Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin



Yüklə 267,79 Kb.
səhifə4/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
1   2   3   4   5   6   7   8

2.13 Hesabatvermə

Məlumat İdarəetmə Sistemi (bundan sonra MİS adlanacaq) vaxtında və aylıq əsasda İKA rəhbərliyinə hesabat verməlidir.



Hesabatvermə üzrə məsuliyyətlər İKA-da müxtəlif funksiyalara görə bölünür, bu zaman Kredit şöbəsi kreditin idarə edilməsi sistemi, Monitorinq şöbəsi regionlarda işin monitorinqi və kreditin vaxtında qaytarılmaması ilə əlaqədar proseduralar, MİS şöbəsi isə bütün MİS hesabatları üçün cavabdehdir. İdarə Heyətinin sədri bütövlükdə kreditin verilməsi ilə əlaqədar hesabata cavabdeh olduğu halda, Maliyyə şöbəsi AMB-yə fəaliyyət üzrə hesabat verməyə cavabdehdir.


2.14 Təhlükəsiz Mühafizə



Bütün kredit müqavilələrinin əsli Kredit şöbəsində və məxaric orderlərinin əsli5 Maliyyə şöbəsində saxlanmalıdır.

3. Kreditin növləri


BB üzvlərinə təklif olunan sub kredit layihələri iqtisadi fəaliyyət sahələri və ondan gələn gəlirdən asılı olaraq həm təsərrüfat, həm də qeyri-təsərrüfat bölməsini əhatə edəcək. Qeyri-təsərrüfat bölməsində fermer və kiçik sahibkarlar qrupuna və kreditin qaytarılma müddətini bir ilə qədər məhdudlaşdırmaqla kredit proqramını başlamaq üçün aşağıdakı sifarişçilər və kredit veriləcək sahələr nəzərdə tutulur:


Sifarişçilər

Subkredit layihələri/Fəaliyyət sahələri

Kiçik fermerlər

  • Tərəvəz daxil olmaqla mövsümi məhsul yetişdirmək

  • Meyvə ağaclarının becərilməsı

  • Toxumçuluq

Mal-qara saxlayanlar

  • Heyvandarlıq

Kiçik ticarətçilər

  • Müxtəlif ticarət və biznes sahələri

  • Təsərrüfat məhsulları, yem və avadanlıq satışı

Xidmət göstərənlər

  • Sifarişli və icarə xidmətləri, ambarlar

  • Təsərrüfat avadanlığı və nəqliyyatın icarəsi, ustanın muzdla tutulması

Ixtisaslı işçilər

  • Fərdi sənətkarlıq, xalçaçılıq

  • Kustarçılıq, xarratlıq, pendir/yağ istehsalı

Kənd ərazisində istehsalçılar

  • Kənd ərazisində xidmət və əmtəə istehsalçıları

  • Arıçılıq

Pərakəndə ticarətçilər

  • Kiçik biznes, məsələn xırda sexlərdə çörək bişirmə

Digər kiçik bizneslə məşğul olanlar

  • Xidmət avadanlıqlarının təmiri

Yuxarıda göstərilən bir neçə fəaliyyət sahəsinin siyahısıdır və BB üzvlərlə məsləhətləşərək kreditə ehtiyacı olan digər fəaliyyət sahələrini müəyyən edə bilər.




4. Kreditin verilməsi prosesi

Kreditin qiymətləndirilməsi və verilməsi prosesi iki mərhələni əhatə edir:



  • BB səviyyəsi

  • Fərdi üzvlər üçün kredit təklifi hazırlanacaq və təsdiq üçün İKA-nın Bakı ofisinə tövsiyyə olunacaq.




      • Kreditin alınmasında üzvlərə kömək üçün BB-nin üzvləri məsləhətləşərək ərazi və mövsüm üçün münasib sub kredit layihəsi/fəaliyyət sahəsini seçir. Kredit təklifinin hazırlanma vaxtını azaltmaq və toplanmış informasiyanın şəffaflığını sübut edən düzgün məlumatı Ərizə Forması 2-də təmin etmək üçün BB üzvləri iclas keçirir, müzakirələr aparır və məlumatın toplanmasını təşkil edir.




  • RN və ya İKA-nın məsul işçiləri məlumatın toplanması və yüksək keyfiyyətli kredit təklifinin (Forma 2) hazırlanması prosesində kömək etmək üçün iclasda iştirak etməlidir.

  • İKA səviyyəsi

    • kredit təklifi BB-dən alınır, qiymətləndirilir və kredit verilməsi barədə qərar verilir.


4.1 Kreditin verilməsi prosesində iştirak edənlər

Kreditin verilməsi prosesində aşağıdakılar iştirak edir:



    • Birgə Borclular;

    • İKA-nın Regional Nümayəndəliyi;

    • İKA-nın Kredit şöbəsi;

    • İKA-nın digər məsul işçiləri.

Əgər BB xidmət müqaviləsi ilə İKA-nın kredit müraciət formalarının təhlili və hazırlanmasında məsləhətçinin xidmətlərindən istifadə etmək qərarına gəlsələr, bu prosesdə BB tərəfindən cəlb olunmuş məsləhətçi iştirak edə bilər.



4.1.1 Birgə Borclular

BB İKA-nın təlimini almaqla üzvlərin kredit tələbinin qiymətləndirilməsi üçün cavabdehdir. Üzvlər kredit təklifinin qiymətlənidirilməsinin yüksək səviyyədə icrasında maraqlıdırlar, çünki birgə öhdəliyə əsasən onlar İKA-dan alınan borca görə öz əmlakları ilə cavabdehdirlər.


BB Kredit müraciət formasının (Kredit Forması 2) hazırlanmasına cavabdehdir və tələb olunduğu halda məsləhətçinin köməyi ilə aşağıdakıları təmin etməlidir:

  • Ailə təsərrüfatları barədə məlumat;

  • Gəlir və xərclər barədə məlumat;

  • Fərdi üzvlərin maliyyə vəziyyəti;

  • Kreditin məqsədi və məbləği.

BB iclasında fərdi üzvün kredit tələbi barədə qərar çıxarmaq və aşağıdakıları qiymətləndirmək:




  • Borclunun müvafiqliyi və kredit ödəmə qabiliyyəti;

  • Ödəmə qabiliyyəti və digər üzvlərlə birgə məsul olmaq istəyi

BB üzvləri kredit tələbini qiymətləndirərkən bu məsələlərə aydınlıq gətirməlidirlər:



  • Üzv kredit almaq üçün müvafiqdirmi, digər üzvlər təklif olunan kredit üzrə birgə zəmanəti qəbul etmək istəyirlərmi;

  • Üzv krediti səmərəli şəkildə istifadə və idarə edə bilərmi;

  • Üzv mövcud ödəmə qabiliyyəti ilə krediti vaxtında qaytara bilərmi;

  • Əgər varsa, risk amilləri və ətraf mühitin təsiri necədir;

  • Sub kredit layihəsinin müvafiqliyi

Bu prosesdə İKA BB-ni və onun üzvlərini təlimləndirəcək3.



4.1.2 Regional Nümayəndəlik (RN)

RN kredit müraciət formasının hazırlandığı BB iclasında iştirak etməlidir. O kredit müraciət formasını birbaşa olaraq BB-dən alacaq, o kreditin müəyyən olunması formasını hazırlayacaq (Forma 3), qənaətbəxş hesab etdiyi halda forma 2 və 3-ü İKA-ya (Kredit və Monitorinq şöbələrinə) verəcək.


BB barədə etibarlı məlumata əsaslanaraq RN, BB-nin ödəmə qabiliyyətini qiymətləndirmək üçün aşağıdakı formalardan istifadə etməlidir:

  1. BB-nin protokolu;

  2. BB üzvlərinin kredit müraciət forması- Forma 2;

  3. Kreditin müəyyən olunması forması- Forma 3

Bu formalar kredit müraciət formasının aşağıdakılara münasibətdə qiymətləndirilməsi üçün məlumatı

özündə əks etdirir:


  • BB üzvlərinin kredit tələb etdikləri biznes sahəsinin texniki iqtisadi cəhətdən müvafiqliyi;

  • Həmin sahənin maliyyə cəhətdən müvafiqliyi və

  • Riskin qiymətləndirilməsi.

RN forma 2-də BB üzvləri barədə verilən məlumatın düzgünlüyünə əmin olmaq üçün hər hansı məsləhətçinin (əgər tətbiq olunandırsa) kənddə müxtəlif məhsulların becərilməsi, istehsalı və kənd təsərrüfatı məhsullarının satış qiyməti, istehsal əmlaklarının qiymətləndirilməsi (mövsümi məhsulların becərilməsi üçün torpaq, heyvandarlıq və s.) barədə məlumatla tutuşdura bilər. Müqayisə zamanı böyük fərq aşkar olduqda RN BB ilə əlaqə saxlamalı və üzvlərin istehsalının/istehsal əmlakının həmin ərazidəki orta fermerlərdən nə üçün fərqləndiyini soruşmalıdır.


RN üzvlərin BB-yə daxil olarkən borc konsepsiyasını, BB-yə daxil olmağın məsuliyyətini başa düşməyə, BB-nin yaradılması zamanı qərar çıxarma prosesinin və kredit müraciətinin iclasda hazırlanmasını təmin etməlidir, bu da kredit müraciət formasının hazırlanmasında şəffaflığı təmin edən bir prosesdir. RN kredit müraciət formasını qənaətbəxş hesab etdikdə, BB və onun üzvlərinin formada verdikləri məlumatın səhihliyinə, BB və üzvlərinin cari vəziyyəti barədə düzgün təsəvvür yaratdığına əmin olaraq onu imzalanmış halda kredit şöbəsinə təqdim edir.

4.1.3 Kredit Şöbəsi

Kredit şöbəsi RN-dən Kredit müraciət və kreditin müəyyən olunması formalarını aldıqda bütün məlumatı İKA-nın Məlumat İdarə edilməsi Sisteminə (MİS) daxil edir.


Kredit Şöbəsi RN-dən alınan kredit müraciət formalarını kredit siyasətində müəyyən olunmuş müxtəlif şərtlərə və parametrlərə münasibətdə qiymətləndirəcək.
İlkin olaraq, İKA, BB və fərdi borclunu özünün kredit siyasətinə münasibətdə sınaqdan keçirəcək. Bu qiymətləndirmə aşağıdakıları əhatə edir, lakin onarla məhdudlaşmır:


  1. Borclunun müvafiqliyi (Kredit siyasətinə münasibətdə)

a) Üzvün şəxsiyyəti;

b) Kreditin məbləği;

c) Kreditin məqsədi, ətraf mühitin təsiri

d) Kreditin şərtləri;

e) Bir ailə təsərrüfatından bir üzv;

f) Xalis əmlakı (torpaq, mal-qara və ümumi əmlak);

g) Xalis gəliri;

h) Digər BB-nin üzvü olmaması;



4.1.4 İdarə Heyəti və Kredit Komitəsi

İdarə Heyəti və Kredit Komitəsi Kredit şöbəsinin təklifinə əsasən kredit verilməsinə dair qərar (təsdiq və ya imtina) verir.



4.1.5 Kredit Müraciət forması və təsdiq prosesi

Aşağıdakı cədvəl kredit verilməsi prosesi üzrə ümumi mənzərəni verir. Əgər BB, kredit müraciəti və riskin qiymətləndirilməsində onlara məsləhətçinin köməyi barədə qərara gəlsələr borc prosesində məsləhətçinin rolu 5.1.6-da müəyyən olunub.





Kredit Müraciət forması və təsdiq prosesi

BB qrupu

RN

Kredit şöbəsi

İdarə Heyəti və Kredit komitəsi




Qrup müzakirəsi vasitəsilə daxil olmuş kredit müraciət formasının hansının seçilməsi və İKA-ya təqdim ediləcək kredit müraciət formalarına daxil edilməsini qərara alır





Kredit formaları (forma 2) qrup üzvləri tərəfindən imzalanır



Kredit formalarının (forma 2) qiymətləndirilməsi və Kreditin forması 3-ün hazırlanması




RN tərəfindən imzalanmış kredit formaları


Kreditin, riskin qiymətləndirilməsi, kreditin təhlili və kredit təklifinin hazırlanması







Təsdiq olunmuş kredit müraciət formaları





İmtina







Kredit təklifi



Kredit qərarı


4.1.6 BB-lərə məsləhət xidmətləri

BB tərəfindən təyin olunmuş məsləhətçi, BB üzvlərinə kredit müraciət formasının (Forma 2) hazırlanmasında kömək edir.


Əgər BB ilə müqavilə bağlanıbsa, məsləhətçi BB iclaslarında iştirak etməli, BB və onun üzvlərinə BB-nin yaradılması üçün ilkin olaraq yardım göstərməli, üzvlərə vəzifə və məsuliyyətlərini başa salmalı, nəhayət kredit müraciət formasının hazırlanmasında kömək etməlidirlər.

Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin