Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin



Yüklə 267,79 Kb.
səhifə3/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
1   2   3   4   5   6   7   8


2.5 Yeni kreditin verilməsi

Öz borclarını vaxtında və ya vaxtından əvvəl ödəyən, yüksək ödəmə qabiliyyəti olan borclular,əgər bütövlükdə BB-lərin ödənilməmiş borcları yoxdursa, yeni və daha böyük məbləğdə kreditləri ala bilərlər.



2.6 Kreditin Təhlili

Kreditlərin verilməsi zamanı təhlildə diqqət veriləsi sahələr aşağıdakılardır:




  • BB-nin tərkibi;

  • Sifarişçinin işi yerinə yetirməsi (həm istehsal üzrə, həm də əvvəl verilmiş borcların geri qaytarılması) üzrə xronoloji qeydlər;

  • Forma 2-də göstərildiyi kimi borclu barədə məlumat;

BB öz üzvlərinə kredit verməyin məqsədəuyğun olub-olmamasını yoxlamağa cavabdehdir, BB üzvünün təhlil və qərarının obyektiv və şəffaf olmasına BB cavabdehdir.


2.7 Borc verməyə Səlahiyyəti olan Orqan

İKA-nın İdarə Heyəti və ya Kredit Komitəsi aidiyyatı mütəxəssislərin təklifinə əsasən qərar (kreditin verilməsi və ya rədd) verir.



2.8 Kreditin vaxtında qaytarılmaması

İKA AMB-nin təsnifləşdirmə metodundan istifadə edərək kreditləri aşağıdakı kimi təsnif edir:




Təsnifat

I

II

III

IV

Vaxtında qaytarılmamış kreditlər

1-30 gün

30-180 gün

180-365 gün

> 365 gün


2.9 Kredit Qovluğunun Saxlanılması


Bütün kredit qovluqları1 lazımi qaydada saxlanmalı və kredit barədə qərarın düzgün çıxarılması üçün tələb olunan/lazım olan dəqiq məlumatı əhatə etməlidir. §6.1.4-də göstərilir ki, kredit qovluğunda olan sənədlərin və kredit qovluğunun lazımi qaydada saxlanmasını təmin etmək Kredit şöbəsinin məsuliyyətidir. Kreditvermə prosesində ən mühüm sənədlərin qovluqlar sistemi aşağıdakı cədvəldə göstərilir:


Sənəd

Odkeçirməz seyfdə saxlanılır

Şkafda saxlanılır

Kredit müqaviləsi

XX




Girov müqaviləsi (əgər varsa)

XX




Qiymətləndirmə hesabatları

XX




Sığorta polisi və müqavilə

XX




Kredit qovluqları jurnalı




XX

Kredit müraciət forması




XX

Yazışmalar




XX

Nəzarət siyahısı




XX

Yerlərə səfərlər üzrə hesabat




XX

Monitorinq hesabatları




XX

Kredit şöbəsi yuxarıda göstərilən qovluqların hər hansı biri seyfdən/şkafdan götürüldükdə hazırda kimin istifadəsində olması barədə qeydiyyat aparmalıdır.


2.10 Kreditin Monitorinqi

Kreditin verilməsi və qaytarılmasına üç səviyyədə nəzarət ediləcək:



  • Birgə Borclular tərəfindən;

  • İKA tərəfindən;

  • AMB-nin müəyyən edilmiş qaydalarına uyğun olaraq.

Tam monitorinq prosesi Əlavə 1-də əhatə edilib. Əlavə 1. Monitorinq sistemi



2.11 Kredit Portfelinin İdarə edilməsi


IKA-nın Kredit şöbəsi vaxtaşırı olaraq müxtəlif kənd təsərrüfatı sahələri üzrə məhsulların bazar qiymətini izləyəcək və mövcud bazar şəraiti ilə müqayisədə ümumi kredit portfelinin riskini qiymətləndirəcək. Bu iş il ərzində yerinə yetiriləcək.
Kredit siyasətinin İKA-nın fəaliyyət göstərdiyi mühiti əks etdirərək daima yeniləşməsini təmin etmək üçün Kredit və Monitorinq Şöbələri borc yığımı və risklər haqqında rəhbərliyin xəbərdar olması zəruri olan hər hansı digər bir məsələ barədə məlumat verməlidir.

2.12 İmzalama hüquqları

Borcvermə prosesində İKA-nın müəyyən etdiyi prosedurlar, məsuliyyətlər və sənədlərin təsdiqi aşağıdakı cədvəldə əhatə olunub.




Sənəd

Kim hazırlayıb

Kim təsdiq edib

İş/nəticə üçün kim cavabdehdir

Kim təsdiq edib/imzalayıb

Kredit müraciət forması

BB (İKA-nın) köməyi ilə

RN və Kənd icra4 nümayəndəsi

Kredit şöbəsi

Kredit meneceri

BB üçün kreditin müəyyən olunması forması

RN

RN

Monitorinq şöbələri

Monitorinq meneceri

Kreditin qiymətləndirməsinin elektron forması

Kredit şöbəsi

MİS meneceri

Kredit şöbəsi

Kredit meneceri

Kredit tövsiyəsi

Kredit şöbəsi

Kredit və Monitorinq

Kredit şöbəsi

Kredit meneceri

Kreditə icazə

Kredit şöbəsi

Maliyyə, Kredit, Monitorinq şöbələri və Hüquqşünas

Maliyyə və Kredit menecerləri

İdarə Heyəti və Kredit Komitəsi

Kredit Müqaviləsi

Kredit şöbəsi

Kredit şöbəsi

Kredit şöbəsi və hüquqşünas

Kredit şöbəsi

Girov müqaviləsi, əgər varsa

Kredit şöbəsi

Kredit şöbəsi

Kredit şöbəsi və hüquqşünas

Kredit şöbəsi

Sığorta polisi və müqavilə

Sığorta şirkəti

Sığorta şirkəti

Sığorta şirkəti

Sığorta şirkəti

Kreditin monitorinqi və yerlərə səfərlər barədə hesabat

RN və Monitorinq şöbəsi

Monitorinq şöbəsi

Monitorinq şöbəsi

Monitorinq meneceri

Məlumat İdarəetmə Sisteminin hesabatı

Kredit, Maliyyə şöbələri və MİS menecerləri

Kredit, Maliyyə şöbələri və MİS menecerləri

Kredit, Maliyyə şöbələri və MİS menecerləri

Kredit, Maliyyə şöbələri və MİS menecerləri

Kreditin vaxtında qaytarılmaması ilə əlaqədar proseduralar

RN, Kredit və Monitorinq şöbələri

Hüquqşünas və İdarə Heyətinin sədri

Monitorinq şöbəsi və hüquqşünas

İdarə Heyətinin sədri



Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin