İKA tərəfindən kreditləşən sahə diqqətlə araşdırılmalı və veriləcək kreditin riski qabaqcadan müəyyənləşdirilməlidir. Bu səbəbdən, aşağıdakı risk amillərinə xüsusi diqqət verilməlidir:
Layihə riski
İKA müştərilərin təqdim etdiyi layihələri hərtərəfli olaraq araşdırmalı və qarşıya çıxa bilən riskləri minimum səviyyəyə endirməlidir. Odur ki, ləvazimatın çatdırılma və təmin edilməsi vaxtı, enerji təminatı mənbələri və s. müəyyənləşdirilməlidir.
Bazar və kommersiya riski
Bu risk amilini araşdırmaq üçün müştərinin bazar payı, daxil olduğu sektorun xüsusiyyətləri, ölkədəki və ətraf dövlətlərdəki siyasi və iqtisadi vəziyyət, mövcud valyuta kursları da təhlil olunmalıdır.
Bu risk araşdırılarkən istehsal üçün əldə ediləcək xammalın və iş gücünün təchizatı və mahiyyəti, mövcud bazar qiymətləri haqqında məlumatlar toplanmalı və yoxlanmalıdır.
İdarəetmə riski
Bu risk müasir texnologiyanın tələblərinə cavab verəcək iş yerlərinin olması, bazar şəraitində rəqabət edə bilmə səviyyəsi, işçilərin və rəhbərlərin peşə ixtisasları və nailiyyətlərinin təhlil edilməsindən ibarətdir.
Maliyyə riski
Bu risk ilkin olaraq müəssisənin balans və gəlir hesabatlarının təhlili nəticəsində müəyyən olunmalıdır. Burada kapital riskinə xüsusi diqqət yetirilməlidir. Belə ki,müəsisənin özünün lazımi vəsaitinin olmaması gələcəkdə layihənin hər hansı bir mərhələdə yarımçıq qalmasına səbəb ola bilər ki, bu da ümumilikdə, işin ahənginin pozulmasına və kreditin vaxtında ödənilməməsinə gətirib çıxara bilər. Maliyyə riskinin üç əsas komponentləri mövcuddur: 1) Maliyyə proqnozlaşdırması – Hər bir layihə üçün kredit mütəxəssisi layihəni əhatə edən müddət üçün pul dövriyyəsi proqnozunu planlaşdırmalıdır. Bu təhlil nəticəsində borca xidmət göstərilməsi üçün nə qədər sərbəst pul əldə ediləcəyi aydınlaşmalıdır. 2) Göstəricilərin o cümlədən, adekvat ehtiyyata malik olub olmamalarının, kredit portfelinin keyfiyyətinin, risklərin idarə edilməsinin, idarəçilik və əməliyyat təlimatlarında göstərilmiş siyasət və prosedurlara əməl edilib edilməməsinin, maliyyə göstəricilərinin və s. təhlili. 3) Qiymətləndirmə-təhlil zamanı toplanmış bütün faktlar layihənin yekun qiymətləndirilməsində nəzərə alınmalıdır. Qiymətləndirmənin üç perspektivi olmalıdır:
Borcluya fəaliyyətinin həyata keçirilməsinin inkişafında kömək etmə imkanları;
İKA üçün mənfəət.
Kredit riski
Bu risk çox diqqətlə təhlil olunmalıdır, belə ki kredit vəsaitlərindən maliyyələşəcək iş və əmtəələr təhlükəsiz olmalı və ətraf mühitin qorunması nəzərə alınmalıdır. Belə olmazsa, bu, bir tərəfdən ekologiyanın korlanmasına, digər tərəfdən isə dövlətin müvafiq qanunlarına görə əlavə xərclərə və kompensasiyalara səbəb ola bilər. Bu əlavə xərclər və öhdəliklər isə öz növbəsində, İKA-yə kreditin vaxtında ödənilməsi baxımından təhlükə yarada bilər, üstəlik, ətraf mühitə zərər vurulduğundan, təminatlı girovun da dəyəri əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Bu isə, girovun kredit məbləğini qarşılaya bilməməsinə gətirib çıxarar. Bu qəbildən olan risklərlə qarşılaşmamaq məqsədilə kredit verilməzdən əvvəl tədarük olunacaq avadanlıq və girov götürüləcək əmlaklar barədə onların ətraf mühit çirkləndirməməsini sübut edən şəhadətnamə tələb olunmalıdır.
Kredit sənədləri təhlil olunarkən xüsusi diqqət veriləcək aspektlər:
Öz vəsaitləri (kapital) və Müştərinin aktivləri - onun əmlakı və digər vəsaitləri
Sub-borcluların istehsal edəcəkləri məhsulların həcmi – Bütün görüləcək işlər Biznes plana daxil edilməlidir: əkin sahəsi, mal-qaranın sayı, tərəvəz, bağçaçılıq və s.
Mənfəət və zərər haqqında məlumat – Bu, müştərinin cəmi gəlirindən (kredit ərizəsində nəzərdə tutulan aktivlər, həyətyani sahənin məhsullarının satışı və göstərilən xidmətlər) istehsal xərclərini, qeyri-istehsal xərclərini, faiz xərclərini, vergilər və s. çıxmaqla hesablanır.
Kİ-nin krediti ödəmə qabiliyyəti - Borcalanın öz vəsaitinin borcun vaxtında ödənilməsi üçün kifayət etməsi, borc ödəmə qabiliyyətinin vəziyyəti, müəssisənin dövriyyə vəsaitlərinin onun ehtiyaclarını ödəyə bilməsi xüsusiyyətləri araşdırılacaq müştərinin krediti ödəmə qabiliyyəti yoxlanılır. Kredit verilən müştərilərin krediti ödəmə qabiliyyəti, obyektiv və subyektiv faktorları, maliyyə iqtisadi vəziyyəti, bütün potensial riskləri ilə birlikdə yoxlanaraq, müştərinin şəxsi keyfiyyətləri də nəzərə alınaraq müəyyənləşdirilməlidir.
5.İKA və Kİ-lərin məsuliyyətləri
İKA-nın məsuliyyətləri
İKA hər bir qeydiyyatdan keçmiş, lisenziya almış və İKA-nın tələblərinə uyğun olan Kİ-nin öz üzvlərinə kredit verməsi üçün Kredit Xətti ilə (KX) təmin edə bilər.
İKA, öz üzvlərinə kredit vermək üçün Kİ-yə verdiyi Kredit Xəttinə (KX) diqqətlə nəzarət edəcək;
İKA Kİ-lərin səmərəli fəaliyyətinə kənardan və yerlərdə təftiş/nəzarət vasitəsilə kömək edəcək.
Kİ-nin İdarə Heyətinin iclaslarında müşahidəçilər kimi iştirak edəcək;
Kredit Xəttinin/İKA-nın Kİ-yə cəlb olunmuş vəsaiti üzrə fəaliyyətinin monitorinqi;
Kİ-nin məsuliyyətləri
Kİ-lər üzvlərə krediti təmin edən əsas Yerli Maliyyə Vasitəçiləri olduğundan, aşağıdakılara cavabdeh olacaqlar:
Özünün kredit və maliyyə əməliyyatlarını öz əməliyyat və kredit təlimatlarına uyğun olaraq aparmalıdır. Həmin təlimatlar İKA-ya məqbul sənədlər olmalıdır.
Kİ-nin İH Sədri, baş mühasibi və İH digər üzvləri İKA tərəfindən təşkil olunmuş peşə imtahandan müvəffəqiyyətlə keçməlidirlər;
Borcluların və sub layihələrin müvafiqliyini yoxlamaq;
Prinsiplərə və sağlam kredit idarə etməsi təcrübəsinə uyğun olaraq kredit müraciət formalarını qiymətləndirmək və təsdiq etmək, kreditin qiymətləndirilməsi, təsdiqi, ödənilməsi və monitorinqi prosesi ərzində bütün krediti idarə etmə siyasətinə və prosedurlarına riayət olunmalıdır.
Kİ-nin verdiyi kreditin əsas və faiz borcunun vaxtında qaytarılması;
Kİ İKA-nın təmin etdiyi KX-nin səmərəli istifadəsi barədə monitorinq aparmalı və İKA-ya aylıq hesabat verməlidir;
Kredit vaxtında qaytarılmadıqda Kİ həmin borcludan kreditin əsas və faiz borcunun tamlığı ilə vaxt itirmədən qaytarılması üçün bütün səylərini əsirgəməyəcək;
Kİ-nin əməliyyatları üzrə daha səmərəli daxili nəzarətə malik olmaq üçün Təftiş və Audit sisteminin yaradılması;
Bütün hüquqi, inzibati sənədləri, kredit komissiyasının qərarlarını və mühasibatlıq üzrə kitabları istənilən vaxt təftiş və monitorinq üçün İKA-nın işçi heyətinın ixtiyarına vermək;
Kİ üzvlərinə məlumatın verilməsi ilə eyni zamanda İKA-ya müntəzəm və fövqəladə ümumi yığıncaqların tarixi, vaxtı, yeri barədə məlumat vermək və İKA nümayəndələrinin bu yığıncaqlarda müşahidəçi kimi iştirakına imkan yaratmaq.
Hər ilin aprel ayından gec olmayaraq İKA-ya məqbul hesab edilən auditi keçirməlidir və İKA-ya audit
rəyini təqdim etməlidir.
Müşahidə Şurası, İdarə Heyəti və Kredit Komissiyasının üzvləri özlərinin hərəkət və hərəkətsizliyinə görə Kİ-yə dəyən ziyan üçün Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.