6.Kreditin idarə olunması prosedurları -
Kİ-lərin kreditalma müvafiqliyinin təhlilinin məqsədi İKA-dan cəlb olunan vəsaitin maliyyə cəhətdən sağlam, idarəetmə üzrə lazımi daxili gücə malik olan Kİ-lərə verilməsinə əmin olmaqdır.
Kreditalan müvafiqliyin təhlili üçün tələblər təfsilatı ilə aşağıda təsvir olunur:
-
Kİ idarə olunması üçün lazımi bacarıqlara malikdir;
-
Kredit vermə konsepsiyası başa düşülür;
-
Kİ lazımi qaydada qeydiyyatdan keçirilmişdir və lisenziyalaşdırılmışdır;
-
İKA-nın Kredit Siyasətində tələb olunduğu kimi, minimum üzvləri və ödənilmiş kapitalı olmalıdır;
-
Kİ AMB-nin prudensial normalarına və İKA-nın müəyyən etdiyi tələblərə uyğun olaraq fəaliyyət göstərir;
-
Kİ əməliyyatlara hazırdır:
-
Təlim proqramlarında iştirak edib;
-
Ofis təşkil olunub;
-
Kİ-nin rəhbərliyi və işçi heyəti əməliyyat üçün hazırdır:
-
Kİ-nin işçi heyəti işə götürülüb;
-
İş bölgüsü həyata keçirilib;
-
Mühasibatlıq uçotu təşkil olunub və bank hesabları açılıb;
-
Rəhbərlik Kİ-nin fəaliyyəti üçün büdcə hazırlayıb.
-
Rəhbərlik əməliyyatın ilk 12 ayı üçün aylıq büdcəni və növbəti 3 il üçün büdcə planı hazırlayıb;
-
Kİ İKA-nın məğbul saydığı Əməliyyat təlimatında göstərilən kredit proseduralarına əməl edib;
-
Kİ-nin Kredit müracət forması/Ödəniş tələbi tam İKA-nın tələblərinə uyğun olaraq hazırlanıb;
Kİ-nin İKA-dan vəsait alması üzrə xüsusiyyətlər
AMB-nin müəyyən etdiyi Prudensial Normalar
Kİ daima AMB-nin normalarına uyğun fəaliyyət göstərməlidir. Əgər bu normaların biri və ya bir neçəsi yerinə yetirilməyibsə, Kİ-yə kredit verilməsi dərhal dayandırılacaqdır. Prudensial normalar Əlavə 1-də əhatə olunmuşdur.
-
Prudensial normalara əlavə İKA Kİ-nin minimum həcmi və likvidliyini idarə etməsinə aid əlavə 5 tələb hazırlamışdır.
Norma
|
Təsvir
|
İKA-nın tələbi
|
İKA 1
|
Əməliyyat dövrü
|
12 aydan çox olmalı
|
İKA 2
|
Nizamnamə kapitalı
|
20.000 manat
|
İKA 3
|
Kİ üzvlərinin sayı
|
>100
|
İKA 4
|
Üzvlərə verilən kreditin faiz məzənnəsi
|
>25%-la
|
İKA 5
|
Kİ-dən borcalanlar üçün Grovun tələb edilməsi
|
Kİ-nin əməliyyatların 1-ci ili – ən azı iki şəxsi zəmanət ilə üzvün pay kapitalının 4 misli.Əgər sub borcalan biznes plan ilə əsaslandırıldığı kimi daha yüksək kredit məbləğləri üçün (AMB-ın nizamnaməsinə görə, maksimum məbləği aşmamalıdır) müarciət etmişsə, artıq məbləğ maddi əmlakla təmin edilməlidir.
|
Növbəti illərdə – ən azı iki şəxsi zəmanət ilə üzvün pay kapitalının 5 misli. Əgər sub borcalan biznes plan ilə əsaslandırıldığı kimi daha yüksək kredit məbləğləri üçün ( AMB-ın nizamnaməsinə görə, maksimum məbləği aşmamalıdır) müarciət etmişsə, artıq məbləğ maddi əmlakla təmin edilməlidir.
|
Borcvermə Prosesi Ümumi Kreditvermə Prosesi
Kİ-lərə borcun verilməsi prosesi aşağıda təsvir olunmuşdur.
6.3.1.1 Kİ-nin İKA-ya müraciəti üçün tələb olunan sənəd və prosedurlar
Kİ öz fəaliyyətini maliyyələşdirmək məqsədilə İKA-ya kredit müraciəti etmək üçün ərizə blankını doldurur. Beləliklə, Kİ aşağıdakı sənədləri hazırlamalıdır:
İKA-dan ilk dəfə kredit alan Kredit İttifaqları üçün
-
İH sədrinin, Baş mühasibin və İH-nin üzvlərinin ali təhsilini təsdiq edən sənədlərin surəti,
-
Nizamnamənin surəti,
-
Təsis Müqaviləsinin surəti,
-
Təsis Protokolu surəti,
-
İdarə Heyəti və üzvlərin imza nümunələri,
-
Kredit İttifaqının VÖEN-inin surəti,
-
Kredit İttifaqının lisenziyasının surəti
-
Ədliyyə Nazirliyindən (Qeydiyyat )Şəhadətnaməsinin surəti,
-
Bankın adı və Bankın Hesab Nömrəsi,
-
Son müraciətdən sonra hər hansı dəyişiklik varsa, Kİ üzvlərinin yeniləşdirilmiş siyahısı,
-
Mənfəət/Zərər hesabatı, Balans və nəğd pul dövriyyəsi,
-
Kİ üçün doldurulmuş kredit müraciət forması,
-
İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlər üçün kredit müraciət forması,
-
İdarə Heyətinə Kredit Komitəsinin təklifi,
-
Fərdi üzvlər üçün Kİ tərəfindən verilən kredit qərarı (İdərə Heyətinin qərarı),
-
Kİ üzvlərinin pay kapitalının banka ödənilməsini təsdiq edən qəbz,
-
Təklif olunmuş girov üçün qanunveriçilikdə nəzərdə tutulduğu kimi rəsmiləşdirilmiş sənədlər paketi,
-
Təklif olunmuş girov üçün qiymətləndirmə formatı (Kİ və sub-borclular arasında)
İKA Kİ-dən alınan kredit müraciətlərini nömrələyir və qeydə alır, tələb olunan sənədlərin İKA-nın qaydalarına uyğunluğunu 2 (iki) iş günü ərzində yoxlayacaqdır.
Girov tətbiq edilirsə, İKA-nın məsul işçisi hər kredit üçün girovun qiymətləndirilməsini nəzərdən keçirəcəkdir (zaman müddəti 1 həftəyə qədərdir).
İKA tərəfindən kreditin qiymətləndirilməsi
Bu mərhələdə işin ardıcıllığı aşağıdakıları əhatə edəcəkdir:
-
İKA bütün kredit müraciətlərini sənədlərin daxil olduğu gün qeydə alacaqdır;
-
İKA-ya təqdim olunan bütün sənədlər Kredit və Monitorinq Şöbələri tərəfindən qiymətləndirilir. İKA-nın Kredit və Monitorinq Şöbələri bütün müraciət formaları İKA-nın tələbləri və AMB-nın prudensial normalarının tələbləri çərçivəsində olmasını yoxlayırlar (zaman müddəti 1 həftəyə qədərdir);
-
İKA-ya təqdim olunan girov sənədləri qiymətləndirildikdən sonra İKA-nın Hüquqşünasına təqdim edilir. Hüquqşunas təqdim olunmuş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır və Kredit Şöbəsinə rəy verir (zaman müddəti 1 gündür);
-
Bütün sənədləri təhlil edərək, Kredit Şöbəsi kreditin şərtlərini müəyyən edəcək və öz təklifini edib onları İKA-nın Baş direktoruna təqdim edəcəkdir (zaman müddəti müraciətlərin təhlili başa çatdıqdan sonra eyni gündür) ;
-
Baş direktor təqdim olunmuş sənədləri təhlil edir və əgər lazımdırsa, əlavə araşdırma üçün Kredit Şöbəsinə geri göndərir (zaman müddəti 1 gündür);
-
Əgər Baş Direktor sənədi təsdiqləmişdirsə, kredit şöbəsi kreditin ödənişinə, o cümlədən lazımi kredit sənədlərinin hazırlamasına başlayır (İKA və Kİ arasında müqavilələr);
-
Əgər rədd edilsə, İKA-nın Kredit Mütəxəssisi Kİ ilə əlaqə saxlayaraq İKA-dan vəsait alınması üçün qeyri müvafiq olan sahələri göstərəcəkdir.
-
Kredit Şöbəsi Kİ üçün təsdiq olunmuş kredit haqqında Maliyyə şöbəsinə məlumat verəcəkdir.
Dostları ilə paylaş: |