir.
Girov Azərbaycan Qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qeydiyyatından keçirilməlidir.
Kredit təminatının növü
Kİ aldığı krediti girov ilə təmin edəcəkdir.
Girovun qiymətləndirilməsi
Kİ tərəfindən təqdim edilən Girovun qiymətləndirilməsi İKA-nın məsul işçisi və ya bu proseduru həyata keçirmək üçün cəlb olunmuş müstəqil mütəxəssis (qiymətləndirmə şirkəti) tərəfindən aparılır. Qiymətləndirmə ilə bağlı bütün xərclər Borcalan tərəfindən ödənilir. Girov predmetinin dəyəri kredit məbləğinin ən azı 150%-ni təşkil etməlidir.
-
Girovun sığortası
Girov təminatı İKA-nın məqbul hesab etdiyi sığorta şirkəti tərəfindən sığortalanmalıdır.
-
Girovun azad edilməsi qaydaları
Kİ İKA qarşısında öhdəliyini -əsas borc, faiz borcu və cərimə (əgər varsa) tam yerinə yetirdikdən sonra girov qoyulmuş əmlak girovdan azad oluna bilər. Bununla bağlı Kİ İKA-ya müraciət etməlidir. Bu müraciət İKA-nın kredit şöbəsi və maliyyə şöbəsi tərəfindən araşdırıldıqdan sonra (borcun olmamasına dair) onlar bu barədə Baş Direktora məlumat verməlidir. Baş Direktorun qərarına əsasən Girovun azad olunması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunacaqdır.
Dostları ilə paylaş: |