Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin


Benefisiarların və BB-nin seçilməsi meyarları



Yüklə 267,79 Kb.
səhifə2/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
1   2   3   4   5   6   7   8

2.1 Benefisiarların və BB-nin seçilməsi meyarları

BB borc götürmək məqsədilə toplanmış minimum 5 nəfərdən ibarət qrupdur. BB hüquqi şəxs deyil, lakin onlar İKA qarşısında birgə kredit alanlardır və birgə imzaladıqları kredit müqaviləsinin şərtlərinin tam yerinə yetirilməsində bir-birilə həmrəylik və qarşılıqlı cavabdehliyə malikdirlər. Qarşılıqlı cavabdehlik və həmrəylik İKA-nın BB siyasətində öz əksini tapır. BB-lərin və İKA-nın hüquqları həmçinin Azərbaycan Respublikası Mulki Məcəlləsinin Birgə Borclular haqqında olan maddələrilə təmin olunmuşdur.


İKA-dan borc almaq üçün müvafiqlik meyarları:


  • Azərbaycan Respublikasının Vətəndaşları;

  • Şəxsiyyət vəsiqəsi və ya digər bərabər hüquqlu (məsələn forma 9) sənədi olan şəxslər;

  • Yaşı 18 – 65 olan şəxslər;

  • Yalnız yaxşı kredit tarixi olan şəxslər;

  • Öz şəxsi bizneslərini işlədən və əgər qanun tərəfindən tələb olunursa, bu biznes növü üçün xüsusi sənədi (lisenziya və ya digər növ icazə) olan şəxslər;

  • Heç bir BB üzvünün ödənilməmiş borcu ola bilməz;

  • Bir üzv birdən artıq BB-yə üzv ola bilməz və BB üzvü (əgər üzvün öz və ya qrup öhdəliyi varsa) İKA-nın vasitəsilə maliyyələşdirilən hər hansı bir KI-dən kredit ala bilməz;

  • Sahibkarlıqla məşğul olan şəxslər;

  • Eyni ailə təsərrüfatından yalnız bir üzv;




  • Üzvlüyün digər bütün BB üzvləri tərəfindən qəbul edilməsi;

  • Birgə zəmanət (birgə və müştərək məsuliyyət) əsasında borcu geri qaytarmaq istəyi.

BB özünün seçki proseduralarında üzvlərdə aşağıdakı keyfiyyətlərin olmasına əmin olmalıdır:




  • BB-yə hər hansı məlumatı düzgün olaraq çatdırmaq və BB-nin bütün qaydalarına əməl etmək istəyi;

  • Doğruçuluq və çalışqanlıqla əlaqədar inam;

BB üzvləri İKA-dan kredit almaq məqsədilə öz təsərrüfatı və/və ya maliyyə imkanları barədə saxta məlumat verilməsinə görə birgə məsuliyyət daşıyırlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə İKA-ya saxta məlumat verməklə əldə olunan kreditdən sui-istifadəyə görə məsuliyyət daşıyırlar.




2.2 Borc alan üçün maksimum kredit məbləğinin müəyyən edilməsi



§2.4.1-də qeyd olunan şərtlərdən əlavə hər hansı borc alana limitlər aşağıdakı şərtlərlə qoyulur:

  • Borcalana verilən kreditin maksimum məbləği onun ödəmə qabiliyyətinə əsasən məhdudlaşır;

  • Forma 2-də göstərildiyi kimi, heç bir kredit məbləği BB üzvünün xalis dövriyyə aktivlərindən(xalis dəyər) artıq ola bilməz.



2.3 Kreditin təyinatı
Kreditlər ödəniş müddəti qaytarılması 12 ay müddətinə qədər olan fəaliyyətlər üçün verilə bilər.Kreditdən gələn gəlir təkrar maliyyələşdirmə, torpaq sahəsi və ya binanın aınması üçün istifadə edilə bilməz. Bu fəaliyyətlərin siyahısı fəsil 4. Kredit növlərinə daxil edilmişdir.

2.4 BB üzvlərinə kredit vermənin əsas şərtləri


2.4.1 Kreditin Məbləği

Kredit 1000 manata qədər məbləğdə verilə bilər. BB kreditləri göstərilən məbləğlərdə verilə bilər: 1-ci tranş- 500 - 700, növbəti tranşlarda 1000 manat və ya investorlarla bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq.




2.4.2 Kreditin Müddəti



BB üzvünə verilən mikro kreditin qaytarılması dövrü 1 aydan 12 aya qədərdir və ya investorlarla bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq.
Ümumi prinsip olaraq kreditin aylıq əsasda qaytarılmasına üstünlük verilir. Borcun vaxtaşırı olaraq qaytarılması İKA-ya portfelin ümumi vəziyyətini müntəzəm olaraq yoxlamağa, borcun qaytarılmasında ləngimələri dərhal aşkara çıxarmağa və zəif ödənilən borcların üzərində diqqəti cəmləməyə imkan verir.


2.4.3 Faiz məzənnəsi

İKA-nın tətbiq edəcəyi faiz məzənnəsi bazar iqtisadiyyatı və İKA-nın maliyyə davamlılığının möhkəmləndirilməsi prinsiplərinə əsaslanır.


İKA müxtəlif investorlar ilə bağlanmış müqavilələrinin şərtlərinə uyğun olaraq faiz məzənnəsini dəyişdirə bilər.

Verilmiş bütun kreditlərin faizi mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Kreditin verilməsi və qaytarılması əməliyyatlarında faizin hesablanması faktiki olaraq ödənilən gündən başlanır.


Faiz = əsas borc x günlərin sayı x faiz\360
Faiz gündəlik hesablanacaq və balansda göstəriləcək, lakin sifarişçilərlə imzalanmış kredit müqavilələrinə əsasən o aylıq, rüblük və ya qaytarma müddətindən əvvəl ödənilə bilər. Fəaliyyət sahəsindən asılı olaraq İKA-nın rəhbərliyi faizin qaytarılma vaxtını müəyyən edəcək.
Əgər kreditin geri qaytarılması hissə-hissə icra edilibsə, əvvəlcə müəyyən olunmuş cərimə sonra faiz toplanacaq, qalan məbləğ isə əsas borcun qaytarılmasına sərf ediləcək.
Kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, Borcalan Borcverənə cari kredit faiz dərəcəsinin iki mislində (Cərimə Faizi) cərimə ödəməlidir. Cərimə faizinin hesablanmasının dayandırılması və ümüdsiz kreditlərin silinməsi AMB-nin müvafiq qaydalarına əsasən aparılır.
Faiz məzənnəsində olan bütün dəyişikliklər yalnız yeni kreditlərə tətbiq ediləcək.


2.4.5 Girov

BB-nin krediti geri qaytarmasına zəmanətdə əsas vasitə mövcud xarakter informasiya formasında ictimai kapital, həmkar monitorinqi/təzyiqi və yerli təzyiqdir. Kollektiv şəkildə borc alınan məbləğ üçün bütün üzvlər birgə və fərdi şəkildə cavabdehdirlər. Bu o deməkdir ki, bütün fərdi üzvlərə mənsub olan şəxsi əmlak kollektiv götürülən ümumi borcun qalan balansını qismən və tam geri qaytarmaq üçün istifadə oluna bilər.




Bir qayda olaraq, kredit almaq üçün BB-dən heç bir maddi girov tələb olunmur.

2.4.6 Sığorta

İKA tərəfindən kredit riskini qarşılamaq üçün Birgə borclulardan həyat, öz istehsal əmlakını və digər əmlaklarını sığorta etdirmək tələb oluna bilər.



2.4.7 Kreditin verilməsi Tədbirləri

BB üzvünə kredit verilməsində aşağıdakı proseduralara əməl olunmalıdır:




  • BB-nin bütün üzvləri kreditin verilməsi prosedurlarında iştirak etməlidirlər, kreditin verilməsi iclasında iştirak etməyən üzvlərin heç bir vəsait almaq huququ yoxdur və BB üzvlüyündən xaric edilirlər;

  • BB-nin bütün üzvləri kredit sənədlərini imzalamalıdır.

Krediti vermənin yuxarıda qeyd olunan şərtləri yerinə yetirildikdə, kredit birbaşa olaraq borc alana ödənilir.



Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin