Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin



Yüklə 267,79 Kb.
səhifə7/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
1   2   3   4   5   6   7   8


5.1 Kreditin təhlili Prosesi



Kreditin təhlili prosesi aşağıdakı icmalda təsvir olunub. Daha tam təfsilat üçün Əlavə 3-ə bax- Kreditin qiymətləndirilməsi.


5.1.1 Sənədlərin yekunlaşmasını yoxlamaq





  1. Sənədlərin qəbulu ilə RN onları kredit jurnalında qeydiyyatdan keçirməsini təsdiq edir;

  2. Monitorinq şöbəsi aşağıdakı məqsədlərlə kredit müraciət formasını nəzərdən keçirəcək:

  • Birgə Borclular üçün Kredit Müraciət Forması (Forma 2)

Formanın tamamlanıb-tamamlanmamasını yoxlamaq;

  • Kreditin müəyyən edilməsi forması (Forma 3)

    • Formanın tamamlanıb-tamamlanmamasını yoxlamaq;

    • Müvafiqlik meyarına5uyğun olub-olmamanı yoxlamaq;

    • Kreditin müəyyən olunması formasını imzalamaqla kredit müraciət formasının tamamlanmasının təsdiq etmək (Forma 3).


5.1.2 Kredit müraciətinin qiymətləndirilməsi




  1. Kredit şöbəsi aşağıdakı məqsədlərlə kredit müraciət formasını nəzərdən keçirəcək:

Forma 2 və 3-dəki məlumatlardan istifadə etməklə

  • Əldə edilmiş məlumatın kompyuterə daxil edilməsi (MİS);

  • Kredit tələbi, subkredit layihəsinin texniki və maliyyə cəhətdən müvafiqliyi, idarəçilik təcrübəsi, maliyyə riski və ətraf mühitə təsiri baxımından kreditin qiymətləndirilməsi üçün məlumatdan istifadə edilməsi.6

Müraciət formasının kredit siyasətini və onun operativ ilkin müddəalarına uyğunluğunu qiymətləndirmək:

  • BBüzvlərinin sayı minimum 5 nəfər olmalıdır;

  • Eyni ailə təsərrüfatından bir üzv;

  • Maliyyə hesabatı (adambaşına gəlir\xərclər);

  • Dövriyyə kapitalını tələb edən sub kredit layihəsi;

  • Maksimum kredit məbləği və onun əmlak dəyərinə uyğunluğu;

  • Kreditin qaytarılma müddəti

  • Vaxtın müəyyən edilməsi (bitkilərin əkin vaxtı üçün).



5.1.3 Kredit Təklifini hazırlamaq

Kredit şöbəsi kredit verilməsi barədə aşağıdakı aspektlər üzrə öz təklifini İdarə Heyətinə və Kredit Komitəsinə təqdim edir.





  • Tələb olunan müvafiq kredit məbləğinin verilməsi üçün BB və onun fərdi üzvlərinin müvafiqliyi;

  • Kreditin təyinatı, məbləği, faizi, qaytarılma müddəti, geri ödəmə cədvəli və s.;

  • AMB bütün tələblərinə uyğunluq;

  • Riskin qiymətləndirilməsi və gözlənilən riskin təsirini tamamilə ləğv etmək və ya azaltmaq üçün mümkün addımlar.

Kredit vəsaitinin aşağıdakı şərtlərlə təsdiq edilməsi üzrə tələblər:





  • BB-nin və üzvlərin sayı;

  • Kreditin verilməsinin məqsədi;

  • Nağd pulla veriləcək kreditin məbləği;

  • Faiz məzənnəsi və faizin ödənilməsi tərzi, aylıq/rüblük/digər tərzdə;

  • Kredit müqaviləsi;

  • Kreditin məbləğlə, hissə-hissə ödənilməsi və ödəmə tərzi.


6. Kreditin toplanması və vaxtında qaytarılmayan kreditlə əlaqədar proseduralar2




6.1 Kreditin toplanması

Kredit birgə zaminlik əsasında verildiyi üçün Birgə borcluların hamısı tərəfindən ödənməlidir.

Kreditlərin toplanmasının icrası, vaxt itkisi və lazımsız xərclərə yol verilmədən bir plan daxilində, sistemli və təhlükəsiz əsasda RN tərəfindən həyata keçirilməlidir.

BB nümayəndəsi kreditin qaytarılmasını həyata keçirmək üçün rəsmi iclas çağırır. RN və ya İKA-nın məsul işçisi bu iclasda iştirak etməli, krediti qaytarma proseduralarının şəffaf şəkildə yerinə yetirilməsini və bütün BB üzvlərinin ödənilən məbləğə görə mədaxil orderi almasını təmin etməlidirlər. Mədaxil orderi RN və ya İKA-nın məsul işçisi və BB nümayəndəsi tərəfindən imzalanmalıdır.
Bundan əlavə, BB nümayəndəsi BB-nin aylıq iclasında növbəti ayda krediti qaytaracaq üzvlərə bu barədə xəbərdarlıq etməli və onların krediti növbəti ayda qaytarmağa hazırlığını təmin etməlidir.

Kredit qaytarıldıqda nağd pul ödənişinin mədaxil orderinin bir surəti BB-nin səlahiyyətli nümayəndəsində, bir surəti RN-də və ya İKA-nın məsul işçisində qalmalı, orderin əsli isə həmin gün İKA-nın Bakı ofisinə poçt və ya faks vasitəsilə göndərilməlidir. RN kreditin toplanmasını, kreditin toplanmasının qeydiyyatı kitabında qeyd etməlidir.


RN və ya İKA-nın məsul işçisi qəbul edilmiş vəsaiti, toplandığı gün İKA-nın hesabına köçürməyə borcludur. Onların toplanmış krediti hər hansı məqsədlə xərcləməyə və ya verməyə ixtiyarı yoxdur. RN və ya İKA-nın məsul işçisi qaytarılmış krediti İKA-nın bank hesabına köçürməlidir.
Borc ödənildiyi gündən sonrakı ilk iş günü tarixindən qaytarılmış hesab olunur.

Hər hansı BB və/və ya BB-nin fərdi üzvü RN-in köməyi ilə özünün BB borcu üzrə payını BB-nin və borclunun adını göstərməklə İKA-nın region üzrə bank hesabına və ya İKA-nın Bakı ofisinə vaxtından əvvəl qaytara bilər.



6.2 Vaxtında qaytarılmayan kreditlə əlaqədar proseduralar


Bir və ya bir neçə üzv krediti vaxtında qaytarmadıqda aşağıdakı tədbirlər görüləcək:




  • BB-nin krediti geri qaytarma üzrə iclasında bir və ya bir neçə BB üzvü iştirak etmədikdə və məbləği qaytarmadıqda, o zaman:




    • RN və BB-nin nümayəndəsi ləngimədən (iclasdan dərhal sonra) krediti geri qaytarmayan borclunun (borcluluların) evinə (evlərinə) gedirlər və borclunu (borcluları) dərhal krediti geri qaytarmağa sövq edir/inandırırlar. Kreditin qaytarılmadığı təqdirdə ona və digər BB üzvlərinə tətbiq olunacaq qaydalar və cəzalar bir daha oxunur. Bu RN və BB nümayəndəsindən ictimai əlaqalərlə əlaqədar tələb olunan bir məharət və işdir.

Bu cəhdlər müəyyən müddətə gündəlik olaraq borclu krediti geri qaytarmağa razı olanadək3 davam etdirilməlidir. RN bu işdə öz təmkinini itirməməli, buna daimi və müntəzəm olaraq hər gün davam edən bir tapşırıq kimi baxmalıdır. RN yerli kənd rəhbərlərindən və/və ya borclunun qohumlarından istifadə edərək, onları krediti geri qaytarmağa məcbur etmək üçün təsir göstərə bilməlidirlər.

    • RN beş iş günü müddətində BB-nin rəsmi iclasını çağırmağı BB-dən tələb etməli və burada birgə məsuliyyət daşıyan üzvlərdən cərimə faizi daxil olmaqla vaxtı keçmiş borcu ödəmək xahiş edilir.

    • Borcalanlar öhdəliklərini yerinə yetirmədikdə İKA hüquqi prosesə başlayaraq borcun qaytarılması üçün borcalanlara pretenziya təqdim edir. Pretenziyada borcun 30 gün müddətində qaytarılması tələb olunur və borcalanlara aparılacaq növbəti hüquqi tədbirlər barədə xəbərdarlıq edilir. Borcalanlar tərəfindən tələblərə əməl olunmadıqda borcun qaytarılması üçün İKA mövcud qanunvericiliyə əsasən aidiyyatı orqanlara iddia ilə müraciət edir.

  • Borcunu vaxtında ödəməyən borclu aşağıdakı əlavə haqqları ödəməlidir:

    • Kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, Kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir. Cərimə faizi ödənişlərin gecikdirilmə vaxtının ilk günündən hesablanır.



Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin