4.5 Vəzifələrin Bölgüsü
Möhkəm daxili nəzarətə nail olmaq, borc prosesində gözlənilən və ya gözlənilməyən zərəri və ya səhvləri idarə etmək üçün aşağıdakı funksiyalar müstəqil qalmalıdır:
Kredit üzrə müraciət prosesində müraciət edənlərə kömək üçün məsul RN/Kredit mütəxəssisləri sifarişçi ilə əlaqə saxlamalıdırlar.
Kreditin ayrılması ilə yalnız səlahiyyət verilmiş şəxslər4 məşğul olmalıdır. Təsdiq olunmuş şərtlərdə hər hansı dəyişiklik, həmçinin səlahiyyətli orqanın təsdiqini tələb edir.
Kredit şöbəsi kreditin İKA-nın MİS-ə daxil olmasına, Monitorinq şöbəsi isə kreditin qaytarılmasının monitorinqinə cavabdehdir və BB krediti razılaşdırılmış vaxtda qaytara bilmirsə, kreditin qaytarılmaması ilə əlaqədar proseduraları tətbiq edir.
Maliyyə şöbəsi kreditin idarə edilməsi və mühasibatlıq sistemi arasında çarpaz yoxlamaları təmin edir, kənarlaşmaları aradan qaldırır.
BB-nin kredit planında regional kredit fəaliyyəti üzrə rollar və funksiyalar Əlavə 2. bax-Rollar və funksiyalarda əhatə olunub.
5 Kreditin təhlili
Bu fəsil 4.1.5-də əhatə olunmuş kreditin qiymətləndirilməsi prosesinin müxtəlif mərhələlərindən bəhs edir.
İKA kredit alan BB üzvlərinin, kredit məqsədinin müvafiqliyini yoxlayacaq.
Qeydiyyat prosesi və qiymətləndirmə proseduraları aşağıdakı cədvəldə göstərilib.
Dostları ilə paylaş: |